Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-2055/2021 26.11.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X8 və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Göyçay rayon Notariat Ofisinə qarşı «miras qalmış torpaq sahəsinin qəbul edilməsinin müəyyən edilməsi, miras əmlak üzərində vərəsəlik və mülkiyyət hüquqlarının tanınması» tələbinə dair iddiası üzrə mülki işə Göyçay rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X8 və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Göyçay rayon Notariat Ofisinə qarşı «miras qalmış torpaq sahəsinin qəbul edilməsinin müəyyən edilməsi, miras əmlak üzərində vərəsəlik və mülkiyyət hüquqlarının tanınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras qoyan X9 miras qalmış Göyçay rayonu Kürd kəndində yerləşən 0,12 ha torpaq sahəsinin X19 tərəfindən qəbul edilməsinin müəyyən edilməsi və onun həmin əmlaka vərəsəlik hüququnun tanınması, miras qoyan X12 vəfatından sonra ondan miras qalmış Göyçay rayonu Kürd kəndində yerləşən 0,12 ha torpaq sahəsinin onlar tərəfindən qəbul edilməsinin müəyyən olunması, onların həmin əmlaklar üzərində vərəsəlik və mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Sonradan, iddiaçılar İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, miras qoyan X9 miras qalmış Göyçay rayonu Kürd kəndində yerləşən 0,8 ha torpaq sahəsinin onlar tərəfindən qəbul edilməsinin müəyyən olunması, onların həmin əmlaklar üzərində vərəsəlik və mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının 21 iyul 1998-ci il tarixli 39 saylı qərarına əsasən X10 mülkiyyətinə həyətyanı məqsədi ilə 0,12 ha torpaq sahəsi verilmişdir. 0,12 ha torpaq sahəsi üzərində X10 mülkiyyət hüququ JN 24F seriyalı, 40812048 Kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Bundan sonra X16 tərəfindən öz şəxsi vəsaiti hesabına fərdi yaşayış evi tikilmişdir. X16 04.07.2000-ci il tarixdə «kəskin ürək qan damar çatışmamazlığı» xəstəliyi nəticəsində ölmüş, X19 14.02.2021-cu il tarixdə «miokardın ön divarının təkrar infarktı» nəticəsində ölmüşdür. İddia ərizəsinə əlavə etdiyi Göyçay rayon İcra Hakimiyyəti Bşcısının Potu kəndi İnzibati Ərazi Nümayəndəliyi tərəfindən verilmiş 02.08.2021-ci il tarixli arayışa əsasən mərhum X10 yaşadığı müddətdə öhdəsində aşağıda adları göstərilən ailə üzvləri olmuşdur: arvadı - İddiaçı2 Orduxan qızı (1995-ci ildə vəfat edib), oğlu - X19 (2021-ci ildə vəfat edib), oğlu - X17 (Rusiyada yaşayır), oğlu - X20 (Rusiyada yaşayır), qızı - X21 (Göyçay rayonu Yalman kəndində yaşayır), qızı - Cavabdeh1 (Bakı şəhərində yaşayır), qızı - X13 (Bakı şəhərində yaşayır). İddiaçı1 ilə rəsmi nigahda olan və digər İddiaçı2 atası X19 mərhum X10 (04.07.2000-ci il tarixdən sonra) ölümündən sonra miras qalmış JN 24F seriyalı, 40812048 Kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Göyçay rayonu Kürd kəndində yerləşən 0,12 ha torpaq sahəsinə yiyələnmiş və miras əmlakı faktiki surətdə idarə etməyə başlamışdır. Hesab edirlər ki, qeyd edilən xüsusatlar X10 (04.07.2000-ci il tarixdən sonra) ölümündən sonra miras qalmış Göyçay rayonu Kürd kəndində yerləşən 0,12 ha torpaq sahəsinin X19 tərəfindən qəbul edilməsi kimi qiymətləndirilməlidir. Bundan sonra, miras əmlak X19 tərəfindən qəbul edildikdən sonra X19 14.02.2021-cu il tarixdə «miokardın ön divarının təkrar infarktı» nəticəsində ölmüşdür. X7, X20, X21, Cavabdeh1 və X13 miras qalmış əmlakı nə faktiki, nə də rəsmi qəbul etməmişlər. Belə ki, 04.07.2000-ci il tarixdə vəfat etmiş X1 cavabdehlər həmin ünvandan daimi olaraq başqa ünvanlara köçüb yaşamışlar, mərhumun ölümündən sonra Göyçay rayonu Kürd kəndində yerləşən 0,12 ha torpaq sahəsində və həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evində yaşamamışlar. Göründüyü kimi, 04.07.2000-ci il tarixdə vəfat etmiş X9 miras qalmış torpaq sahəsi mərhum X19 tərəfindən qəbul edilmiş, digər birinci növbəli vərəsələr tərəfindən faktiki qəbul edilməmişdir. İddiaçılardan İddiaçı1 vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Göyçay rayon Notariat Ofisinə müraciət etsə də, bununla bağlı cavabdehlər X17, X23, X21, Cavabdeh1 və X4 rayon Notariat ofisinə müraciət etməkdən və gəlməkdən imtina etmişlər. Bu səbəbdən 04.07.2000-ci il tarixdə vəfat etmiş X9 miras qalmış torpaq sahəsinə dair adlarına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. Bu baxımdan onlar hazırkı tələblə məhkəməyə müraciyət etmək məcburiyyətində qalmışlar. İddiaçı1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X13 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərmişlər ki, mərhum qardaşlarından miras qalmış fərdi yaşayış evi və torpaq sahəsi üzərində onların da vərəsəlik hüququ tanınmalıdır. Ona görə ki, qardaşı sağol olarkən onunla maraqlanmışlar. X5 vəfat etdikdən sonra yas mərasimində iştirak etmişlər, mərasim xərclərini onlar çəkmişlər. Müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Göyçay rayon Notariat Ofisinə məhkəmə baxışının vaxtdı və yeri barədə məlumat verilmiş, lakin Notariat Ofisinin nümayəndəsi məhkəmə baxışında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Göyçay rayon notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Göyçay rayon Notariat Ofisinin 15 sentyabr 2021-ci il tarixli 1242 saylı məktubundan görünür ki, 04 iyul 2000-ci il tarixdə vəfat etmiş X2 qeyd edilən vərəsələri (cavabdehlər) Göyçay rayonu Kürd kəndində yerləşən miras əmlakın qəbuluna dair ərizə ilə Göyçay rayon Notariat Ofisinə müraciət etməmişlər. Göyçay rayon Notariat Ofisinin 29 iyu 2021-ci il tarixli 1038 saylı məktubundan görünür ki, İddiaçı2 04 iyul 2000-ci il tarixdə vəfat etmiş X9 miras qalmış Göyçay rayonu Kürd kəndində yerləşən yaşayış evinə və torpaq sahsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı 29.07.2021-ci il tarixli ərizəsinə baxılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinin tələblərinə görə miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda mübahisəyə məhkəmə baxır. Miras şərikləri X20, X17, Cavabdeh1, X21 və X13 ilə aralarında həmin əmlaka dair mirasın bölüşdürülməsi haqqında ixtilafı həll etmək üçün ona Göyçay rayon Məhkəməsinə müraciət etməsi tövsiyə olunmuşdur. Potu kənd İnzibati Ərazi Nümayəndəsinin 02 avqust 2021-ci il tarixli 552 saylı arayışından görünür ki, İddiaçı2 babası X16 1960-cı ildən öldüyü günədək, yəni 04.07.2000-ci ilədək Göyçay rayonu Kürd kəndində 1295 saylı təsərrüfatda yaşamışdır. X16 ölənə qədər onunla yaşamış və sonra həmin ünvanda pasport qeydiyyatında olan aşağıdakı vərəsələri var: arvadı - İddiaçı2 Orduxan qızı (1995-ci ildə vəfat edib), oğlu - X19 (2021-ci ildə vəfat edib), oğlu - X17 (Rusiyada yaşayır), oğlu - X20 (Rusiyada yaşayır), qızı - X21 (Göyçay rayonu Yalman kəndində yaşayır), qızı - Cavabdeh1 (Bakı şəhərində yaşayır), qızı - X13 (Bakı şəhərində yaşayır). - Torpağın mülkiyyətə verilməsinə dair JN-024F seriyalı 40812048 kodlu şəhadətnamədən görünür ki, Göyçay rayonu Kürd kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsi Göyçay rayon Aqrar İslahat Komissiyasının 21 iyul 1998-ci il tarixli 39 saylı qərarı ilə X14 mülkiyyətinə verilmişdir. - Doğum, nikahın bağlanması və ölüm haqqında şəhadənamələrdən, şəxsiyyət vəsiqələrindən görünür ki: X19 04.01.1968-ci il tarixdə Göyçay şəhəində doğulmuşdur, atası X16, anası İddiaçı2 Orduxan qızıdır; X18 xx.xx.1968-ci il tarixdə Göyçay rayonu Kürdşaban kəndində doğulmuşdur; X19 ilə X18 arasında nikah 22 yanvar 1992-ci il tarixdə Göyçay rayon VVAQ şöbəsində 23 saylı akt qeydi ilə bağlanmış, arvada Həsənova soyadı verilmişdir; X26 05.12.1991-ci il tarixdə Göyçay şəhərində doğulmuşdur, atası X19, anası İddiaçı1dır; İddiaçı2 xx.xx.1996-cı il tarixdə Göyçay şəhərində doğulmuşdur, atası X19, anası İddiaçı1dır; X16 04 iyul 2000-ci il tarixdə Göyçay şəhərində kəskin ürək qan-damar çatmamazlığından vəfat etmişdir; X19 14 fevral 2021-ci il tarixdə Göyçay şəhərində miokardın ön divarının təkrar infarktından vəfat etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X15 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Həmin Konvensiyanın 13-cü maddəsində isə göstərilir ki, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. Azərbaycan Respublikası MPM-in 4.1 və 4.2-ci maddəsində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının 21 iyul 1998-ci il tarixli 39 saylı qərarı ilə Göyçay rayonu Kürd kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsi mərhum X14 mülkiyyətinə verilmiş, miras qalmış mübahisəli torpaq sahəsinə Ağabala Həsənovun 04 iyul 2000-ci il tarixdə vəfatından sonra oğlu X19 tərəfindən faktiki olaraq qəbul edilmiş, Famil Həsənov həmin torpaq sahəsindən ailə üzvləri - iddiaçılar İddiaçı1 (arvadı) və İddiaçı2 (qızı) ilə birlikdə sahiblik və istifadə etmişdir. Famil Həsənov 14 fevral 2021-ci il tarixdə vəfat etdikdən sonra, miras əmlak olan torpaq sahəsi İddiaçı1 və İddiaçı2 tərəfindən faktiki olaraq qəbul edilmiş, sonuncular hazıradək həmin torpaq sahəsindən istifadə etməklə, torpaq sahəsinə sahiblik edir. İşin faktiki hallarından göründüyü kimi, miras açıldığı vaxt qanunla müəyyən olunmuş qaydada cavabdehlər miras əmlakı qəbul etmələri barədə Notariat Ofisinə ərizə verməmiş, eləcə də, həmin torpaq sahəsini faktiki olaraq qəbul etməmişlər. Cavabdehlər mərhum X11 miras qalmış torpaq sahəsini faktiki olaraq qəbul etmələrinə, eləcə də, miras əmlakın qəbul edilməsi ilə bağlı qanunla müəyyən olunmuş müddət ərzində Notariat Ofisinə müraciət etmələrinə dair mötəbər sübutları məhkəməyə təqdim etməmişlər. İş materiallarında olan sənədlərlə bir daha təsdiq olunur ki, cavabdehlər X6 rayonu Yalman kəndində, Cavabdeh1 Bakı şəhərində, X13 Bakı şəhərində yaşamaqla, miras əmlakın yerləşdiyi Göyçay rayonu Kürd kəndi ilə onların hər-hansı əlaqələri yoxdur, həmin torpaq sahəsindən istifadə, həmin torpaq sahəsinə sahiblik etmirlər, miras əmlakı faktiki olaraq qəbul etməmişlər, eləcə də, bununla bağlı qanunla müəyyən olunmuş müddət ərzində Notariat Ofisinə müraciət etməmişlər. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Miras açıldığı zaman, 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllənin) 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Mülki Məcəllənin 532-ci maddəsində göstərilir ki, qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Mülki Məcəllənin 552-ci maddəsinə görə mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Göründüyü kimi, qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyriformal) müəyyən etmişdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə - vərəsənin mirasın açıldığı yerin notariat orqanına mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşulür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyünü müəyyən etmək olur. Mirasa faktiki sahiblik odur ki, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki «ağalıq» edir. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilir: məsələn, vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması və yaşamağa davam etməsi; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi və sair hallar. Qanunun mənasına görə vərəsə tərəfindən mirasın kütləsinə daxil olan əmlaklardan hər hansı birinin qanunla müəyyən olunmuş qaydada qəbul edilməsi mirasın bütünlüklə qəbul edilməsi kimi qiymətləndirilir. Miras əmlakın faktiki idarə olunması dedikdə isə - vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o, hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımi vəziyyətdə saxlanılması, həmin əmlakın təmir olunması (əgər evdirsə), əmlakın saxlanması üçün xərc çəkilməsi, vergi ödənilməsi və sair hallar aiddir. Eyni zamanda miras əmlakın faktiki cəhətdən qəbulunun təsdiqlənməsinin və sübut edilməsinin böyük əhəmiyyəti vardır. Bu hal müxtəlif orqanlar tərəfindən verilən sənədlərlə təsdiq oluna bilər. Məsələn, miras qoyan ölən anda və miras açılandan sonra vərəsənin miras evdə yaşaması mənzil orqanı tərəfindən verilən müvafiq arayışla təsdiq olunur. Yaxud, miras qoyana məxsus əmlaka görə vərəsənin vergi ödəməsi vergi orqanı tərəfindən verilən arayışla təsdiq oluna bilər və sair. Lakin, yuxarıda qeyd olunduğu kimi, mirasın qəbuluna istər rəsmi, istərsə də faktiki yönələn bütün bu hərəkətlər qanunvericilikdə mirasın qəbul edilmə müddəti kimi qeyd olunan müəyyən vaxt dövrü ərzində həyata keçirilməlidir. Mirasın qəbul edilmə müddəti dedikdə qanunda nəzərdə tutulan elə bir vaxt dövrü başa düşülür ki, həmin dövr ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətlər edirlər. Bu müddət qeyd olunan Mülki Məcəllənin 552-ci maddəsində dəqiq müəyyən edilmiş, göstərilmişdir. Həmin maddəyə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən altı ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1252-ci maddəsinə əsasən, əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Vərəsəlik hüququnda irsi transmissiya dedikdə, miras açıldıqdan sonra öldüyünə görə mirası qəbul edə bilməyən vərəsənin (transmittent) mirası qəbul etmək hüququnun onun öz vərəsələrinə (transmissar) keçməsi başa düşülür. X19 14 fevral 2021-ci il tarixdə vəfat edənədək miras qalmış əmlakı adına rəsmiləşdirmədiyi üçün, sonuncudan miras qalmış əmlakın qəbul edilməsinin müəyyən edilməsi tələbi ilə iddiaçılar, arvadı İddiaçı1 və qızı İddiaçı2 məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası MPM-nin 305.1-ci və 305.1.1-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. MPM-nin 307.2-ci və 307.2.9-cu maddələrinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iddia tələbi ilə bağlı yekun olaraq qeyd edir ki, 04 iyul 2000-ci il tarixdə vəfat etmiş X9 miras qalmış əmlakı miras açıldığı vaxt Famil Həsənov, sonuncunun ölümündən sonra isə iddiaçılar – arvadı İddiaçı1 və qızı İddiaçı2 qəbul etdikləri üçün, iddia təmin edilməli, X3 miras qalmış Göyçay rayonu Kürd kəndində yerləşən 0,8 ha torpaq sahəsinin İddiaçı1 və İddiaçı2 tərəfindən qəbul edilməsi müəyyən edilməli; həmin əmlak üzərində iddiaçıların vərəsəlik və mülkiyyət hüquqları tanınmalıdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, X3 miras qalmış Göyçay rayonu Kürd kəndində yerləşən 0,8 ha torpaq sahəsinin İddiaçı1 və İddiaçı2 tərəfindən qəbul edilməsi müəyyən edilməli; həmin əmlak üzərində iddiaçıların vərəsəlik və mülkiyyət hüquqları tanınmalıdır. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X3 miras qalmış Göyçay rayonu Kürd kəndində yerləşən 0,8 ha torpaq sahəsinin İddiaçı1 və İddiaçı2 tərəfindən qəbul edilməsi müəyyən edilsin. Həmin əmlak üzərində İddiaçı1 və İddiaçı2 vərəsəlik və mülkiyyət hüquqları tanınsın. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-2055/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-2055/2021
26.11.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver