Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1919/2022 10.10.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə, doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək oğlu X7 xx.xx.2015-ci il tarixdə doğum faktı müəyyən edilməklə doğum haqqında şəhadətnamənin verilməsi dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizəni müdafiə edərək tələbi belə əsaslandırmışlar ki, 2014-cü ildə qeyri rəsmi ailə qurmuşlar. Yaşadıqları müddətdə 28 sentyabr 2015-ci il tarixdə Elson adlı uşaqları yaşadıqları evdə yəni Göyçay şəhəri, Natəvan küçəsi ev 2, mənzil 2-də doğulmuşdur. Nikahları 09 mart 2022-ci il tarixdə Maraqlı şəxsndə qeydə aldırmışlar, hazırda Göyçay şəhəri, Natəvan küçəsi ev 2, mənzil 2-də bir ailə kimi yaşayırlar. Ərizəçi2 Elsona hamilə olduğu vaxtlarda səhəti normal keçdiyi üçün hamiləliyi qeydə aldıra bilməmişdi, bu səbəbdən də Elson ev şəraitində yəni Göyçay şəhəri, Natəvan küçəsi ev 2, mənzil 2-də yaşadıqları evdə doğulduğu üçün tibb müəssisəsindən ona doğumu haqqında tibbi şəhadətnamə verilməmişdir və bu səbəbdən də uşağın doğumunu qeydiyyat şöbəsində qeyd etdirməmişlər. Elsonun doğumunun qeyd edilməsi üçün Maraqlı şəxsnə müraciət etmişlər, lakin uşağın doğumu haqqında tibbi şəhadətnamə olmadığı üçün onun doğumunu qeydə almaqdan imtina edən Maraqlı şəxs Elsonun doğumunun qeyd edilmə faktının müəyyən edilməsi üçün yaşadığı yerin məhkəməsinə müraciət etməyimi onlara tövsiyyə edilmişdir. Buna görə də məhkəmədən ərizəsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə maraqlı tərəf olan Maraqlı şəxsnə məhkəmə baxışının yeri və vaxtı barədə məlumat verilmiş, Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə baxışında iştirak etməmişdir. Məhkəmə Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində izahat vermiş X1 göstərmişdir ki, Ərizəçi1 və Ərizəçi2 onun qonşusudur. Onların birgə nikahlarından bir uşaqları Elson yaşadıqları evdə anadan olmuşdur. Məhkəmədə şahid qismində izahat vermiş X6 göstərmişdir ki, Ərizəçi1 ərinin bacısı oğludur. Eltac Nəcibə ilə ailə qurmuş, onların birgə nikahlarından bir uşaqları Elson yaşadıqları evdə anadan olmuşdur. Məhkəmədə şahid qismində izahat vermiş X2 göstərmişdir ki, Ərizəçi1 onun oğlu, Ərizəçi2 onun gəlinidir. Onların birgə nikahlarından bir uşaqları Elson yaşadıqları evdə anadan olmuşdur. Ərizəçilərin izahatını dinləyən, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Məhkəməyə təqdim edilmiş X5 surətindən görünür ki, Ərizəçi1 ilə Ərizəçi2 xx.xx.2022-ci il tarixdə nikah bağlamışlar. Məhkəməyə təqdim edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X7 xx.xx.2015-ci il tarixdə doğum aktı qeydi şöbənin arxınında tapılmamışdır. Məhkəmə hesab edir ki, ərizəçilər X7 nın doğum aktı qeydinin müəyyən edilməsini başqa qaydada əldə edə bilməzlər. Bu isə Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən həmin hüquqi əhəmiyyəti olan faktın məhkəmə tərəfindən müəyyən olunması üçün əsasdır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, ərizəçi X3 ərizəsi qanuna uyğun olduğundan təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 311, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDI: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 oğlu X7 xx.xx.2015-ci il tarixdə Göyçay şəhəri Natəvan küçəsi ev 2, mənzil 2-də doğum faktının müəyyən edilməsinə dair ərizəsi təmin edilsin. Bu qətnamə xx.xx.2015-ci il tarixdə anadan olmuş X7 doğumunun qeydə alınması və doğum aktı qeydində doğum tarixinin xx.xx.2015-ci il, doğum yerinin Göyçay şəhəri Natəvan küçəsi ev 2, mənzil 2, soyadının Əliyev, adının Elson, ata adının Eltac, atasının Ərizəçi1, anasının Ərizəçi2 kimi qeyd edilməsi üçün əsasdır. Qətnamənin icrası Maraqlı şəxsnə tapşırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1919/2022
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1919/2022
10.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver