Məhkəmə qərarları › İş №2(046)-1885/2021

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-1885/2021

17.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-1885/2021 17.09.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ X1, Ərizəçi maraqlı şəxs DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəyə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək JN-1232 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında “X4” qızı kimi yazılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən Ərizəçi ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, ərizəyə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və E-məhkəmə sistemindən çıxarışdan görünür ki, ərizəçi Qasımova X2 Muxtar Respublikası, Şərur Rayonu, Yengicə kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə yaşadığı yerin məhkəməsinə, yəni Şərur Rayon Məhkəməsinə müraciət etməli olduğu halda Göyçay Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.3-ci maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ : Ərizəçi maraqlı şəxs DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə yaşadığı yerin məhkəməsinə, yəni Şərur Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Famil Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar