Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-211/2024 01.04.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı payların müəyyən edilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDI: İddiaçı iddia ərizəsi ilə müraciət edərəkmərhum X8 miras qalmış Göyçay rayonu fəkçıplaq kəndində yerləşən 2.2278 kən təsərrüfatı təyinatlı torpaq sahəsinin onun tərəfindən tam şəkildə qəbul edilməsinə dair vərəsəlik hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Göyçay rayonu fəkçıplaq kəndində yerləşən 0.8850 ha, 0.35 ha və 2.2278 ha torpaq sahəsi üzərində payların müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, Göyçay rayonu Ləkçıplaq kəndində Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmış **********65 reyestr nömrəli çıxarışla 2.2278 ha, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmış **********66 reyestr nömrəli çıxarışla 0.35 ha və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmış **********64 reyestr nömrəli çıxarışla 0.8850 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ona, X13,X14, X2, X5, X9, X6, X17 və X15 verilmişdir. Hazırda sözügedən torpaq sahələrində payının ayrılmasını istəyir. Buna görə də iddianın təmin edilməsini xahiş edir. İş üzrə Cavabdeh1 iddianı qəbul edərək təmin edilməsini xahiş etmişdir. İş üzrə digər cavabdehə məhkəmə baxışının vaxtı və yeri barədə qanunvericilikdə müəyyən edilmiş qaydada məlumat verilmiş,lakin məhkəmə baxışında iştirak etməmişdir. Məhkəmə, cavabdehin iştirakı olmadan məhkəmə prosesinin keçirilməsini mümkün hesab etmişdir. İş üzrə tərəflərin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmış **********65 reyestr nömrəli çıxarışdan görünür ki, Göyçay rayonu Ləkçıplaq kəndində yerləşən 2.2278 ha torpaq sahəsi İddiaçı, X10,X11, X1, X3, X7, X4, X16 və X12 xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmış **********66 reyestr nömrəli çıxarışdan görünür ki, Göyçay rayonu Ləkçıplaq kəndində yerləşən 0.35 ha torpaq sahəsi İddiaçı, X10,X11, X1, X3, X7, X4, X16 və X12 xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmış **********64 reyestr nömrəli çıxarışdan görünür ki, Göyçay rayonu Ləkçıplaq kəndində yerləşən 0.8850 ha torpaq sahəsi İddiaçı, X10,X11, X1, X3, X7, X4, X16 və X12 xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, iddiaçı, iddia predmeti olan torpaq sahəsinin ümumi birgə mülkiyyətçisi olan iddiaçı öz payının ayrılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 220.2.-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3.-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsainin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı payların müəyyən edilməsi barədə tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D I: İddia təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Göyçay rayonu Ləkçıplaq kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 2.2278 ha, 0.35 ha və 0.8850 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin mülkiyyətçilərinin paylarının müəyyən edilməsi barədə tələbi təmin edilsin. İddiaçı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmış **********65 reyestr nömrəli çıxarışa əsasən Göyçay rayonu Ləkçıplaq kəndində yerləşən 2.2278 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində 1/9 hissədə, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmış **********66 reyestr nömrəli çıxarışa əsasən Göyçay rayonu Ləkçıplaq kəndində yerləşən 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində 1/9 hissədə və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmış **********64 reyestr nömrəli çıxarışa əsasən Göyçay rayonu Ləkçıplaq kəndində yerləşən 0.8850 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı 1/9 hissədə payı ayrılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-211/2024
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-211/2024
01.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver