Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-1886/2021 17.09.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ X1, iddiaçı "xxxx" ASC-nin X2 İdarəsinin Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin X2 İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, idarənin balansında olan Cavabdeh və qonşuları tərəfindən qanunsuz zəbt edilmiş Bığır suvarma arxının 10 metr sahil mühafizə zolağının və idarənin balansında olan 40 metr enində digər tərəfdən 46.4 metr, uzunluğu 101.4 metr olan torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən iddiaçı "xxxx" ASC-nin X2 İdarəsinin iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı "xxxx" ASC-nin X2 İdarəsi iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 149.2.5, 152.1.5-ci maddələrinə görə iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 268ci maddələrini rəhbər tutaraq, QƏRAR VERDİ : İddiaçı "xxxx" ASC-nin X2 İdarəsinın Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya dövlət rüsumunun müəyyən edilmiş qaydada və məbləğdə Göyçay Rayon Məhkəməsinin hesabına ödənilməsi izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Famil Nəsibov
Məhkəmə qərarları › İş №2(046)-1886/2021
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-1886/2021
17.09.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver