Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-2060/2022 28.10.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlu sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı Cavabdeh1 iştirakı ilə, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işlə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı torpaq sahəsinə görə ödənilmiş pul vəsaitinin və dəymiş maddi zərərin ödənilməsi tələbinə dair mülki işin birləşdirilməsi məsələsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh1 iddi ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı mülkiyyətində olan Göyçay rayonu Potu kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1.47 ha torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada torpaq sahəsinə çəkilmiş xərcin əvəzinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hər iki mülki işin materiallarını araşdıraraq hesab edir ki, tərəflər, predmet və işlərin növü eyni olduğundan işlərin birləşdirilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169.3-cü maddəsinin tələbinə görə, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə qeyd edir ki, hər iki iş üzrə tərəflər və predmet eyni olduğundan, işlər eyni növlü olduğundan 2(046)-1837/2022 nömrəli və 2(046)-2060/2022 saylı mülki işlər bir icraatda birləşdirilməli və birləşdirilmiş mülki işə 2(046)-1837/2022 nömrə verilməlidir. Məhkəmə iclasında iştirak edən tərəflər məsələyə etiraz etməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169, 263, 264 və 269-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbinə dair 2(046)-1837/2022 saylı və İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı torpaq sahəsinə görə ödənilmiş pul vəsaitinin və dəymiş maddi zərərin ödənilməsi tələbinə dair 2(046)-2060/2022 saylı mülki işlər bir icraatda birləşdirilsin və birləşdirilmiş mülki işə 2(046)-1837/2022 saylı nömrə verilsin. HAKİM İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-2060/2022
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-2060/2022
28.10.2022 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver