Məhkəmə qərarları › İş №2(046)-2045/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-2045/2021

07.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-2045/2021 07.12.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə müraciət edərək, JN-123 saylı torpağa mülkiyyətə verilməsinə dair dövlət aktında Ərizəçi Əbdül qızının adına yazılmış qeydin ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Quliyeva Ülviyyə Mehman nümayəndəsi (arvadı) X8 ərizəni müdafiə edərək göstərmişdir ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının 21.07.1998-ci-ci il tarixli qərarı ilə ona və ailə üzvlərinə torpağa mülkiyyət hüququna dair JN-123 dövlət aktına əsasən Göyçay rayonu Qaraman kəndində 1.80 ha torpaq sahəsi verilmişdir. Həmin dövlət aktında ata adı səhv yazılmışdır. Bununla əlaqədar Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş, lakin ərizəçəyə məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Buna görə də ərizənin təmin edilməsini xahiş etmişdir. İş üzrə maraqlı şəxs Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi məhkəmə baxışında iştirak etməmişdir. İş üzrə ərizəçini dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş X5 surətindən görünür ki, X4 xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. X1r. Məhkəməyə təqdim edilmiş X6 surətindən görünür ki, X4 ilə X9 26.11.1976-cı il tarixdə nikah bağlamışlar. X3 Mustafayeva soyadı verilmişdir. Məhkəməyə təqdim edilmiş Torpağa Mülkiyyət Hüququna dair JN-123 saylı dövlət aktının təsdiq edilmiş surətindən görünür ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının 21.07.1998-ci il tarixli qərarı ilə Göyçay rayonu Qaraman kəndində yerləşən 1.80 ha torpaq sahəsi Ərizəçi Əbdül qızının və digər ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Məhkəməyə təqdim edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş 16.08.2021-ci il tarixli məktubdan görünür ki, DT və XK-si tərəfindən verilmiş JN-123 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında Ərizəçi ata adı səhvən “Ərizəçi Əbdül qızı” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 350.2.11-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, digər hüquqi əhəmiyyəti olan faktları da müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi və onun ailə üzvlərinin adına verilmiş JN-123 Torpağa Mülkiyyət Hüququna dair dövlət aktının ərizəçiyə məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 350.2.5, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ Ərizə təmin edilsin. Torpağa Mülkiyyət Hüququna dair JN-123 saylı dövlət aktının mülkiyyətçilər siyahısının 2-ci bəndində Ərizəçi Əbdül qızının adı qeyd edilmiş dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar