Məhkəmə qərarları › İş №2(046)-215/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-215/2021

28.01.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-215/2021 28.01.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs DƏDRX-nin 16 saylı X19rşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Göyçay şəhərində xx xxxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə müraciət edərək, Göyçay rayonu X12 xx xxxxxx 1998-ci il tarixli 44 saylı qərarı ilə 1.36 ha torpaq sahəsinin X6 və X8 mülkiyyətinə verilməsinə dair JN- 0085 saylı Dövlət Aktının mərhum X3 və ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək göstərmişdir ki, valideynləri X11 və X7 nikah bağlamışlar. Onların birgə nikahından xx xxxxxx 1967-cı il tarixdə o, anadan olmuşdur. X2 xx.xx.2008-ci il tarixdə, anası X7 isə xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. Göyçay rayon X12 xx xxxxxx 1998-ci il tarixli 44 nömrəli qərarı ilə mərhum X2 ailə başçısı olmaqla, ailə üzvlərinə ümumilikdə 1.36 ha kənd təsərrüfatı istehsalı məqsədilə torpaq sahəsi ayrılmış və torpağa mülkiyyət hüququna dair JN-0085 saylı Dövlət Aktı verilmişdir. Valideynləri miras qalmış torpaq sahəsinə dair adına vərəsəlik hüququna dair şəhadətnamə almaq məqsədilə ilkin olaraq daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış almaq üçün DƏDRX-nın 16 saylı Ərazi İdarəsinə müraciət edərkən məlum olmuşdur ki, torpağa mülkiyyət hüququna dair verilmiş JN-0085 saylı Dövlət Aktında anasının adı “X7” əvəzinə “X13”, eləcə də öz adı “Ərizəçi” əvəzinə “X14” yazılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsi xx xxxxxx 2020-ci il tarixli **********26 saylı məktubla texniki səhvin aidiyyəti üzrə aradan qaldırılacağı təqdirdə, hüquqlarının dövlət qeydiyyatına alınması məsələsinə qanunla nəzərdə tutulmuş qaydada baxılacağı bildirilmişdir. JN-0085 saylı Dövlət Aktı ilə Göyçay rayonu Yekəxana kəndində yerləşən 1.36 ha torpaq sahəsinin Abihəyat və Ərizəçiların mülkiyyətində olmasını təsdiq edən sənədi başqa qaydada əldə edə bilmədiyim üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Buna görə də ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə maraqlı şəxs Dövlət Reyestri Xidmətinin 16 saylı X23 məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi məhkəmə baxışında iştirak etməmişdir. İş üzrə ərizəçini dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş X10 surətindən görünür ki, Ərizəçi xx.xx.1967-ci il tarixdə anadan olmuşdur. Anası isə X4r. E-Məhkəmə sistemindən görünür ki, X7 1934-cü il tarixdə Göyçay rayonunun Yekəxana kəndində anadan olmuşdur. Məhkəməyə təqdim edilmiş Göyçay rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, X7 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. Məhkəməyə təqdim edilmiş Torpağın Mülkiyyətə Verilməsinə dair JN-0085 saylı Dövlət Aktının təsdiq olunmuş surətindən görünür ki, Göyçay rayon X12 xx.xx.1998-ci il tarixli qərarı ilə mülkiyyətə verilmiş Göyçay rayonu Yekəxana kəndində yerləşən 1.36 ha torpaq sahəsi X5, X6, X9, X8 paylı mülkiyyətinə verilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli 253 saylı arxiv arayışından görünür ki, X7 və Ərizəçi mərhum X5 ailə üzvləri kimi qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 350.2.11-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, digər hüquqi əhəmiyyəti olan faktları da müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, Göyçay rayon X12 xx.xx.1998-ci il tarixli qərarı ilə X6 və X8 adına verilmiş Göyçay rayonu Yekəxana kəndində yerləşən 1.36 ha torpaq sahəsinə mülkiyyət hüququnun təsdiq edən JN-0085 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının mərhum X3 və Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 350.2.5, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ Ərizə təmin edilsin. Göyçay rayon X12 xx.xx.1998-ci il tarixli qərarı ilə mərhum X6 və X8 adına verilmiş Göyçay rayonu Yekəxana kəndində yerləşən 1.36 ha torpaq sahəsinə mülkiyyət hüququnun təsdiq edən JN-0085 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət X1 və Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar