Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-195/2021 09.09.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı3 və Cavabdeh iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə Göyçay şəhərində 09 sentyabr 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3 və İddiaçı4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay rayon Potu kəndində yerləşən mülkiyyətlərində olan 0.44 ha torpaq sahəsindən cavabdehin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı3 iddianı müdafiə edərək göstərmişdir ki, DƏDRX-nin 16-saylı Ərazi idarəsi tərəfindən çıxarışa əsasən Göyçay rayonu, Potu kəndində onun və digər iddiaçılar İddiaçı1, İddiaçı5, İddiaçı4 və İddiaçı2 ümumi birgə mülkiyyətində 0.44 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.Həmin torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilmiş və onun tərəfindən qeyri-qanuni istifadə edilir. Bununla da onların həmin torpaq sahəsi üzərində mövcud olan mülkiyyət hüququ pozulmuşdur. Buna görə də iddia tələbinin təmin olunması xahiş etmişdir. İş üzrə digər iddiaçılara məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Məhkəmə digər iddiaçıların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçılara məxsus Göyçay rayon Potu kəndində yerləşən 0.44 ha torpaq sahəsini zəbt etməmişdir. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə tərəflərin izahatlarını dinləyən, toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş DƏDRX-nın 16 saylı Ucar ərazi İdarəsindən verilmiş RX ******* saylı çıxarışdan görünür ki, Göyçay rayonu Potu kəndində yerləşən 0.44 ha torpaq sahəsi İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3 və İddiaçı4 ümumi-birgə mülkiyyətindədir. Məhkəməyə təqdim edilmiş X1 22.04.2021-ci il tarixli 12 saylı mütəxəssis rəyindən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3 və İddiaçı4 ümumi-birgə mülkiyyətində olan RX ******* seriyalı çıxarışa əsasən Göyçay rayonu Potu kəndində yerləşən 0.44 ha torpaq sahəsi Cavabdeh tərəfindən istifadə edilir. Cavabdeh Göyçay rayonu Potu bələdiyyəsinin 20.03.2006-cı il tarixli 6 saylı protokoluna əsasən verilmiş 0,10 ha torpaq sahəsi iddiaçıların mülkiyyətinə verilmiş 0,44 ha torpaq sahəsi üst-üstə düşmür. Məhkəməyə təqdim edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 18.06.2021-ci il tarixli 10/2213 saylı rəyindən görünür ki, X3 və Ekspertiza Mərkəzi” MMC tərəfindən tərtib edilən, 22.04.2021-ci il tarixli, 12 nömrəli mütəxəssis rəyindən göründüyü kimi İddiaçılar X2, İddiaçı2 İddiaçı3, İddiaçı4 mülkiyyətində olan RX ******* saylı Dövlət Reyestrindən Çıxarışa əsasən Göyçay rayonunun Potu kəndində yerləşən 0.44 ha torpaq sahəsi Cavabdeh tərəfindən istifadə edildiyi müəyyən olunur.. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Göyçay rayonu Potu kəndində yerləşən RX ******* seriyalı çıxarışa əsasən iddiaçıların ümumi-birgə mülkiyyətində olan 0.44 ha torpaq sahəsi Cavabdeh qanunsuz istifadəsindədir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna və Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıların iradəsinin ziddinə olaraq onların qanuni sahibliyində olan 0.44 ha torpaq sahəsinin cavabdehin zəbt etməsi həmin daşınmaz əmlaka olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir, bu torpaq sahəsinə sahiblik, istifadə və sərəncam hüququnun həyata keçirilməsinə maneə yaradır. Cavabdehin hərəkətləri iddiaçıların mülkiyyətində olan torpaq sahəsi üzərində sahiblik və mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3 və İddiaçı4 iddiası təmin edilməli, Göyçay rayonu Potu kəndində yerləşən RX ******* seriyalı çıxarışa əsasən ümumi-birgə mülkiyyətində olan 0.44 ha torpaq sahəsindən Cavabdeh çıxarılmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçılar tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya, ekspertiza xərci olan 50 manat cavabdehdən tutularaq məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Göyçay rayonu Potu kəndində yerləşən RX ******* seriyalı çıxarışa əsasən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3 və İddiaçı4 ümumi-birgə mülkiyyətində olan 0.44 ha torpaq sahəsindən Cavabdeh çıxarılsın. Dövlət rüsumu kimi ödənilmiş 10 manat Cavabdeh alınaraq İddiaçı3 verilsin. İş üzrə ekspertiza xərci olan 100 manat məbləğində pul Cavabdeh alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-195/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-195/2021
09.09.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver