Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-1884/2021 17.09.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ X1 Ərizəçi maraqlı şəxs DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: Ərizəçi ərizəsi ilə məhkəməyə müraciət edərək Ucar rayon Aqrar İslahat Komissiyasının qərarı əsasında verilmiş Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktında “Ərizəçi Kərəm oğlu” kimi göstərilmiş şəxsin “Ərizəçi” olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən Ərizəçi ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, təqdim edilmiş iddia ərizəsindən görünür ki, Ərizəçi məhkəməyə təqdim etdiyi ərizə və ərizənin surətləri iddiaçı tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2.-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Ərizəçi maraqlı şəxs DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Famil Nəsibov
Məhkəmə qərarları › İş №2(046)-1884/2021
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-1884/2021
17.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver