Məhkəmə qərarları › İş №2(046)-1896/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1896/2021

30.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1896/2021 30.11.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Ərizəçi nümayəndəsi (qardaşı) Nümayəndə iştirakı ilə, sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə müraciət edərək, JN-727 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının ümumi-birgə mülkiyyətçilər sırasında X6 adına yazılmış qeydin Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi nümayəndəsi (qardaşı) Nümayəndə ərizəni müdafiə edərək göstərmişdir ki, Ərizəçi 18.12.1972-ci ildə Göyçay rayon Bığır kəndində anadan olmuş, 14.10.2003-cü il tarixdə X10 ilə ailə quraraq Ziyadova soyadını qəbul etmişdir. Göyçay rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1997-ci il tarixli qərarı ilə Göyçay rayonunun Bığır kəndində torpağa mülkiyyət hüququna dair JN-727 saylı dövlət aktına əsasən torpaq sahəsi verilmişdir. Göyçay rayon Notariat Kontoruna sənədlər təqdim edərkən məlum olmuşdur ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsi tərəfindən verilmiş JN- 727 saylı dövlət aktında adı X7 əvəzinə səhvən X3 yazılmışdır. Ona görə də ərizə ilə DƏDRX-nin 16 saylı Ərazi İdarəsinə müraciət edərək JN- 727 saylı dövlət aktında düzəliş edilməsini xahiş etçmiş, lakin DƏDRX-nin 16 saylı Ərazi İdarəsi məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Buna görə də ərizənin təmin edilməsini xahiş etmişdir. İş üzrə maraqlı şəxs Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi məhkəmə baxışında iştirak etməmişdir. İş üzrə ərizəçinin nümayəndəsini dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş X2 təsdiq edilmiş surətlərindən görünür ki, X7 17.06.1982-ci il tarixdə, Nümayəndə isə xx.xx.1963-ci il tarixdə anadan olmuşdur. X1, anaları X5r. Məhkəməyə təqdim edilmiş X4 təsdiq edilmiş surətindən görünür ki, X7 ilə X10 14.10.2013-cü il tarixdə nikah bağlamış, ona Ziyadova soyadı verilmişdir. Məhkəməyə təqdim edilmiş Torpağın Mülkiyyət Hüququna dair JN-727 saylı Dövlət Aktının surətindən görünür ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının 15.12.1997-ci il tarixli qərarı ilə Göyçay rayonu Bığır kəndində yerləşən 3.01 ha torpaq sahəsi X6 və digər ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Məhkəməyə təqdim edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş 13.09.2021-ci il tarixli məktubdan görünür ki, DT və XK-si tərəfindən verilmiş JN-259saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında Ərizəçi adı səhvən “X8” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 350.2.11-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, digər hüquqi əhəmiyyəti olan faktları da müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi və onun ailə üzvlərinin adına verilmiş JN-727 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının ərizəçiyə məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 350.2.5, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN-727 saylı Dövlət Aktının mülkiyyətçilər siyahısının 5-ci bəndində X6 adı qeyd edilmiş dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar