Məhkəmə qərarları › İş №2(046)-1943/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1943/2021

11.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1943/2021 11.10.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi xüsusi icraat qaydasında ərizəsinə Göyçay şəhərində 11 oktyabr 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs notariusu Polad Nəcəflinin bağışlama müqaviləsinin bağlanmasından etdiyi imtinasının qanunsuz hesab olunması, mülkiyyətində olan ünvan 2 evin və həmin evin yerləşdiyi torpaq sahəsinin ½ hissəsinin həyat yoldaşı X4 bağışlanmasına dair qeydiyyatda olan şəxslərin razılığı alınmadan notariat hərəkətlərinin aparılması vəzifəsinin Maraqlı şəxs notariusu X5 həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Ərizəçi ərizəni müdafiə edərək tələbini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi onun, həmin evin yerləşdiyi torpaq sahəsi isə X3 ilə onun adına ½ hissədə xüsusi mülkiyyət kimi dövlət qeydiyyatına alınmış və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Mülkiyyətində olan ünvan 1 evi və həmin evin yerləşdiyi torpaq sahəsinin ½ hissəsini həyat yoldaşı X4 bağışlamaq qərarına gəlmişdir. Bu məqsədlə bağışlama müqaviləsini rəsmiləşdirmək üçün lazım olan sənədlərlə tərəfindən Maraqlı şəxsnə müraciət edilmişdir. Maraqlı şəxs notariusu Polad Nəcəfli özgəninkiləşdirilən əmlaka mülkiyyət hüquqlarını təsdiq edən dövlət reyestrdən çıxarışı tələb edərək, əmlakın ona məxsus olmasını yoxladıqdan sonra, bağışlanan yaşayış evində kimlərin qeydiyyatda olması barədə arayış tələb etməklə yanaşı, qeydiyyatda olan və 18 yaşı tamam olmuş şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərlə notariat ofisində olmasını bildirmişdir. Fərdi yaşayış evində qeydiyyatda olan şəxslər notariat kontoruna gəlmədiyinə və əmlakın bağışlanmasına razılıq ərizəsi vermədiyinə görə, bağışlama müqaviləsini təsdiq etməkdən 20 sentyabr 2021-ci il tarixli məktubla imtina etmişdir. Hesab edir ki, notariat kontorunun notariusu, mülkiyyətində olan evdə qeydiyyatda olan şəxslərin ərizə verməməsi əsası ilə, bağışlama müqaviləsini təsdiq etməkdən imtina etməsi, mənsub olduğum əmlaka öz istədiyim kimi sahib olmaq və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququnu əsassız olaraq məhdudlaşdırmışdır. Buna görə də ərizənin təmin olunmasını xahiş etmişdir. İş üzrə Maraqlı şəxsnə məhkəmə baxışının yeri və vaxtı barədə qanunda nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışında iştirak etməmişdir. Məhkəmə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə ərizəçinin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi Ərizəçi, həmin evin yerləşdiyi torpaq sahəsi isə X3 ilə Ərizəçi adına ½ hissədə xüsusi mülkiyyət kimi dövlət qeydiyyatına alınmışdır. Məhkəməyə təqdim edilmiş Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair şəhadətnamədən görünür ki, Göyçay şəhəri M.Hüseynzadə küçəsində yerləşən 52.3 kv.m yaşayış sahəsi X1. Məhkəməyə təqdim edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 20.09.2021-ci il tarixli imtina məktubundan görünür ki, Ərizəçi notariat hərəkətləri ilə bağlı müraciətinə notarius tərəfindən imtina edilmişdir. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Şərh olunanlara əsaslanaraq Məhkəmə qeyd edir ki, ərizəçi öz daşınmaz əmlakının mülkiyyətçisi kimi öz əmlakını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər. Məhkəmə onu da qeyd edir ki, mülkiyyət hüququnun yaranması üsullarından biri bu hüququn müqavilə üzrə əldə edilməsindən ibarətdir. Əqdlər daha çox yayılmış hüquqi faktlardan biridirsə biridirsə, bağışlama müqaviləsi də əqdlərin bir növüdür. Müqavilə bağlanması ilə yaranan daşınmaz əmlaka mülkiyyət hüququnu əldə edən şəxsə tam keçməsi bu hüququn verildiyinin dövlət reyestrində qeydə alındığı tarixdən etibarən baş verir (Mülki Məcəllənin 146-cı maddəsi). Həmin anda həmçinin əmlakı bağışlayan şəxsin bu əmlaka olan mülkiyyət hüququna xitam verilir. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Daşınmaz əşyaların (o cümlədən yaşayış mənzilinin) bağışlama müqaviləsi yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331 -ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və 647.1-ci maddələri). «Notariat haqqında» Qanuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatda nəzərdə tutulur ki, daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair əqdlər təsdiq edərkən digər vəzifələrlə yanaşı notariuslar: notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxslərin şəxsiyyətini müəyyən etməli; əqd layihələrinin mənasını və əhəmiyyətini tərəflərə izah etməli və bu layihələrin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalı; özgəninkiləşdirilən mənzildə kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayış tələb etməli və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılıqını almalıdır (17, 38, 46, və 49-cu bəndlər). Bununla bağlı Məhkəmə qeyd edir ki, mənzildə yaşayan şəxslər barəsində arayışın tələb olunmaması və onların mənzilin bağışlanmasına razılığının müəyyənləşdirilməməsi notarius tərəfindən bağışlama müqaviləsinin rəsmiləşdirilməsinə maneçilik törətmir. Belə ki, mənzilin mülkiyyətçisi olan şəxsin mülkiyyət hüququ (o cümlədən, mülkiyyət üzərində sərəncam vermək hüququ) həmin mülkiyyətdən istifadə edənlər tərəfindən qeyriqanuni məhdudlaşdırıla bilməz. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12.04.2004-cü il tarixli qərarında da bu məsələ ilə bağlı belə hüquqi mövqey müəyyən olunmuşdur. Beləliklə məhkəmə hesab edir ki, notarius tərəfindən qeydiyyatda olan şəxslərin razılığı olmadan, Ərizəçi mülkiyyətində olan daşınmaz əmlakın həyat yoldaşı X4 bağışlanması barədə əqd notariat qaydasında rəsmiləşdirilməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə, MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Maraqlı şəxs notariusunun bağışlama müqaviləsinin bağlanmasından etdiyi imtina qanunsuz hesab edilsin. Ərizəçi xüsusi mülkiyyətində olan, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi torpaq sahəsinin ½ hissəsinin X4 bağışlanmasına dair qeydiyyatda olan şəxslərin razılığı alınmadan notariat hərəkətlərinin aparılması vəzifəsi Maraqlı şəxs notariusuna həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildikdən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar