Məhkəmə qərarları › İş №2(046)-2014/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-2014/2024

09.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-2014/2024 09.12.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, Ərizəçi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililanın nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçinun faktın müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 2009-cu il tarixdən xx.xx.2019-cu il tarixədək mərhum anası X6 qulluq göstərməsii faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. işin halları: Ərizəçi tələbini belə əsaslandırmışdır ki, xx xxxxxx 1963-cü ildə Göyçay rayonu Alpout kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra, 1980-cı ildə Bakı Maliyyə-Kredit Texnikumuna daxil olmuşdur. Həmin texnikumda mühasibat-uçotu ixtisası üzrə təhsilini 1982-ci ildə başa vurduqdan sonra, 1983-cü ildən əmək fəaliyyətinə başlamışdır. 1998-ci ilədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. 1998-ci il tarixdən 2009cu il tarixədək evdar qadın olmuşdur. 2009-cu ildən isə anası X3 ahıl yaşı, yəni 70 yaşı olduğu üçün ona qulluq göstərməyə başlamışdır. Vəfat edənədək, yəni 2019-cu ilədək ona qulluq göstərmişdir. Anası həm qocalığına görə, həm də səhhətində olan xəstəliyə görə kənar şəxsin köməyinə ehtiyacı olmuş, ona görə böyük bir övlad kimi həmişə onun bütün zəruri qayğılarını qarşılamış, ona qulluq göstərmişdir. Çoxuşaqlı ana kimi ona sosial pensiya təyin edilmişdir. Əmək pensiyası təyin edilməsi üçün 25 il sosial sığorta stajı faktiki olaraq təsdiq olunsa da, lakin sənəd üzrə təsdiq olunmur. Belə ki, mərhum anası Zeynəb Mirsaabovaya qulluq göstərdiyi 10 illik müddəti təsdiq edən onun notarial qaydada təsdiq edilmiş sənədi olmadığından, qulluq göstərdiyi 10 illik müddət sosial sığorta stajına daxil edilə bilmir. ərizəyə etiraz: Ərizəçi xx.xx.1963-cü il təvəllüdlü Ərizəçi mərhum valideyni X6 70 yaşının tamam olduğu tarixdən vəfat etdiyi tarixədək (xx.xx.2019- cu il tarixədək) qulluq etmə faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığorta stajına daxil edilən iş və digər fəaliyyət müddətlərinə aid edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarlarının 1-ci bəndində Məhkəmələrin diqqəti hüquqi əhəmiyyəti olan faktların müəyyən olunması ilə əlaqədar meydana çıxan hüquqi nəticələrin vacibliyinə və bu xarakterli işlərə baxılarkən qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə əməl edilməsinin zəruriliyinə cəlb edilməsini qeyd edir. Ali Məhkəmənin qeyd olunan Plenum qərarının 1.2-ci bəndində qeyd edilir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.3-cü bəndində qeyd edilir ki, nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Həmin Qərarın 1.4-cü bəndində qeyd edilir ki lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması, yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü nəzərdə tutulur. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İş üzrə Ərizəçi ərizəyə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililanın nümayəndəsi Nümayəndə ərizəyə etirazda göstərdiyi xüsusatlara uyğun izahat verərək ərizənin təmin edilməməsini xahiş etmişdir. Məhkəmədə şahid qisimində ifadə vermiş Şahid1 göstərmişdir ki, Ərizəçi ilə qonşudur. Ərizəçi anası xəstə olmuşdur. 2009-cu ildən 2019-cu ilədək Ərizəçi anasına qulluğ etmişdir. Məhkəmədə şahid qisimində ifadə vermiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş üzrə ərizəçini və maraqlı şəxsin nümayəndəsini dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş doğum şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1963-cü il tarixdə anadan olmuşdur. X2r. Məhkəməyə təqdim edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, akt tərtib edilib ondan ötrü ki, Göyçay rayon Alpout kənd sakini Ərizəçi Mirəiləm qızı həqiqətən mərhum anası X6 2009-cu ildən vəfat etdiyi günədək, yəni 21 noyabr 2019-cu il tarixə kimi qulluq göstərmişdir. Aktın doğruluğu Göyçay rayonu Alpout kənd sakinləri X9, Şahid2, Şahid1, X4, X8 və Göyçay rayon İHB-nın Alpout kənd inzibati ərazi dairəsi üzrə nümayəndə əvəzi X15 tərəfindən təsdiq edilmişdir. Məhkəməyə təqdim edilmiş Milli Arxiv İdarəsi X20 Filialının xx.xx.2020-ci il tarixli arayışından görünür ki, SSRİ X23 X1 Qeydiyyat Şöbəsi, Doğum aktı № - 55 , Qeyd tarixixx.xx.1936,Soyadı- İslamova, Adı- Zeynəb, Cinsi-Qadın, Doğum tarixi:xx.xx.1936, Atası- X12, X5 qızı, Milliyyət-Türk, ZAQS Bürosu: imza möhür, Əsas:fond №-258,siyahı-l,iş-31 - 55. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra- Nazirlik) tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra-Fond) 2 saylı Mərkəzi Aran regional filialından daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək pensiya yaş həddi qadınlar üçün 64 yaş müəyyən edilib. Qanunun 8.1 -ci maddəsinin xx.xx.2024-cü il tarixinədək qüvvədə olmuş tələblərinə əsasən valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır.Təqdim etdiyiniz sənədlərin surətlərinə əsasən cəmi sığorta stajınız 15 il 10 ay 26 gün təşkil edir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, ümumi sığorta stajınız qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) sizə Qanunun 8.1-ci maddəsinə görə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"mn 4.1.6-cı yarımbəndinin 3-cü abzasına əsasən qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzaslarında müəyyən edilən sənədlər olmadıqda məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən həyata keçirilir. Qeyd olunan yarımbəndin tələblərinə əsasən bildiririk ki, ananız X11 vəfat etdiyi üçün ona qulluq etdiyiniz dövrü təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş qərarını Fondun 2 saylı Mərkəzi Aran regional filialına təqdim etməklə təkrar müraciətiniz əsasında uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnuza qanunvericiliyə uyğun olaraq baxılacaqdır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən sizə xx.xx.2020-ci il tarixindən 5 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə sosial müavinət təyin edilib, hazırda ödənişi 220 manat olmaqla davam etdirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası MPM-nin 307.2-ci və 307.2.11-ci maddərinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi» Qaydalarının 4.1.6-cı bəndinin 3-cü yarımbəndinə əsasən qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzaslarında müəyyən edilən sənədlər olmadıqda - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əmək pensiyasının təyin edilməsi zamanı nəzərə almır və sosial sığorta stajı müəyyən edilir. Həmin Qaydaların 4.1.6-cı bəndinin 1-ci yarımbəndinə əsasən qulluqetməyə dair qulluqolunanın (onun qanuni nümayəndəsinin) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələr əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınır və sosial sığorta stajı müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Ərizəçi xx.xx.1936-cı il tarixdə anadan olmuş mərhum anası X6 2009-cu il tarixdən (vəfat etdiyi günədək) xx.xx.2019-cu il tarixədək qulluq göstərməyi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı işə əlavə edilmiş sənədlər və şahid ifadələri ilə müəyyən edilir ki, Ərizəçi xx.xx.1936-cı il tarixdə anadan olmuş mərhum anası X6 2009-cu il tarixdən (vəfat etdiyi günədək) xx.xx.2019-cu il tarixədək qulluq göstərmişdir. Məhkəmə hesab edir edir ki, Ərizəçi qedy edilən faktın müəyyən edilməsini başqa qaydada əldə edə bilməz. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1936-cı il tarixdə anadan olmuş mərhum anası X6 2009-cu il tarixdən (vəfat etdiyi günədək) xx.xx.2019-cu il tarixədək qulluq göstərməsi faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1936-cı il tarixdə anadan olmuş mərhum anası X6 2009-cu il tarixdən (vəfat etdiyi günədək) xx.xx.2019-cu il tarixədək qulluq göstərməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar