Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-2040/2023 23.11.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı nümayəndəsi (əri) Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Göyçay rayon Mərkəzi Xəstəxanası” X13 qarşı ezamiyyə xərcinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək gündəlik ezamiyyə xərcinin 1 günlük normasının 80 faizi miqdarında olan 1248 (bir min iki yüz qırx səkkiz) manat mehmanxana xərcinin və mediasiya üçün ödənilmiş 50 manat pulun “Göyçay rayon Mərkəzi Xəstəxanası” X18ndən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. işin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, “Göyçay rayon Mərkəzi Xəstəxanası” X18ndə “tibb bacısı” vəzifəsində işləyir. “Göyçay rayon Mərkəzi Xəstəxanası” X12 müvafiq əmrinə əsasən 06 dekabr 2022-ci il tarixdən 30 dekabr 2022-ci il tarixədək “Tibb bacısının işi” üzrə ixtisasartırma kursu keçmək üçün X16 ezamiyyətə göndərilmişdir. 06 dekabr 2022-ci il tarixdən 30 dekabr 2022-ci il tarixədək “Tibb bacısının işi” üzrə ixtisasartırma kursunda iştirak etmiş, lakin yataqxana ilə təmin olunmadığına görə məcbur olub Şəki şəhərində yerləşən mehmanxanada qalmış və mehmanxananın sahibi sahibkar X8 1400 manat məbləğində pul ödəmişdir. Mehmana xərci barədə sənədi “Göyçay rayon Mərkəzi Xəstəxanası” X13 təqdim etməyinə baxmayaraq gündəlik ezamiyyə xərcinin 1 günlük normasının 80 faizi miqdarında olan mehmanxana xərcinin ona ödənilməsi təmin edilməmişdir. Bu səbəbdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Mərkəzi Aran Regional Şöbəsi tərəfindən vəzifəli şəxs X11 barəsində İXM-nin 192.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək inzibati icraata başlanılmışdır. Bütün yuxarıda göstərilənlərə əsasən hesab edir ki, gündəlik ezamiyyə xərcinin 1 günlük normasının 80 faizi miqdarında olan 1248 (bir min iki yüz qırx səkkiz) manat mehmanxana xərcinin “Göyçay rayon Mərkəzi Xəstəxanası” X18ndən alınaraq ona ödənilməlidir. iddiaya etiraz: İddiaçı “Göyçay rayon Mərkəzi Xəstəxanası” X18ndə “tibb bacısı” vəzifəsində çalışdığı müddətdə “Tibb bacısının işi” üzrə ixtisaslaşma kursu keçmək üçün 06 dekabr 2023-cü il tarixdən 30 dekabr 2023-cü il tarixədək X16 yollanmışdır. Həmin vaxt ərzində Şəki şəhərində yerləşən mehmanxanada qalmışdır və onun bildirdiyinə görə həmin mehmanxana xərcləri 1400 manat təşkil edir. Sözügedən kurs ezamiyyə xarakteri daşımır və İddiaçı Şəki şəhərinə hər hansı, bir xidməti tapşırığı yerinə yetirmək üçün getməmişdir. İddiaçı sözügedən kursda iştirakı öz istəyi əsasında həyata keçirilmişdir, yəni həmin kursa hər hansı xidməti tapşırığı icra etmək üçün getməmişdir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 18 yanvar 2012-ci il tarixli “X2” haqqında qərarında göstərilir ki, Dövlət orqanının, müəssisə, idarə və təşkilat rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. AR Əmək Məcəlləsinin 11-ci maddəsinin ğ bəndinə əsasən işçilərin- peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması' məqsədilə əlavə təhsil müəssisələrində əlavə təhsilini təşkil etmək, əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqları siyahısına daxil edilmişdir. Məhz bu normanın tələbinə əsaslanaraq «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinin tələbinə uyğun olaraq Təcili və X3 Stansiyasının Ümumi heyətin Tibb bacısı İddiaçı «Tibb bacısının işi» ixtisası üzrə ixtisasartırma kursu keçmək üçün xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək X16 göndərilməsi barədə tərəfindən əmr verilmişdir. Məsələnin hərtərəfli, tam, obyektiv araşdırılması üçün AR “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” -nə müraciət edilmişdir. “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan sertifikasiya imtahanına cəlb edilən hər bir tibb və orta tibb işçilərinə ezamiyyə xərclərinin ödənilməsi “X2”nın təsdiq edilməsi haqqında Maliyyə Nazirliyinin 2008-ci il 14 fervral tarixli Qərarının 1-ci bəndinə əsasən məqsədə müvafiq hesab edilmir”. TƏBİB-dən-bizə verilən cavabdan da göründüyü kimi həmin xərcin işçiyə, ödənilməsi məqsədə müvafıq hesab olunmamışdır. «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tibb mütəxəssislərinin peşə, bilik və bacarıqlarının təkmilləşdirilməsinin təşkili üçün məsuliyyət daşıyırlar. Dövlət səhiyyə sistemi mütəxəssislərinin ixtisasartırma xərcləri dövlət büdcəsi, qeyri-dövlət səhiyyə sisteminin mütəxəssisləri üçün öz vəsaitləri hesabına ödənilir. Ali və orta ixtisas tibb təhsilinə malik tibb mütəxəssisləri dövri olaraq beş ildə ən azı bir dəfə ixtisaslarının artırılması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən tədrisə cəlb edilirlər. İşin hallarından göründüyü kimi İddiaçı ixtisasının artırmaq məqsədi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanası PHŞ tərəfindən tədrisə cəlb edilmişdir. Buradan aydın olur ki, İddiaçı X16 xidməti tapşırığı yerinə yetirmək üçün deyil, ixtisasını (təhsilini) artırmaq üçün göndərilmişdir. İxtisasartırmaya (tədrisə) cəlb edilmiş işçinin ixtisasartırma xərcləri isə dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Göründüyü kimi qanunverici ezamiyyə və Dövlət səhiyyə sistemi mütəxəssislərinin ixtisasartırma xərclərinin ödənilməsi qaydasını dəqiq müəyyən etmişdir. Yuxarıda qeyd edilən xüsusatlardan göründüyü kimi İddiaçı iddia tələbi tamamilə formal mülahizələrdən ibarətdir. məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Mirzİddiaçı nümayəndəsi (əri) Nümayəndə1 iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək göstərmişdir ki, Göyçay rayon Mərkəzi xəstəxanası dövlət səhiyyə sistemi daxildir, buna görə də hesab edir ki, işçi öz hesabına ixtisas artırma kursuna yollanmalı deyil. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının nümayəndəsini dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Mərkəzi Aran regional şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “Göyçay rayon Mərkəzi Xəstəxanası” X18-nin işçisi İddiaçı ezamiyyət hüququnun pozulması barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə etdiyiniz onlayn müraciətinizə X10 Xidmətinin Mərkəzi Aran regional şöbəsində baxılmışdır. “Göyçay rayon Mərkəzi Xəstəxanası” X12 təqdim etdiyi sənədlərdən məlum oldu ki, “Tibb bacısının işi” üzrə ixtisasartırma kursu keçmək üçün xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək X16 ezamiyyətə göndərilmişdir. X14 xx.xx.2022-ci il tarixli 292 nömrəli məktubunda İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək təkmilləşdirmə kursunda iştirak etdiyi və yataqxana ilə təmin olunmadığı qeyd edilir. İddiaçı xx.xx.2023-cü il tarixli izahatında bildirir ki, X14 verdiyi arayışı “Göyçay rayon Mərkəzi Xəstəxanası” X18-nin mühasibatlıq şöbəsinə təqdim etdikdə, ona gündəlik xərcin ezamiyyə xərclərinin 1 günlük normasının 20 faizinin ödəniləcəyini barədə məlumat verilmişdir. S. İsrayılova mehmanxana xərci barədə sənəd təqdim etməsinə baxmayaraq “Göyçay rayon Mərkəzi Xəstəxanası” PHŞ ona gündəlik ezamiyyə xərclərinin 1 günlük normasının 80 faizi miqdarında olan mehmanxana xərcinin ödənilməsi barədə təsdiqləyici sənədləri Mərkəzi Aran regional şöbəsinə təqdim etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında” xx.xx.2008-ci il tarixli 14 nömrəli Qərarına əsasən ezamiyyə xərclərinin 1 günlük normasının 20 faizini gündəlik xərc, ezamiyyə xərclərinin 1 günlük normasının 80 faizini mehmanxana xərci təşkil edir.Bununla da, vəzifəli şəxs X11 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında protokol tərtib edilərək inzibati icraata başlanmışdır.Həmçinin qeyd olunan nöqsanın aradan qaldırılması və İddiaçı ezamiyyə xərclərinin hesablanıb ödənilməsi məqsədi ilə “Göyçay rayon Mərkəzi Xəstəxanası” X18-nin rəhbərliyinə xx.xx.2023-cü il tarixli 3-17-5/2-11305/2023 nömrəli göstəriş xarakterli məktub ünvanlanmışdır Məhkəməyə təqdim edilmiş Göyçay rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə 700 manat inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin rəisi Elçin Əliyev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş, inzibati xəta haqqında işə yenidən baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin X1ytarılmışdır. Məhkəməyə təqdim edilmiş Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən verilmiş şikayət təmin edilməmiş, Göyçay Rayon Məhkəməsinin 08 may 2023-cü il tarixli qərarı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin ğ bəndinə əsasən işçilərin peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması məqsədilə əlavə təhsil müəssisələrində əlavə təhsilini təşkil etmək, əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqları siyahısına daxil edilmişdir. «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tibb mütəxəssislərinin peşə, bilik və bacarıqlarının təkmilləşdirilməsinin təşkili üçün məsuliyyət daşıyırlar. Dövlət səhiyyə sistemi mütəxəssislərinin ixtisasartırma xərcləri dövlət büdcəsi, qeyri-dövlət səhiyyə sisteminin mütəxəssisləri üçün öz vəsaitləri hesabına ödənilir. Ali və orta ixtisas tibb təhsilinə malik tibb mütəxəssisləri dövri olaraq beş ildə ən azı bir dəfə ixtisaslarının artırılması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən tədrisə cəlb edilirlər. «Ezamiyyə xərclərinin normaları haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 90,0 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 70,0 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 65,0 manat müəyyən edilsin. Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 80 faizini mehmanxana xərcləri təşkil edir. Həmin Qərarın 8-ci bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, 1 ay müddətində «X2»nı hazırlayıb müvafiq qaydada təsdiq etsinlər. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 18 yanvar 2012-ci il tarixli Q-01 saylı qərarı ilə təsdiq edilmiş «X2»nın 1-ci bəndinə əsasən Dövlət orqanının, müəssisə, idarə və təşkilatın (bundan sonra-təşkilatın) rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə iclasında müəyyən edilmişdir ki, Göyçay Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin 11 noyabr 2022-ci il tarixli 301-K saylı əmrinə əsasən «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinə uyğun olaraq Göyçay rayon X6 və X3 Stansiyasının Ümumi heyətin Tibb bacısı İddiaçı «Tibb bacısının işi» ixtisası üzrə ixtisasartırma kursu keçmək üçün xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək X16 göndərilmişdir. Qeyd edilən müddət ərzində İddiaçı X15 ixtisasartırma kursunda olmuş, kursu bitirdikdən sonra, Göyçay rayon X6 və X3 Stansiyasında əmək fəaliyyətini davam etdirməyə başlamışdır. İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək X5 dövr ərzində ona ezamiyyə xərci verilmədiyinə görə, müxtəlif instansiyalara müraciət etmiş, müraciəti əsasında inzibati orqanlar tərəfindən araşdırma aparılmışdır. Araşdırmanın nəticəsinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən Göyçay rayon X7 Hüquqi şəxsin maliyyə şöbəsinin müdiri Könül Əliyeva barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokola əsasən sonuncu xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 700 manat inzibati cərimə edilmişdir. Qeyd edilən inzibati xəta haqqında qərardan narazı qalan Könül Əliyeva şikayətlə Göyçay rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsini və barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Göyçay rayon Məhkəməsinin 04 may 2023cü il tarixli qərarı ilə X4 şikayəti qismən təmin edilmiş, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə 700 manat inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin rəisi Elçin Əliyev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş, inzibati xəta haqqında işə yenidən baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin X1ytarılmışdır. Məhkəmənin sözügedən qərarından narazı qalan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin 09 avqust 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən verilmiş şikayət təmin edilməmiş, Göyçay rayon Məhkəməsinin 08 may 2023-cü il tarixli qərarı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Yuxarıda istinad olunan normaların tələbindən göründüyü kimi yalnız müəyyən müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getmiş işçiyə «Ezamiyyə xərclərinin normaları haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 nömrəli qərarının 1-ci bəndində göstərilən məbləğdə ezamiyyə xərci ödənilir. Yəni, başqa sözlə desək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 18 yanvar 2012-ci il tarixli Q-01 saylı qərarı ilə təsdiq edilmiş «X2»nın 1-ci bəndinə əsasən Dövlət orqanının, müəssisə, idarə və təşkilatın (bundan sonra-təşkilatın) rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır, lakin hazırki iş materiallarında aydın olur ki, İddiaçı xidməti tapşırığı yerinə yetirmək üçün deyil, məhz təhsil səviyyəsinin artırılması (ixtisasartırma) üçün X16 getmişdir. «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinə əsasən isə ixtisasartırmaya (tədrisə) cəlb edilmiş işçinin ixtisasartırma xərcləri isə dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Göründüyü kimi qanunverici ezamiyyə və Dövlət səhiyyə sistemi mütəxəssislərinin ixtisasartırma xərclərinin ödənilməsi qaydasını dəqiq müəyyən etmişdir. Yuxarıda göstərilənlərin cəminə hüquqi qiymət verən məhkəmə yekun olaraq qeyd edir ki, İddiaçı cavabdeh “Göyçay rayon Mərkəzi Xəstəxanası” X13 qarşı gündəlik ezamiyyə xərcinin 1 günlük normasının 80 faizi miqdarında olan 1248 (bir min iki yüz qırx səkkiz) manat mehmanxana xərcinin və mediasiya üçün ödənilmiş 50 manat pulun “Göyçay rayon Mərkəzi Xəstəxanası” X18ndən alınaraq ona ödənilməsi tələbini irəli sürməkdə haqlı olmamışdır. Beləliklə tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Göyçay rayon Mərkəzi Xəstəxanası” X13 ezamiyyə xərcinin ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216, 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilməsin. İddiaçı cavabdeh “Göyçay rayon Mərkəzi Xəstəxanası” X13 qarşı gündəlik ezamiyyə xərcinin 1 günlük normasının 80 faizi miqdarında olan 1248 (bir min iki yüz qırx səkkiz) manat mehmanxana xərcinin və mediasiya üçün ödənilmiş 50 manat pulun cavabdehdən tutulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-2040/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-2040/2023
23.11.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver