Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1927/2021 04.11.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə müraciət edərək, Göyçay rayonu Aqrar İslahat Komissiyasının 14.05.1999-cu il tarixli qərarı əsasında tərtib edilmiş torpaq sahəsinin planı və ölçü sənədinin subyektlər siyahısında qeyd edilmiş X2 adına yazılmış qeydin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək göstərmişdir ki, 21.09.1964-cü il tarixdə X4 ilə nikah bağlamışdır. X1 03.03.1999-cu il tarixdə vəfat etmişdir. Göyçay rayon Aqrar İslahat Komissiyasının 14.05.1999-cu il tarixli 50 nömrəli qərarı ilə ona 419.42 kv. m həyatyanı torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinə dair AN-289777 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Ona məxsus Göyçay şəhərində yerləşən həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət edilmişdir. Müraciəti araşdıran sözügedən inzibati orqan 23 avqust 2021-ci il tarixli **********33 saylı məktubla mülkiyyət hüququmu dövlət reyestrində qeydiyyata almaqda imtina etmişdir. İmtinanın səbəbi kimi Göyçay Rayon Aqrar İslahatı Komissiyasının tərtib etidiyi subyektlərin siyahısında adının “Tamilla” əvəzinə “Tamilə” yazılması göstərilmişdir. Göyçay Rayon Aqrar İslahatı Komissiyasının tərtib etdiyi subyektlərin siyahısında adının “Tamilə” yazılmasının səbəbini araşdırdıqda məlum olmuşdur ki, islahat zamanı mülkiyyətçilər barədə qeydiyyat aparan şəxslər səhvən adımnn “Tamilə” yazılmasını göstərmişdir. Buna görə də ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə maraqlı şəxs Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi məhkəmə baxışında iştirak etməmişdir. İş üzrə ərizəçinin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş X7 görünür ki, X6 xx.xx.1947-ci il tarixdə anadan olmuşdur. Məhkəməyə təqdim edilmiş X8 görünür ki, X6 ilə X4 21.09.1964-cü il tarixdə nikah bağlamışlar, X5 (Qurbanova) soyadı verilmişdir. Məhkəməyə təqdim edilmiş A № 289777 saylı torpaq sahəsinin planı və ölçüsünü əks etdirən kadastr planından görünür ki, Göyçay rayonu Aqrar İslahat Komissiyasının 14.05.1999-cu il tarixli qərarı ilə X3 və ailə üzvlərinə Göyçay şəhərində 419.42 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Məhkəməyə təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi idarəsin tərəfindən 23.08.2021-ci il tarixdə verilmiş məktubdan görünür ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının tərtib etdiyi subyektlərin siyahısında Ərizəçi adı “Tamilə” kimi yazıldığından Ərizəçi qeydiyyatla bağlı ərizəsindən imtina edilmişdir. Azərbaycan Respublikası MPM-nin 350.2.11-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, digər hüquqi əhəmiyyəti olan faktları da müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, Göyçay rayonu Aqrar İslahat Komissiyasının 14.05.1999-cu il tarixli 50 saylı qərarı əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərəfindən verilmiş A № 289777 saylı torpaq sahəsinin plan və ölçüsünün subyektlər siyahısında Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 350.2.5, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ Ərizə təmin edilsin. Göyçay rayonu Aqrar İslahat Komissiyasının 14.05.1999-cu il tarixli qərarı əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A № 289777 saylı torpaq sahəsinin plan və ölçüsünün subyektlər siyahısında qeydin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim İbrahim Fəttahov.
Məhkəmə qərarları › İş №2(046)-1927/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1927/2021
04.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver