Məhkəmə qərarları › İş №2(046)-197/2020

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-197/2020

26.08.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-197/2020 26.08.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X2, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 və İddiaçı10 Cavabdeh qəyyumu X3 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlaka qanun üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X6, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 və İddiaçı10 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum Mövsümova Durna İslam qızından miras qalmış, Göyçay şəhəri, Ü.Hacıbəyov küçəsində 0.06 ha torpaq sahəsində yerləşən 101 saylı fərdi yaşayış evinin, yəni mirasın İddiaçı1, mərhum X8i və X7 tərəfindən qəbul edilməsi, mərhum X4 vəfatından sonra iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, X6, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 və İddiaçı10 tərəfindən qəbul edilməsi, miras əmlaka onların qanun üzrə vərəsəlik hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Göyçay rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(046)-197/2020 saylı qərardadı ilə Cavabdeh qəyyumu X5 vəfat etdiyindən, Cavabdeh qəyyumu müəyyən edilənədək mülki işin icraatı dayandırılmışdır. Hazırda məlum olmuşdur ki, X1 vərəsəsi tək oğlu Cavabdeh xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Məlumatların elektron sorğulama portalından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinə görə iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə iş üzrə icraata xitam verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.7, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X2, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 və İddiaçı10 Cavabdeh qəyyumu X3 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlaka qanun üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair iddiası üzrə mülki işə Cavabdeh vəfat etməsi ilə əlaqədar xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar