Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-2059/2021 30.09.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, iddiaçı Bank "xxxx" ASC Cavabdeh qarşı qətnamənin icrası ilə bağlı Göyçay Rayon İcra və Probasiya Şöbəsinin üzərinə öhdəlik qoyulması tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı Bank "xxxx" ASC qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 qalıq 41098.45 ABŞ Dolları borcun alınaraq Bank "xxxx" ASC-yə ödənilməsi ilə bağlı Göyçay Rayon İcra və Probasiya Şöbəsinin üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Bank "xxxx" ASC qızının iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı Bank "xxxx" ASC X1 Göyçay rayon Məhkəməsinin 2(046)-1406/2018 saylı 07.06.2018-ci il tarixli qətnaməsinin məhkəməyə müraciət edərək qətnamə qəbul edilməsi yolu ilə mülki mühakimə icraatı qaydası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmamışdır. Bundan başqa iddiaçı Bank "xxxx" ASC-nə izah edilməlidir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək yolu ilə icra məmuru Cavabdeh qətnaməsini icra etməsini tələb etmək mülki mühakimə icraatı qaydasında nəzərdə tutulmamışdır. İddiaçı Bank "xxxx" ASC-nə izah edilməlidir ki, iddia ərizəsində qeyd etdiyi qətnamənin məcburi qaydada icra edilməsi icra məmurunun səlahiyyətinə aiddir. Bununla bağlı icra sənədi icra edildiyi yer üzrə İcra və Probasiya Şöbəsinə müraciət edilməlidir. Təqdim edilmiş sənədlərdən görünür ki, qeyd edilən qətnamə üzrə icra sənədi Göyçay rayon İcra və Probasiya şöbəsinin icraatındadır. Buna görə də məhkəmə hesab edir ki, Bank "xxxx" ASC qızının həmin qətnamənin icrası ilə bağlı Cavabdeh qarşı qaldırdığı tələb məhkəmə qaydasında baxılmalı deyildir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 153.2.1.-ci maddəsinə əsasən ərizə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4.-cü maddəsinə əsasən, ərizəyə əlavə olunmuş bütün sənədlər iddiaçıya qaytarılmalıdır. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən Bank "xxxx" ASC-nə qətnaməsinin icra edilməsi ilə bağlı icra sənədinin icra edildiyi yer üzrə müvafiq İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət etmək hüququnun olması izah edilməlidr. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 149.2.3, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: İddiaçı Bank "xxxx" ASC-nin Cavabdeh qarşı cavabdeh X1 qalıq 41098.45 ABŞ Dolları borcun alınaraq Bank "xxxx" ASC-yə ödənilməsi ilə bağlı Göyçay Rayon İcra və Probasiya Şöbəsinin üzərinə öhdəlik qoyulması barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı Bank "xxxx" ASC-nə qətnamənin icra edilməməsi ilə bağlı icra sənədinin icra yeri üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-2059/2021
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-2059/2021
30.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver