Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-2097/2022 31.10.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 Səyavuş oğluna və Cavabdeh2 Səyavuş oğluna qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan torpaq sahəsindən cavabdehlər Cavabdeh3, Cavabdeh1 Səyavuş oğlunun və Cavabdeh2 Səyavuş oğlunun çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, mübahisəli torpaq sahəsinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 16 saylı Ucar ərazi idarəsinin mütəxəssisləri tərəfindən baxış keçirilmişdir. Məlum olmuşdur ki, Göyçay rayon Potu kəndi ərazisində yeni qaydalara uyğun uçot işləri aparılarkən, mülkiyyətində olan 2.27 ha torpaq sahəsi onun faktiki istifadə vəziyyətinə, 1.02 ha torpaq sahəsi isə cavabde Cavabdeh3 fakitiki istifadə vəziyyətinə əsasən işlənmişdir. Buna görə də mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh3 məhkəməyə ərizə ilə müraciət edərək işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. İş üzrə digər cavabdehlər Cavabdeh1 Səyavuş oğlu və Cavabdeh2 Səyavuş oğlu məhkəmə iclasında iştirak etməmişlər və işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 Səyavuş oğluna və Cavabdeh2 Səyavuş oğluna qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş iddiaçının ərizəsinə əsasən baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-2097/2022
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-2097/2022
31.10.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver