Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-1895/2024 11.09.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən Göyçay rayon Məhkəməsinin hakimi Fəttahov İbrahim Bağır oğlu, Ərizəçi hüquqi əhəmiyyətli fatkın müəyyən edilməsi barədə ərizəsinə baxaraq, müəyyən etdim: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 2009-cu il tarixdən xx.xx.2019-cu il tarixədək mərhum anası X2 qulluq göstərməyi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Aşağıdakı əsaslara görə ərizə geri qaytarılmalıdır. Ərizəçi məhkəməyə təqdim etdiyi ərizəsində X2 20019-cu il tarixdən qulluq etdiyini qeyd etmiş, lakin X1 doğum haqqında şəhadətnaməsini ərizəyə əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Məhkəməyə təqdim edilmiş ********** nömrəli xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Ərizəçi tərəfindən Göyçay rayon Məhkəməsinin hesabına 100 manat dövlət rüsumu ödənilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 149-cu, 152-ci maddələrini rəhbər tutaraq qərar verdi : Ərizəçi hüquqi əhəmiyyətli fatkın müəyyən edilməsi barədə ərizəsi geri qaytarılsın. Ərizəçi göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. Ərizəçi tərəfindən ********** nömrəli xx.xx.2024-cü il tarixli qəbzlə Göyçay rayon məhkəməsinin hesabına ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Göyçay rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1895/2024
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-1895/2024
11.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver