Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1894/2023 23.10.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Burcaliyeva Leyla Sahib qızının katibliyi, İddiaçı İsmayılova Nərgı̇ z Abdul qızının nümayəndəsi X6, Cavabdeh iştirakı ilə, İddiaçı İsmayılova Nərgı̇ z Abdul qızının cavabdeh İsmayılov Ası̇ f Abduləli oğluna qarşı miras əmlak üzərində tam həcmdə payın müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı İsmayılova Nərgı̇ z Abdul qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay rayonu Mollahacılı kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0,26 və 0,07 ha həyətyanı torpaq sahələrindən mərhum X16 çatası miras əmlak olan torpaq sahəsi üzərində onun tam həcmdə payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək Göyçay rayonu Mollahacılı kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0,26 ha və 0,07 ha həyətyanı torpaq sahələrindən mərhum X16 çatası 1/6 hissədən ibarət miras əmlak olan torpaq sahələri, eləcə də Göyçay rayonu Mollahacılı kəndində yerləşən 118 m2 mərhum X16 çatası 1/6 hissədən ibarət miras əmlak olan fərdi yaşayış evi üzərində tam həcmdə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı İsmayılova Nərgı̇ z Abdul qızı iddia tələbini belə əsaslandırmışdır ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 50 saylı qərarı ilə ona İddiaçı, mərhum qaynanası X16, mərhum həyat yoldaşı X7, qızları X17, X8 və X11 0,26 ha və 0,07 ha həyətyanı torpaq sahələri ayrılmışdır. Həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə verilmişdir. Mərhum qaynanası X23 xx.xx.2008-ci ıl tarixdə, mərhum qaynatası X12 xx.xx.1993-cü il tarixdə və mərhum əri X18 isə xx.xx.2013cü il tarixdə vəfat etmişdir. X9 və X2 miras qalmış torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün tərəfindən Göyçay rayon Notariat Ofisinə müraciət edilmiş, notarius xx.xx.2023-cü il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Buna səbəb kimi cavabdehlə aralarında mərhum Kiçi İsmayılovadan miras qalmış əmlakla bağlı ixtilafın olması göstərilmişdir. X23 ilə X3 birgə nikahından beş övladı anadan olmuşdur. Hələ miras açılmamışdan öncə İ növbəli vərəsələrdən Xəlilova (İsmayılova) Rəfiqə Abduləli qızı, Muxtarova (İsmayılova) Ofelya Abduləli qızı və Babayeva (İsmayılova) İrəmiyyə Abduləli qızı ailə quraraq ər evlərinə köçmüş, Cavabdeh isə evləndikdən sonra Göyçay rayonu Mollahacılı kəndində yaşayış evi inşa edərək, orada yaşamağa başlamışdır. Miras açıldıqdan sonra qanunla müəyyən edilmiş müddətdə və qaydada İ növbəli vərəsələrdən mərhum əri Rasim İsmayılov istisna olmaqla, digər İ növbəli vərəsələr mirası nə notariat kontoruna ərizə verməklə, nə də mirası faktiki qəbul etməmişlər. Rəfiqə Xəlilova (İsmayılova), Ofelya Muxtarova (İsmayılova) və İrəmiyyə Babayeva (İsmayılova) notarial qaydada təsdiq edilmiş ərizə yazaraq, mərhum anaları Kiçi İsmayılovadan miras qalmış əmlakı qəbul etmədiklərini bildirmişlər. Lakin cavabdeh mirası qanunla müəyyən edilmiş qaydada qəbul etmədiyi halda bu barədə ərizə verməkdən imtina etmişdir. Kiçi İsmayılovadan miras qalmış əmlakı əri vəfat edənədək o, əri Rasim İsmayılov vəfat edəndən sonra isə faktiki olaraq qəbul edib, təmsil etdiyi şəxs idarə edir. Belə ki, miras əmlakı öz əmlakı kimi idarə edərək, mütəmadi olaraq torpaq vergisini ödəmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı İsmayılova Nərgı̇ z Abdul qızının nümayəndəsi X22 iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, mərhum X23 onun anası, İddiaçıəli qızı isə mərhum qardaşı Cavabdeh arvadıdır. Anası xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. Vəfat edən zaman anasının dəfnində iştirak etmiş, dəfn xərclərini çəkmişdir. Yaşadığı ev, mərhum anasından miras qalmış evin qonşuluğunda yerləşir,evlərin həyətyanı torpaq sahələri məftildən olan hasarla ayrılmışdır. Mütəmadi olaraq qardaşı Rasim İsmayılov sağ olarkən həmin həyətə gedib gəlmişdir.Hazırda da iddiaçının və onun uşaqları bir-birinin həyətinə keçirlər.Hesab edir ki, miras əmlak övladlar arasında bərabər şəkildə bölünməlidir. Buna görə də onun da miras əmlakda payının olmasını nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş etdi. Tərəflərin izahatlarını dinləyib, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı qaqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2023-cü il tarixli ********** saylı çıxarışın surətindən görünür ki, Göyçay rayonu, Mollahacılı kəndində yerləşən 0,26 ha torpaq sahəsi və sahəsi 118 v.metr olan yaşayış evi ümumi birgə mülkiyyət hüququ üzrə X13, X4, X5, İddiaçı, X6 və X14 adına daşınmaz əmlakın dövlət reyestrində 44 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı qaqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2023-cü il tarixli ********** saylı çıxarışın surətindən görünür ki, Göyçay rayonu Mollhacılı kəndində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçıAbdul qızının, X14, X6, X4, X5 və X13 adlarına daşınmaz əmlakın dövlət reyestrində 147 nömrəli reyestr kitabının 20 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Göyçay rayon notariat ofisində təsdiq edilmiş 15 may 2023-cü il tarixli ərizələrdən görünür ki, X19 və X15 xx.xx.2008-ci il tarixdə vəfat etmiş X13 ölümündən sonra miras qalmış onlara çatası payı qəbul etməmələrini,buraxılmış müddətin bərpası üçün gələcəkdə məhkəmədə iddia qaldırmayacaqlarını,mirasdan imtina ərizəsinin geri götürülməsinin mümkün olmamasının onlara izah edilməsini göstərmişlər. İşə əlavə edilmiş Ağdaş rayon notariat ofisində təsdiq edilmiş 12 may 2023-cü il tarixli ərizədən görünür ki, X10 xx.xx.2008-ci il tarixdə vəfat etmiş X13 ölümündən sonra miras qalmış ona çatası payı qəbul etməməsini,vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətində olmamasını,mirasın qəbul edlimə müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etmək məqsədinin olmamasını göstərmişdir. İşə əlavə edilmiş Göyçay rayon Notariat Ofisinin 16 may 2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı Cavabdeh ilə aralarında əmlaka dair mirasın bölüşdürülməsi haqqında ixtilafı həll etmək üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşə əlavə edilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Nərgiz Abdul qızı ilə 11 aprel 1980-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. Nikahdan sonra arvada İsmayılova soyadı verilmişdir. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X12 xx.xx.1993-cü ildə vəfat etmişdir. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X23 xx.xx.2008-ci ildə vəfat etmişdir. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X18 xx.xx.2013-cü ildə vəfat etmişdir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.1950-ci ildə Göyçay rayonunda anadan olmuş, atası X12, anası X20r. İşə əlavə edilmiş Göyçay rayon İHB-nın Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 21 avqust 2023-cü il tarixli arayışından görünür ki,Göyçay rayonu Mollahacılı kəndində mövcud olan 0,07 ha və 0,26 ha həyətyanı torpaq sahələri Mollahacılı kənd sakini X16 məxsus olub.X23 xx.xx.2008-ci il tarixdə vəfat edəndən sonra həmin torpaq sahəsindən oğlu X18 istifadə etmişdir.Qanunla müəyyən olunmuş ödənişləri də X18 ödəmişdir.xx.xx.2013-cü il tarixdə X18 vəfat edəndən sonra həmin torpaq sahələrindən həyat yoldaşı Mollahaxılı kənd sakini mərhumla bir təsərrüfatda yaşayan İddiaçı istifadə etmiş və hal-hazırda da istifadə edir.Həmin torpaq sahələrinə aid olan qanuni ödənişləridə İddiaçı ödəmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələrdir. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki,mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq,o,mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər.Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. «Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair»Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarına görə mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). “C. Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmənin mövqeyi: Tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, miras əmlaka ümumi birgə mülkiyyətdə olan Göyçay rayonu, Mollahacılı kəndində yerləşən 0,26 ha torpaq sahəsinin və sahəsi 118 kv.metr olan yaşayış evinin və Göyçay rayonu Mollahacılı kəndində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsinin X16 aid 1/6 hissəsi daxildir.Miras xx.xx.2008-ci ildə açıldığı zamanı miras qoyan X13 qanun üzrə vərəsəlik zamanı 5 vərəsəsi olmuşdur:1) qızı Xəlilova (İsmayılova) Rəfiqə Abduləli qızı,2) qızı Muxtarova (İsmayılova) Ofelya Abduləli qızı 3) qızı Babayeva (İsmayılova) İrəmiyyə Abduləli qızı,4) oğlu X18 və 5) oğlu Cavabdeh olmuşdur. Xəlilova (İsmayılova) Rəfiqə Abduləli qızı, Muxtarova (İsmayılova) Ofelya Abduləli qızı və Babayeva (İsmayılova) İrəmiyyə Abduləli qızı notariat qaydasında təsdiq edilmiş ərizə verərək miras əmlakdan imtina etdiklərini bildirmişlər. Xəlilova (İsmayılova) Rəfiqə Abduləli qızı, Muxtarova (İsmayılova) Ofelya Abduləli qızı və Babayeva (İsmayılova) İrəmiyyə Abduləli qızı kimin xeyrinə imtina etdiyini bildirmədiyindən,məhkəmə hesab edir ki,Azərbaycan Respublikası Mülki Məcəllənin 1262-ci maddəsinin tələblərinə uyğun olaraq onları payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına əlavə edilməlidir. Beləliklə Xəlilova (İsmayılova) Rəfiqə Abduləli qızı, Muxtarova (İsmayılova) Ofelya Abduləli qızı və Babayeva (İsmayılova) İrəmiyyə Abduləli qızının mirasdan imtina etmələrini nəzərə alıb,məhkəmə hesab edir ki,miras əmlakın qalan 02 vərəsə X18 və Cavabdeh arasında bölüşdürülməsinin mümkünlüyü yoxlanılmalıdır. İddiaçı İsmayılova Nərgı̇ z Abdul qızı miras qoyan X13 mərhum oğlu X18 ilə xx.xx.1980-ci il tarixdə nikah bağlamışlar, nikah bağladıqdan sonra Göyçay rayonu Mollahacılı kəndində yerləşən 0,26 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Göyçay rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 50 saylı qərarı ilə X16, İddiaçı, X16, mərhum həyat yoldaşı X7, qızları X17, X8 və X11 0,26 ha və 0,07 ha həyətyanı torpaq sahələri ayrılmışdır. Həmin torpaq sahəsinə dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X23 xx.xx.2008-ci ıl tarixdə, X18 isə xx.xx.2013-cü il tarixdə vəfat etmişlər. X23 vəfat etdikdən sonra miras əmlaka oğlu Rasim İsmayılov sahiblik etməyə faktik başladığından, həmçinin Göyçay rayonu, Mollahacılı kəndində yerləşən 0,26 ha torpaq sahəsi və sahəsi 118 kv.metr olan yaşayış evi, habelə Göyçay rayonu Mollahacılı kəndində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsi X5 ümumi birgə mülkiyyətində olduğundan miras Azərbaycan Respublikası Mülki Məcəllənin 1255-ci maddəsinin tələblərinə görə X5 mülkiyyəti sayılmalıdır. Bununla yanaşı məhkəmə nəzərə alır ki,digər vərəsə Cavabdeh miras əmlakdan imtina etməmiş,miras qoyanın dəfnində,yas mərasimində zəruri xərcləri çəkməklə iştirak etmişiddiaçının yaşadığı Göyçay rayonu Mollahacılı kəndindəki ev və həyətyanı torpaq sahəsi miras əmlak olan anası X16 məxsus Göyçay rayonu Mollahacılı kəndində yerləşən 0,26 ha torpaq sahəsinə bitişik olaraq yerləşir ,(iddiaçının izahatına və cavabdehin nümayəndəsinin iddiaçının izahatını təkzib etmədiyinə görə) ,həyətyanı torpaq sahələri birbirindən məftil çəpərlə ayrılmış,Cavabdeh və ailə üzvlərinin,həmçinin İddiaçı və ailə üzvlərinin bir-birinin həyətyanı torpaq sahələrinə sərbəst giriş-çıxışı olmuşdur.Belə olan halda məhkəmə hesab edir ki,Cavabdeh mirası qəbul etmək niyyəti açıq-aşkar təsdiqləndiyindən,onun miras əmlakda payının olması da nəzərə alınmalıdır. İddiaçı gəldikdə isə,məhkəmə qeyd edir ki,miras əmlakı açıldıqdan sonra X18 qəbul etdiyindən,miras əmlak onun mülkiyyəti sayılmalıdır. X18 xx.xx.2013-cü ildə vəfat etdikdən sonra qanun üzrə vərəsəsi olan arvadı İddiaçı miras əmlaka faktiki sahiblik edərək mirasın qəbulu üçün müəyyənləşdirilmiş hərəkətləri etmişdir. Beləliklə məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki,miras əmlak 2 vərəsə arasında İddiaçı və Cavabdeh arasında bölüşdürülməli olduğundan,İddiaçı miras əmlakda 1/2payı müəyyən edilməklə iddia qismən təmin edilməli,Cavabdeh vərəsəlik hüququnun təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmədiyindən ona miras əmlakda payının müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq,Göyçay Rayon Məhkəməsi qət etdi: İddia qismən təmin edilsin. Göyçay rayonu Mollahacılı kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0,26 ha torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 118 kv.m olan fərdi yaşayış evinin 1/6 hissəsi və Göyçay rayonu Mollahacılı kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0,07 ha torpaq sahəsinin 1/6 hissəsi üzərində İddiaçı 1/2 payı müəyyən edilsin. Qalan hissədə iddia təmin edilməsin. Cavabdeh miras əmlakda payının müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №2(046)-1894/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1894/2023
23.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver