Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1993/2021 03.11.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə müraciət edərək, Göyçay rayonu Aqrar İslahat Komissiyasının 14.05.1999-cu il tarixli qərarı əsasında tərtib edilmiş torpaq sahəsinin planı və ölçü sənədinin subyektlər siyahısında adı qeyd edilmiş X5 adına yazılmış qeydin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək göstərmişdir ki, öyçay rayon Aqrar İslahat Komissiyasının 14 may 1999-cu il tarixli qərarı ilə ona və ailə üzvlərinə Göyçay şəhəri Həbibi küçəsində 742.76 kv.m torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə mülkiyyət hüququnu Göyçay rayon torpaq şöbəsi tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçüsü təsdiq edir. Sənədləri Göyçay rayon Notariat kontoruna təqdim edərkən məlum olmuşdur ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsi tərəfindən verilmiş plan və ölçüsünün subyektlərinin siyahısında adı Ərizəçi əvəzinə səhvən X1 qeyd edilmişdir. Ona görə də ərizə ilə DƏDRX-nin 16 saylı Ərazi İdarəsinə müraciət edərək səhvin düzəlməsini xahiş etmişdir. Lakin DƏDRX-nin düzəliş etməkdən imtina etmişdir. Buna görə də ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə maraqlı şəxs Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi məhkəmə baxışında iştirak etməmişdir. İş üzrə ərizəçinin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş A №280107 saylı torpaq sahəsinin planı və ölçüsünü əks etdirən kadastr planından görünür ki, Göyçay rayonu Aqrar İslahat Komissiyasının 14.05.1999-cu il tarixli qərarı ilə X7 və ailə üzvlərinə Göyçay şəhərində 742.76 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Məhkəməyə təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi idarəsin tərəfindən 23.10.2021-ci il tarixdə verilmiş məktubdan görünür ki, Göyçay şəhəri adlı siyahısında (DBF) 79-cu qrafada X10, X8, X9 və X2 ibarət ailə üzvlərinin adları qeyd edilmişdir. Məhkəməyə təqdim edilmiş X4 surətindən görünür ki, Ərizəçi qızı xx.xx.1988-ci il tarixdə anadan olmuşdur. X3, anası X6r. Məhkəməyə təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi idarəsin tərəfindən 22.09.2021-ci il tarixdə verilmiş məktubdan görünür ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının tərtib etdiyi subyektlərin siyahısında Ərizəçi adı “Fərman” kimi yazıldığından Ərizəçi qeydiyyatla bağlı ərizəsindən imtina edilmişdir. Azərbaycan Respublikası MPM-nin 350.2.11-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, digər hüquqi əhəmiyyəti olan faktları da müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, Göyçay rayonu Aqrar İslahat Komissiyasının 14.05.1999-cu il tarixli 50 saylı qərarı əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərəfindən verilmiş A № 280107 saylı torpaq sahəsinin plan və ölçüsünün subyektlər siyahısında 79 nömrəli qeydin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 350.2.5, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ Ərizə təmin edilsin. Göyçay rayonu Aqrar İslahat Komissiyasının 14.05.1999-cu il tarixli qərarı əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A № 280107 saylı torpaq sahəsinin plan və ölçüsünün subyektlər siyahısında 79 nömrəli qeydin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1993/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1993/2021
03.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver