Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1907/2021 15.11.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, evə köçürülmə tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı uşaqları ilə birlikdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus Göyçay rayonu Ulaşlı-Şıxlı kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, Cavabdeh1 ilə 04.09.2006-ci il tarixdə nikah bağlamışlar, birgə nikahdan 26.07.2007-ci il tarixdə X45 və 31.07.2009-cu il tarixdə X50 anadan olmuşdur. Bundan sonra cavabdehlərin yaşadığı Göyçay rayonu Potu kəndində yerləşən fərdi yaşayış evinə cehiz əmlakları ilə birlikdə gəlin köçmüş və faktiki ayrılana kimi onlara məxsus evdə yaşamaqla birgə təsərrüfatı idarə etmişdir. Cavabdeh1la münasiblərində dəyişiklər baş vermiş, buna görə də Göyçay rayon Məhkəməsinin 19 noybar 2020-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuş, azyaşlı uşaqları onun himayəsində saxlanılmışdır. Ər-arvad münasibətləri kəsildikdən sonra, cavabdehlər onu azyaşlı uşaqları ilə yaşadığı və cehiz əmlaklarının yerləşdiyi evə buraxmamışlar. Yaşadığı evdən çıxdıqdan sonra azyaşlı uşaqları ilə kirayələrdə yaşamaq məcburiyyətində qalmışdır. Müəllimə kimi aldığı əmək haqqı özünün, övladlarının saxlanmasına, eləcə də kirayə haqqını ödəməyə kifayət etmir. Buna görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə iddianı qəbul etməyərək göstərmişdir ki, İddiaçının köçmək istədiyi fərdi yaşayış evi 1956-cı ildə inşa edilməklə həmin vaxtdan iddiaçının keçmiş əri Cavabdeh1 babası X2 11 oktyabr 1976-cı ildə vəfatından sonra qısa müddət ərzində arvadı X1 olmuşdur. X23 30 mart 1977ci il tarixdə vəfat etmiş və mübahisə predmeti olan fərdi yaşayış evi həmin vaxtdan iddiaçının keçmiş əri Cavabdeh1 atası Rəfail Manafovun istifadəsində olmuşdur. Qeyd edilən hallar X47 filialından əldə edilmiş Göyçay rayonu Potu kənd XDS icraiyyə Komitəsinin Ulaşlı-Şıxlı kəndinə aid 1974-1976, 1977-1979, 1986-1990, 1991-1995-ci illərin təsərrüfatbaşına kitabına dair 03 noyabr 2021-ci il tarixli 385 saylı arxiv arayışı ilə təsdiqlənir. Bundan başqa Göyçay rayon Aqrar İslahat Komissiyasının 21 iyul 1998-ci il tarixli 39 saylı qərarı ilə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-158 F saylı şəhadətnamədə də 4102,1 kvm torpaq sahəsinin 268,1 kvm hissəsinin tikinti altında olmaqla 159,7 kvm sahədə yaşayış evinin olması göstərilmişdir. Mübahisəli evin sahibi X14 21 fevral 2016-cı il tarixdə vəfat etmiş və onun mirasına 10 avqust 2020-ci il tarixdə vərəsəlik açılaraq Göyçay rayon notariat kontoru tərəfindən verilmiş X58 hüququ haqqında şəhadətnaməyə əsasən hazırkı iş üzrə cavabdehlərə, həmçinin miras qoyanın övladları X32 və X18 bərabər hissədə pay almaq hüququ verilmişdir və qanun üzrə vərəsələrin miras əmlaka mülkiyyət hüquqları 13 avqust 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır. Göründüyü kimi mənzil münasibətləri yaranarkən mübahisəli ev mərhum X6 məxsus olmuş və ailə üzvləri ilə birlikdə qanuni əsaslarla həmin evdə yaşamışdır. Həmin evə dair mərhumun adına müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydiyyat aparılmış, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Mərhumun həmin evi öz mülkiyyətinə keçirmək üçün qanuni gözləntiləri olmuşdur. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş Göyçay Rayon Məhkəməsinin 19.11.2020-ci il tarixli 2(046)-1144/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında 04.09.2006-cı il tarixdə qeydə alınmış nikah pozulmuş, tərəflərin birgə nikahdan 26.06.2007-ci il tarixdə anadan olmuş X45 və 31.07.2009-cu il tarixdə anadan olmuş Cavabdeh1 İddiaçı yanında qalmışdır. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X39 tərəfindən 03.11.2021-ci il tarixdə verilmiş arayışdan görünür ki, Göyçay rayon Potu kənd XDS İcraiyyə Komitəsinin Ulaşlı-Şıxlı kəndinə aid 1974-1976-cı illərin təsərrüfatbaşına kitabın 103-cü təsərrüfatında X7 ailə başçısı olmaqla (11.10.1976-cı ildə vəfat etməsi və təsərrüfatın arvadı Məsmənin adına keçməsi qeydi var) öhdəsində 0.30 ha həyətyanı torpaq sahəsi, 2 otaqdan ibarət yaşayış evinin 1956-cı ildə tikilməsi və aşağıdakı tərkibdə ailə üzvlərinin olması göstərilmişdir. arvadı adı-X23 oğlu-X8 qızı-X15 qızı-X9 qızı-X10 qızı-X11 1977-1979-cu illərin təsərrüfatbaşına kitabın 104-cü təsərrüfatında X23 ailə başçısı olmaqla (30.03.1977-ci ildə vəfat etməsi və təsərrüfatın oğlu X3 adına keçməsi qeydi var, öhdəsində 0,30 ha həyətyanı torpaq sahəsi, 2 otaqdan ibarət yaşayış evinin 1956-cı ildə tikilməsi və aşağıdakı tərkibdə ailə üzvlərinin olması göstərilmişdir. oğlu-X12 qızı-X15 qızı-X9 qızı-X10 qızı-X11 gəlini-X19 nəvəsi-X40 nəvəsi-X37 1986-1990-cı illərin təsərrüfatbaşına kitabın 131-ci təsərrüfatında X16 ailə başçısı olmaqla öhdəsində 0,30 ha həyətyanı torpaq sahəsi, yaşayış evinin 1956-cı ildə tikilməsi, ümumi sahəsi 75 kvm, yaşayış sahəsinin 40 kvm olması və aşağıdakı tərkibdə ailə üzvlərinin olması göstərilmişdir. bacısı-X15 arvadı-X24 bacısı-X11 oğlu-X41 qızı-X38 oğlu-X42 Göyçay rayon İHB-nın Potu kənd nümayəndəsinin Ulaşlı-Şıxlı kəndinə aid 1991-1995ci illərin təsərrüfatbaşına kitabın 176-cı təsərrüfatında X17 ailə başçısı olmaqla öhdəsində 0,30 ha həyətyanı torpaq sahəsi, yaşayış evinin ümumi sahəsi 75 kvm, o cümlədən yaşayış sahəsi 40 kvm və aşağıdakı tərkibdə ailə üzvlərinin olması göstərilmişdir: bacısı-X15 arvadı- X24 oğlu-X40 qızı-X37 oğlu-X43 Məhkəməyə təqdim edilmiş Torpağın Mülkiyyətə verilməsinə dair JN 158F saylı Şəhadətnamədən görünür ki, Göyçay rayon Ulaşlı Şıxlı kəndində yerləşən 0.41 ha torpaq sahəsi X12, X24, X40, X43 və X20 mülkiyyətinə verilmişdir. Məhkəməyə təqdim edilmiş X58 Hüququ Haqqında 10.08.2021-ci il tarixli Şəhadətnamədən görünür ki, X5 vərəsələri X24, X40, X43 və X25r. Məhkəməyə təqdim edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Göyçay rayonu Ulaşlı-Şıxlı kəndində 0.41 ha torpaq sahəsində yerləşən 89.1 kv.m fərdi yaşayış evi və həmin torpaq sahəsi X24, X40, X43 və X20 xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. İş üzrə tərəfləri dinləyən və tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 mülkiyyətində olan Göyçay rayonu Ulaşlı-Şıxlı kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək bə onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsainin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir.İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının 21.07.1998-ci il tarixli 39 nömrəli qərarı ilə Göyçay rayon Ulaşlı Şıxlı kəndində yerləşən 0.41 ha torpaq sahəsi X12, X24, X40, X43 və X20 mülkiyyətinə verilmiş, həmin torpaq sahəsində cavabdehlərin ailə üzvü sayılan mərhum X4 şəxsi vəsaiti hesabına 1991-1995-ci illərdə fərdi yaşayış evi inşa edilmişdir. X12 21.02.2016-cı il tarixdə vəfat etmişdir. Bundan sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 sözügedən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldıraraq bu barədə hüquqların dövlət qeydiyyatı haqqında DƏDRX-dan 13.08.2020-ci il tarixdə çıxarış almışlar. Göründüyü kimi İddiaçı Cavabdeh1 ilə 04.09.2006-cı ildə ailə həyatı quraraq mübahisəli fərdi yaşayış evinə gəlin köçərkən, cavabdehlər Cavabdeh1, Cavabdeh2 torpaq sahəsinə və həmin torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinə gözlənilən mülkiyyət hüquq olmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv,qərəzsiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı mülkiyyətçilər Cavabdeh1 və Cavabdeh2 məxsus Göyçay rayonu Ulaşlı-Şıxlı kəndində yerləşən fərdi yaşayış evinə uşaqları ilə birlikdə köçürülməsi barədə tələbi Cavabdeh1 və Cavabdeh2 oğlunun mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Göyçay rayonu Ulaşlı-Şıxlı kəndində yerləşən fərdi yaşayış evinə uşaqları ilə birlikdə köçürülməsi barədə tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Göyçay rayonu Ulaşlı-Şıxlı kəndində yerləşən fərdi yaşayış evinə uşaqları ilə birlikdə köçürülməsi barədə tələbi təmin edilməsin. Qətnamədən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1907/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1907/2021
15.11.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver