Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-212/2021 04.10.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) X1 və Cavabdeh iştirakı ilə, zəbt edilmiş torpaq sahəsinin boşaldılması və tikililərin sökülməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh zəbt etdiyi 71.4 m2 qeyri-yaşayış sahəsinin və həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi 5173 m2 torpaq sahəsinin boşaldılması, torpaq sahəsində inşa edilmiş tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, Göyçay şəhərində yerləşən Meşə Ticarəti Bazasına məxsus olan 71.4 m2 qeyri-yaşayış sahəsi qanunla müəyyən edilmiş qaydada özəlləşdirmiş və alqı-satqı müqavilə əsasında ona satılmışdır. Sözügedən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqları Dövlət qeydiyyatına aldıraraq, bu barədə daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almışdır. Eyni zamanda mülkiyyətində olan 71.4 m2 qeyri-yaşayış sahəsinin yerləşdiyi 5173 m2 torpaq sahəsi AR Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən icarə müqaviləsi əsasında 15 il müddətinə onun icarəsinə verilmişdir. Mülkiyyətində olan qeyri-yaşayış sahəsindən, eləcə də icarəyə verilmiş torpaq sahəsindən bir müddət təyinatına uyğun istifadə etsə də, sonradan cavabdehin qanunsuz hərəkətləri nəticəsində bu hüququmdan məhrum olmuşdur. Belə ki, mülkiyyətində olan 71.4 m2 qeyri-yaşayış sahəsini və həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi 5173 m2 torpaq sahəsini cavabdeh özbaşna zəbt edərək, iri və xırda buynuzlu heyvanları bəsləmək üçün tövlə inşa etmiş, eləcə də tikilərdən anbar kimi istifadə edir. Dəfələrlə cavabdehlə görüşüb, mülkiyyətində olan qeyri-yaşayış sahəsini, eyni zamanda qanuni sahibliyində və istifadəsində olan torpaq sahəsini boşaltmasını, qanunsuz inşa etdiyi tövləni sökməsini xahiş etsə də bir nəticəsi olmamış, cavabdeh qanunsuz hərəkətlərini davam etdirəcəyini bildirmişdir. Buna görə də məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, istifadə etdiyi ərazi RTS-ə məxsusdur, torpaq isə dövlət mülkiyyətidir. Tövlə isə 1993-cü ildən RTS-in rəhbərliyinin göstərişi ilə RTS-ə gedən yolun 10 metrliyində müvəqqəti tikilmişdir. Həmin yolun üzərində su və kanalizasiya xətləri mövcuddur və sahibkarlıq subyekti üçün qadağandır. Məcburi köçkünlərin müvəqqəti məskunlaşmaları və dolanışıqlarını təmin etdiyi tikililər də dövlət tərəfindən verilir. Məcburi köçkünlərin yaşadıqları yeri və istifadə etdiyi torpaqlar özəlləşdirilərkən və dövlət orqanları ilə müqavilə bağlanarkən, həmin məcburi köçkünün razılığı alınmalıdır. İddiaçı isə bunları etmək əvəzinə məhkəməyə müraciət edir. Göyçay Rayon İcra hakimiyyətinin müavini tərəfindən həmin ərazidə məskunlaşdırılmışlar. 1993-cü ildən burda kimsə 2014-cü ildə RTS-ə məxsus torpağa sənəd düzəltdirə bilsin. Həmin ərazidə 1993-cü ildən yaşamadıqlarını təsdiq edən dövlət tərəfindən verilmiş arayışlar həmçinin audio, foto və video görüntülər mövcuddur. Göyçayda 500-dən yuxarı məcburi köçkün ailəsi yaşayır və onlardan 400-dən çoxu onlar kimi obyektlərdə və yerli insanların əmlak payında yaşayır. Məhkəmədən xahiş edir ki, Göyçay rayon icra hakimiyyətinə RTSin rəhbərliyinə müraciət etsin ki, onları burada nə üçün məskunlaşdırıb. Buna görə də iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə tərəflərin izahatlarını dinləyən, toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, İddiaçı iddiası aşağıdakılara görə təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 15.07.2014-cü il tarixli çıxarışdan görünür ki, Göyçay şəhəri Natəvan küçəsi 134 saylı ünvanda yerləşən 71.4 m2 torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. Məhkəməyə təqdim edilmiş Özəlləşdirən müəssisə və obyektlərinin,habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında 09.02.2018-ci il tarixli müqavilədən görünür ki, Göyçay şəhəri Natəvan küçəsi 134 saylı ünvanda yerləşən 5173 kv.m torpaq sahəsi 09.02.2033-cü il tarixədək İddiaçı icarəyə verilmişdir. Məhkəməyə təqdim edilmiş X2 və Ekspertiza Mərkəzi” MMC-nin 22.04.2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, tədqiq olunan mülki iş materiallarına əlavə edilmiş Seriya RX ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş Göyçay şəhəri Natəvan küçəsi 134-də yerləşən 71,4 kv.m qeyri-yaşayış sahəsi və həmin qeyri- yaşayış sahəsinin yerləşdiyi iddiaçının 09.02.2018-ci il tarixli 441 saylı müqaviləyə əsasən istifadəsində olan Göyçay şəhəri Natəvan küçəsi 134-də yerləşən 5173 kv.m qeyri yaşayış sahəsi Cavabdeh tərəfindən zəbt edilmişdir. İddiaçıya məxsus Seriya RX ******* nömrəli çıxarışa əsasən mülkiyyətinə verilmiş Göyçay şəhəri Natəvan küçəsi 134-də yerləşən 71,4 kv.m qeyri-yaşayış sahəsi və həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi iddiaçının 09.02.2018-ci il tarixli 141 nömrəli müqaviləyə əsasən istifadəsində olan Göyçay şəhəri Natəvan küçəsi 134-də yerləşən 5173 kv.m qeyriyaşayış sahəsində cavabdeh tərəfindən 49,4 kv.m. tövlə inşa edilmişdir. Məhkəməyə təqdim edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 18.06.2021-ci il tarixli 10/2212 saylı rəyindən görünür ki, Seriya RX ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş Göyçay şəhəri Natəvan küçəsi 134-də yerləşən 71,4 kv.m qeyriyaşayış sahəsi və həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi Göyçay şəhəri Natəvan küçəsi 134-də yerləşən 5173 kv.m qeyri yaşayış sahəsi Cavabdeh tərəfindən zəbt edilmişdir. İddiaçıya məxsus Seriya RX ******* nömrəli çıxarışa əsasən mülkiyyətinə verilmiş Göyçay şəhəri Natəvan küçəsi 134-də yerləşən 71,4 kv.m qeyri-yaşayış sahəsi və həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi iddiaçının 09.02.2018-ci il tarixli 141 nömrəli müqaviləyə əsasən istifadəsində olan Göyçay şəhəri Natəvan küçəsi 134-də yerləşən 5173 kv.m qeyriyaşayış sahəsində cavabdeh tərəfindən 49,4 kv.m ölçüdə tövlə inşa edilmişdir. Aparılmış ekspertizanın dəyəri 100 manat təşkil edir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, ünvan 1 ünvanda yerləşən Seriya RX ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 71.4 kv.m qeyri yaşayış sahəsi və 09.02.2018-ci il tarixli 141 nömrəli müqaviləyə əsasən İddiaçı mülkiyyətində olan 71.4 kv.m qeyri yaşayış sahəsinin yerləşdiyi Göyçay şəhəri Natəvan küçəsi 134-də yerləşən 5173 kv.m qeyri-yaşayış sahəsi Cavabdeh qanunsuz istifadəsindədir və cavabdeh tərəfindən mübahisəli torpaq sahəsində tövlə inşa edilmişdir ki, nəticəsində iddiaçının qeyri-yaşayış obyektindən və torpaq sahəsindən istifadə hüququn məhdudlaşır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna və Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iradəsinin ziddinə olaraq onun mülkiyyətində olan 71.4 kv.m qeyri-yaşayış sahəsində və müqaviləyə əsasən istifadəsində olan 5173 kv.m qeyri-yaşayış sahəsində Cavabdeh qanunsuz inşa etdiyi tövlə iddiaçının qeyri-yaşayış obyektinə sahiblik, istifadə və sərəncam hüququnun həyata keçirilməsinə maneə yaradır. Cavabdehin hərəkətləri iddiaçının mülkiyyətində və istifadəsində olan qeyri-yaşayış obyektinə mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin edilməli, Seriya RX ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş Göyçay şəhəri Natəvan küçəsi 134-də yerləşən 71,4 kv.m qeyri-yaşayış sahəsi və həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi Göyçay şəhəri Natəvan küçəsi 134-də yerləşən 5173 kv.m qeyri yaşayış sahəsində Cavabdeh tərəfindən inşa edilmiş 49,4 kv.m ölçüdə tövlə sökülməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, iş üzrə ekspertiza xərci olan 100 manat Cavabdeh tutularaq məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Seriya RX ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş Göyçay şəhəri Natəvan küçəsi 134-də yerləşən 71,4 kv.m qeyri-yaşayış sahəsi və həmin qeyriyaşayış sahəsinin yerləşdiyi Göyçay şəhəri Natəvan küçəsi 134-də yerləşən 5173 kv.m qeyri yaşayış sahəsində Cavabdeh tərəfindən inşa edilmiş 49,4 kv.m ölçüdə tövlə cavabdehin hesabına sökülsün. İş üzrə ekspertiza xərci olan 100 manat Cavabdeh alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-212/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-212/2021
04.10.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver