Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1916/2021 29.11.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi «hüquqi əhəmiyyəti olan mirasın qəbul edilməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Göyçay rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İsayev X21 rayon Notariat Kontorunu maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyəti olan mirasın qəbul edilməsi faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X2 qalmış mirası əmlak olan Göyçay şəhəri Nəriman Nərimanov küçəsi 46 saylı binada yerləşən 2 saylı mənzilin onun tərəfindən qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, miras qoyan mərhum nənəsi X16 11 noyabr 1959-cu il tarixdə X7 ilə Göyçay rayon Qeydiyyat Şöbəsində nikah qeyd etdirməklə ailə qurmuşdur. Onların birgə nikahından 20 mart 1960-cı il tarixdə Yaşar və 21 oktyabr 1962-ci il tarixdə Rauf adlı iki oğulları doğulmuşdur. Mərhum babası X7 29 mart 1981-ci il tarixdə vəfat etmişdir. Mərhum əmisi Ərizəçi Soltanməcid oğlu 20 yanvar 1990-cı il tarixdə güllə yarası alaraq həlak olmuşdur. Mərhum əmisinin arvadı erməni əsilli olduğu üçün mərhum nənəsi onun qızı olan X10 29 iyun 1994-cü il tarixdə övladlığa götürmüşdür, X13 1997-ci ildə ölkə ərazisini tərk edərək xaricdə yaşayan doğma anası X5 yanına köçmüşdür və həmin ildən Azərbaycan Respublikası ərazisində yaşamır. Miras qoyan nənəsi X16 22 aprel 2005-ci il tarixdə vəfat etmişdir. Mərhum nənəsi X16 vəfat edərkən onun mülkiyyətində olan, Göyçay şəhəri Nəriman Nərimanov küçəsi 46 saylı evdə yerləşən 2 saylı mənzil miras qalmışdır. X11 vəfatından sonra qalan mirası mərhum atası X8 faktiki qəbul edib idarə etmişdir. Mərhum atası X8 19 iyul 2018-ci il tarixdə vəfat etmişdir. Mərhum atası X8 ilə anası X19 arasında olan nikah 06 yanvar 2011-ci il tarixdə pozulmuşdur. Mərhum atasının ölümündən sonra onun iki vərəsəsi qalmışdır - 15 iyun 1993-cü il tarixdə doğulmuş bacısı Bahar və o. Mərhum atasının ölümündən sonra o, miras əmlakı faktiki qəbul edib idarə etmişdir. Hazırda da miras əmlak onun istifadəsində və sahibliyindədir. Qanun üzrə birinci növbə vərəsə olan X13 mərhum nənəsindən qalan miras əmlakı nə rəsmi, nə də faktiki qəbul etməmişdir. Lakin Göyçay notariat ofisi X13 ilə aralarında mirasın bölüşdürülməsinə dair ixtilaf olması qənaətinə gələrək ixtilafı həll etmək üçün məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsində göstərilir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mərhum atası mərhum nənəsindən qalmış miras əmlakı idarə etməyə faktiki başladığı üçün miras onun tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 246-cı maddəsinin tələblərinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. X9 mirası qanunda nəzərdə tutulmuş müddətdə qəbul etməməsi Maraqlı şəxs 15 sentyabr 2021-ci il tarixli 1243 saylı məktubu ilə də təsdiq olunur. Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında ərizəsini müdafiə edərək, ərizəyə oxşar, eyni məzmunlu izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Göyçay rayon Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş:- Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin müvafiq Ərazi İdarəsi tərəfindən verilmiş 12 dekabr 2018-ci il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 saylı evin 2 saylı mənzili X11 adına xüsusi mülkiyyət kimi tam pay üzrə daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli reyestr kitabının 22 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş 12 dekabr 2018-ci il tarixli 408-1/7000 inventar nömrəli texniki pasportdan görünür ki, ünvan 1 saylı evin 2 saylı mənzilinə dair X11 adına texniki pasport tərtib edilmişdir. - Göyçay rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 18.10.2018-ci il tarixli AZ-İ seriyalı 953613 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X16 22 aprel 2005-ci il tarixdə Göyçay şəhərində kardiogen şokdan vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 26 aprel 2005-ci il tarixdə 101 saylı akt qeydi aparılmışdır. - Miras qoyan X1 X7 ilə rəmi nikahda olmuşdur. Aralarında nikah 11 noyabr 1959cu il tarixdə Göyçay rayon VVAQ şöbəsində 190 saylı akt qeydi ilə bağlanmış, arvada İsayeva soyadı verilmişdir. Tərəflərə Göyçay rayon VVAQ Şöbəsi tərəfindən 15 iyul 1974cü il tarixli AZ seriyalı 305243 saylı evlənmək haqqında şəhadətnamə verilmişdir. - X7 29 mart 1981-ci il tarixdə Göyçay şəhərində vərəm xəstəliyindən vəfat etmiş, bu barədə 01 aprel 1981-ci il tarixdə Göyçay rayon Qeydiyyat şöbəsində müvafiq akt qeydləri kitabında 52 saylı akt qeydi aparılmışdır (əsas: Göyçay rayon Qeydiyyat şöbəsinin verdiyi 16 aprel 2021-ci il tarixli 892 saylı arayış). - 29 iyun 1994-cü il tarixli İ-JQ seriyalı 273034 saylı övladlığa götürmə haqqında şəhadətnamədən görünür ki, 29 yanvar 1986-cı il təvəllüdlü X3 Ziya İsrəfil qızı tərəfindən övladlığa götürülmüşdür. Bu barədə müvafiq akt qeydləri kitabında 29 iyun 1994-cü il tarixdə 11 saylı akt qeydi aparılmışdır. - Ərizəçinin əmisi, 25 sentyabr 1962-ci il təvəllüdlü Ərizəçi Soltanməcid oğlu 20 yanvar 1990-cı il tarixdə güllə yarası alaraq həlak olmuşdur. - Ərizəçi xx.xx.1995-ci il tarixdə Göyçay şəhərində doğulmuşdur, atası miras qoyanın oğlu X8, anası X14r. Ərizəçinin 15.06.1993-cü il təvəllüdlü X20 adlı bir bacısı var. Ərizəçinin valideynləri arasında olan nikah 06 yanvar 2011-ci il tarixdə Göyçay rayon Qeydiyyat şöbəsində 01 saylı akt qeydi ilə pozulmuşdur. - Ərizəçinin nənəsi, miras qoyan X16 vəfat edəndən sonra miras əmlak faktiki olaraq X8 tərəfindən qəbul edilmiş, ərizəçi də atası ilə birlikdə həmin miras əmlak olan mənzildə yaşamışdır. Ərizəçi hazırda da həmin mənzildə yaşyır. Ərizəçinin atası X8 19 iyul 2018-ci il tarixdə Göyçay şəhərində kardiogen şokdan vəfat etmişdir. - Ərizəçi 30 oktyabr 2018-ci il tarixdə zəruri sənədləri Göyçay şəhər Notariat Kontoruna təqdim etməklə, nənəsindən miras qalmış mənzili faktiki olaraq qəbul etdiyini bildirmiş və müvafiq sənədləşdirmə işlərinin aparılmasını xahiş etmişdir. - Maraqlı şəxs 19 aprel 2021-ci il tarixli 545 saylı məktubundan görünür ki, ərizəçinin 22 aprel 2005-ci il tarixdə vəfat etmiş X6 miras qalmış ünvan 1 saylı evin 2 saylı mənzilinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı 19.04.2021-ci il tarixli ərizəsinə baxılaraq, miras şəriyi olan X13 ilə aralarında həmin yaşayış mənzilinə dair mirasın bölüşdürülməsi haqqında ixtilafı həll etmək üçün Göyçay rayon Məhkəməsinə müraciət etməsi tövsiyə olunmuşdur. - Maraqlı şəxs 15 sentyabr 2021-ci il tarixli 1243 saylı məktubundan görünür ki, mərhum X11 vərəsəsi X4 şəhəri N.Nərimanov küçəsi 46 ünvanda yerləşən miras əmlakın qəbuluna dair ərizə ilə Maraqlı şəxsnə müraciət etməmişdir. İşin faktiki hallarından görünür ki, Ərizəçi atası miras qoyandan miras qalmış, yaşadıqları mənzili miras qoyanın vəfat etdiyi an qəbul etmiş, vəfat etdiyi günə qədər həmin mənzildə yaşamış, həmin dövrdə və bundan sonra X13 qanunla müəyyən olunmuş müddət ərzində ərizə ilə notariat orqanına müraciət etməmiş, miras qoyanın vəfatı anında və bundan sonra Azərbaycan Respublikasında yaşamamış, miras əmlakı faktiki olaraq qəbul etməmişdir. Yaşar İsayev vəfat edən an isə onun oğlu, hazırkı iş üzrə Ərizəçi mənzili faktiki olaraq qəbul etmiş, mirası qəbul etdiyini şəksiz nümayiş etdirmiş, həmin mənzildən etirazsız şəkildə istifadə edərək, mənzilə sahiblik etmişdir. Hazırda da ərizəçi həmin mənzildə yaşayır. Qeyd olunduğu kimi, X13 miras qoyanın vəfatından xeyli öncə Azərbaycan Respublikasını tərk etmiş, Azərbaycan Respublikasına qayıtmamış, miras qoyan vəfat edəndən dərhal sonra miras əmlakı faktiki olaraq qəbul etməmiş, qanunla müəyyən edilmiş müddət ərzində vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün notariat orqanına müraciət etməmişdir. Göründüyü kimi, miras əmlak Ərizəçi tərəfindən faktiki olaraq qəbul edilmişdir. Hazırda ərizəçi qeyd olunan hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2, 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iclasında izahat, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X2 qalmış mirası əmlak olan Göyçay şəhəri Nəriman Nərimanov küçəsi 46 saylı binada yerləşən 2 saylı mənzil Ərizəçi tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X2 qalmış mirası əmlak olan Göyçay şəhəri Nəriman Nərimanov küçəsi 46 saylı binada yerləşən 2 saylı mənzilin Ərizəçi tərəfindən qəbul edilməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X2 qalmış mirası əmlak olan Göyçay şəhəri Nəriman Nərimanov küçəsi 46 saylı binada yerləşən 2 saylı mənzilin Ərizəçi tərəfindən qəbul edilməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1916/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1916/2021
29.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver