Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-2170/2025 26.01.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İntı̇ qam oğluna qarşı avtomobilin qanunsuz saxlanılmasından azad edilərək təhvil verilməsi və ziyanın ödənilməsi tələbinə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh1 və Cavabdeh2 İntı̇ qam oğluna qarşı “avtomobilin qanunsuz saxlanılmasından azad edilərək təhvil verilməsi və ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan “Ford Tranzit” markalı, 2013-cü il, **-QP-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehlərin qanunsuz saxlanmasından azad edilərək ona təhvil verilməsinə, avtomobilin ona təhvil verilmədiyi dövrdə çəkdiyi maddi zərərin (kirayə gəlirindən məhrum olma, təxminən aylıq 400-500 manat, ümumi məbləğin məhkəmə tərəfindən dəqiqləşdirilməsi ilə) cavabdehlərdən tutulmasına və cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində onun yaşadığı mənəvi zərərin (əsəbi gərginlik, ailəmin maddi təminatının çətinləşməsi, sosial vəziyyətimin pisləşməsi) ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki Onun mülkiyyətində olan “Ford Tranzit” markalı, 2013-cü il, **-QP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq onun adına rəsmi qeydiyyatdadır. Avtomobilin idarə olunması üçün əvvəllər cavabdehlərə - Cavabdeh1 və X3 etibarnamə verilmişdir. Lakin həmin etibarnamələr onun tərəfindən rəsmən ləğv edilmişdir. Etibarnamələrin ləğvinə baxmayaraq, cavabdehlər avtomobili ona təhvil verməkdən imtina edir və hazırda avtomobil Göyçay rayonu, Qaraməryəm kəndində onların qanunsuz saxlanmasındadır. O, dəfələrlə Daxili İşlər Nazirliyinə, X11 İdarəsinə və “102” xidmətinə müraciət etmiş, lakin müraciətlərinə hüquqi qiymət verilməmiş, nəticəsi barədə də ona məlumat təqdim olunmamışdır. Avtomobilin ona qaytarılmaması nəticəsində o maddi gəlirdən də məhrum olmuşdur. Belə ki, avtomobili kirayə verərək əldə etdiyi vəsaitlə borclarını ödəyirdi. İndi isə həm borclarını ödəmək imkanından, həm də ailəsinin əsas gəlir mənbəyindən məhrum edilmişdir. Cavabdeh2 iddia ərizəsinə etiraz verərək göstərmişdir ki, o, İddiaçı guya icarə müqaviləsi əsasında idarə etdiyi və guya hazırda qanunsuz saxladığı 2013-cü il buraxılışlı, “Ford Tranzit” markalı,**-QP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qaytarılması və icarə haqqının ondan tutulması barədə məhkəməyə verdiyi iddiasına etiraz edir. İddiaçı iddia edir ki, guya o, onun avtomobilini aylıq 400-500 manat müqabilində icarəyə götürmüşdür. Lakin bu barədə məhkəməyə heç bir yazılı müqavilə, qəbz, yaxud müvafiq sübut təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə belə hüquqi münasibətlər yalnız yazılı müqavilə ilə təsdiq oluna bilər. Yazılı müqavilə və ödəniş faktı təqdim olunmadığına görə iddia əsassızdır. Bildirir ki, 2025-ci ilin mart ayının sonları öz işi ilə bağlı “Ford Tranzit” markalı nəqliyyat vasitəsi almaq qərarına gəlmişdir. Həmin vaxt İddiaçıla münasibətləri yaxşı idi. İddiaçı həmin nəqliyyat vasitəsini daha ucuz qiymətə Gürcüstandan alaraq Azərbaycana gətirə biləcəyini ona bildirdi. Münasibətləri həmin vaxtı iddiaçı ilə yaxşı olduğundan eyni zamanda inanıb etibar etdiyindən ona öz şəxsi vəsaiti hesabına bilet alaraq Gürcüstana göndərmək qərarına gəldi. İddiaçı Gürcüstandan həmin nəqliyyat vasitəsini alaraq gətirdikdən sonra gömrük qeydiyyatından keçməsi üçün yaxın dostuna etibarnamə verdi. Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq nəqliyyat vasitəsi nəqliyyat vasitəsini gətirən şəxsin yəni İddiaçı adına rəsmiləşdirilərək ona həmin nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə verildi. Qısa müddət sonra bacısı X5 ilə İddiaçı ailə münasibətlərinə xitam vermək qərarına gəldilər. Məhz bundan sonra İddiaçı həmin nəqliyyat vasitəsini adına rəsmiləşdirməkən imtina edərək adına olan etibarnaməni ləğv etməklə barəsində müvafiq orqanlara və məhkəməyə əsassız iddialar verməyə başladı. Qeyd etmək istəyir ki, iddiaçı iddiasında avtomobilin guya onda olduğunu göstərsə də, bu həqiqətə uyğun deyil. Həmin avtomobil bacısı X2 istifadəsindədir. Yəni nəqliyyat vasitəsi hazırda onun istifadə və ya faktiki saxlanılmasında deyil. X9 sözügedən avtomobilin hazırda onda olması ilə bağlı hazırki iş üzrə məhkəməyə rəsmi ərizədə göndərmişdir. Bu halda iddianın əsassızlığını bir daha sübut edir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdi və əlavə olaraq bildirdi ki, avtomobil 2025-ci ilin aprel ayında alınmış, alındıqdan sonra etibarnamə vermişdir. Qardaşı Rauf deyir ki, Cavabdeh2 ilə aralarında yazılı qaydada yox, amma şifahi razılaşma ilə avtomobili icarəyə vermiş, aralarında danışıq olmuşdur ki, avtomobili işlədib hər ay 500 manat pul verəcək. Pul 2-3 ay ödənilmədiyi üçün qardaşı etibarnamələri ləğv etdirmiş, sonra avtomobilini geri istəmiş, lakin avtomobil qardaşına qaytarılmayaraq gizlədilmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etmədi və izahat verərək bildirdi ki, qeyd olunan avtomobil onda deyil. İddiaçının ona qarşı iddia tələbi ilə müraciət etməyi düzgün deyil. İş materillarında olan ərizədən də görünür ki, avtomobil birgə nikah dövründə bacısı Aysel almış, hazırda da avtomobil bacısındadır. Ona qeyd olunan avtomobili idarə edilməsi üçün etibarnamə verilmiş, İddiaçıla bacısı arasında problem yarandıqdan sonra bacısı avtomobili götürərək aparmışdır. İddiaçının qeyd etdiyi icrayə əsasən hər ay 400-500 manat pulun ödənilməsi həqiqət deyil. Bununla bağlı heç bir sübut belə yoxdur. Digər Cavabdeh1 bu işlə heç bir əlaqəsi yoxdur. Cavabdeh1 onun şəriyinin qayınıdır. Onların əvvəllər çox Ford avtomobilləri olmuş, Cavabdeh1 və Nümayəndə oğlu onların sürücüsü olmuş, ona görə də Cavabdeh1 etibarnamə verilmişdir. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh1 lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6- ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materialları : X4 Edilməsinə dair xx.xx.2025-ci il tarixli etibarnamədən görünür ki, nəqliyyat vasitəsinin mülkiyyətçisi İddiaçı tərəfindən “X10” yük markalı,**-QP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə Cavabdeh1 7 il 3 ay 26 gün müddətinə etibarnamə verilmiş, xx.xx.2032-ci il tarixədək qüvvədə olmuşdur. X4 Edilməsinə dair xx.xx.2025-ci il tarixli etibarnamədən görünür ki, nəqliyyat vasitəsinin mülkiyyətçisi İddiaçı tərəfindən “X10” yük markalı,**-QP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə Cavabdeh2 9 ay 23 gün müddətinə etibarnamə verilmiş, xx.xx.2026-cı il tarixədək qüvvədə olmuşdur. xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, İddiaçı Bakı şəhəri 35 saylı notariat ofisinə ərizə ilə müraciət edərək, xx.xx.2025 tarixdə Bakı şəhəri 36 saylı notariat ofisində ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh2 (Şv: AA*******, Göyçay RPŞ QVŞV QRUPU xx.xx.2021, FİN:xxxxxxx, d/t:xx.xx.1992), reyestrdə 7E-5148 nömrə ilə qeyd olunmuş etibarnamə verdiyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365.1.3-cü maddəsinə əsasən yuxarıda göstərilən etibarnamənin qüvvəsinə xitam verilməsi barədə “Elektron notariat” informasiya sistemində qeyd yazılmasını və etibarnamə başqa notariat ofisində təsdiq edilibsə ərizənin dərhal sistem vasitəsilə etibarnaməni təsdiq etmiş notariusa göndərilməsini təmin edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, İddiaçı Bakı şəhəri 35 saylı notariat ofisinə ərizə ilə müraciət edərək, xx.xx.2025-ci il tarixdə Balakən regional "Asan xidmət" mərkəzində notariat ofisində ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh1 (ŞV: AA*******, Göyçay RPŞ QVŞV QRUPU - xx.xx.2022, FİN:xxxxxxx, d/t:xx.xx.2005), reyestrdə 7E-11220 nömrə ilə qeyd olunmuş etibarnamə etibarnamə verdiyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365.1.3-cü maddəsinə əsasən yuxarıda göstərilən etibarnamənin qüvvəsinə xitam verilməsi barədə “Elektron notariat” informasiya sistemində qeyd yazılmasını və etibarnamə başqa notariat ofisində təsdiq edilibsə ərizənin dərhal sistem vasitəsilə etibarnaməni təsdiq etmiş notariusa göndərilməsini təmin edilməsini xahiş etmişdir. Göyçay rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-13-76/2-34267/25 nömrəli məktubundan görünür ki, Cavabdeh1 İddiaçı qarşı şikayəti Göyçay RPŞ-nin X12 Bölməsinə daxil olmamışdır. xx.xx.2025-ci il tarixdə daxil olmuş ərizədən görünür ki, X5 ərizə verərək bildirmişdir ki, 2(046)-2170/2025 saylı iş Göyçay Rayon məhkəməsinin hakimi Gülnaz Qurbanovanın icraatındadır. İş üzrə məhkəmənin hazırlıq iclası xx.xx.2025-ci il tarixə, saat 15:00 a təyin edilmişdir. Həmin iş üzrə cavabdeh, ünvan 4 ünvanda yaşayan Cavabdeh2 onun qardaşıdır. İddiaçı isə onun keçmiş həyat yoldaşıdır. Göyçay rayon Məhkəməsinin 02 iyun 2025-ci il tarixli qərarı ilə İddiaçıla onun rəsmi nikahlarına xitam verilmişdir. Hazır ki, 2(046)-2170/2025 saylı iş üzrə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 etibarnamə ilə guya ki, icarəyə verdiyi 2013-cü il istehsalı olan “Ford Tranzit” markalı, **-QP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin cavabdehlərdə olmasını və həmin nəqliyyat vasitəsinin qanunsuz saxlanılmasından azad edilərək ona təhvil verilməsini məhkəmədən xahiş etmişdir. Bununla bağlı bildirir ki, 2013-cü il istehsalı olan **-QP-*** dövlət qeydiyyat nişanlı, Ford Tranzit markalı nəqliyyat vasitəsi İddiaçıla onun birgə nigah dövründə sonuncunun adına rəsmiləsdirilmişdir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən onun da həmin nəqliyyat vasitəsində payı vardır. Sözügedən nəqliyyat vasitəsi hal-hazırda ondadır və həmin nəqliyyat vasitəsinin bölünməsi ilə bağlı Göyçay Rayon Məhkəməsinə müraciət etmək üçün zəruri sənədləri əldə etmək məqsədi ilə bağlı o, mediasiya təşkilatına müraciət etmişdir. İşin faktiki halları: Beləliklə, işdə iştirak edən şəxslərin izahatları və işin digər materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, “Ford Tranzit” markalı,**-QP-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2013, mühərrik nömrəsi N/Z SİL, BAN WFOXXXTTFXDC63379 olan avtomobil İddiaçı mülkiyyətindədir. Həmin avtomobil İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə Cavabdeh2 və xx.xx.2025-ci il tarixdə Cavabdeh1 etibarnamə verilmişdir. Hazırda İddiaçı verdiyi etibarnamələri notariat ofisində xitam vermiş və avtomobilin qaytarılmasını tələb edir. Bundan başqa avtomobil Cavabdeh2 sahibliyinə və istifadəsinə verilsə də, hal-hazırda sonuncunun bacısı və iddiaçının keçmiş həyat yoldaşı X1. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 365.1.3-cü maddəsinə əsasən, etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi nəticəsində xitam verilir. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən, etibarnaməyə xitam verildikdə etibar edilmişi başqasına etibaretmə qüvvədən düşür.
Məhkəmənin mövqeyi:
Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, avtomobil cavabdehlərə etibarnamə əsasında verilmiş, sonradan həmin etibarnamələrə xitam verilmişdir. Mülki Məcəllənin tələblərinə əsasən mülkiyyətçi və ya digər sahib, əmlakının qanunsuz sahibliyindən geri tələb edə bilər. Əgər əmlak vicdanlı sahibdədirsə, mülkiyyətçi yalnız əmlakın onun iradəsindən asılı olmayaraq (itmə, oğurluq və s.) sahibliyindən çıxması hallarında geri tələb edə bilər. Vicdansız sahibdən isə əmlak hər bir halda geri tələb oluna bilər və mülkiyyətçi əmlakın qaytarılması ilə yanaşı, əmlakdan götürülmüş gəlirlərin və vurulmuş zərərin əvəzini də tələb edə bilər. Həmçinin, istər vicdanlı, istərsə də vicdansız sahib əmlaka çəkdiyi zəruri məsrəflərin əvəzini tələb edə bilər. Bu qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.5 və 157.6-cı maddələrində əks olunub. Mülkiyyətçi əmlakını geri tələb edərkən, əmlakın onun və ya onun verdiyi şəxsin sahibliyindən iradəsindən asılı olmayaraq çıxdığını sübut etməlidir. Hazırkı mübahisədə Cavabdeh2 əmlakın onun sahibliyindən və istifadəsinsən iradəsindən asılı olmayaraq çıxdığını sübüt edə bilməmişdir. Məhkəmə müəyyən edir ki, avtomobil hazırda üçüncü şəxsin (Cavabdeh2 bacısı və iddiaçının keçmiş arvadı X5) istifadəsindədir və bu, qanunsuz sahiblənmə sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, iddiaçı qanunsuz sahibdən əmlakını geri tələb etmək hüququna malikdir (vinikasiya iddiası). Avtomobilin mülkiyyət hüququ hələ də iddiaçıya məxsusdur. İddiaçı cavabdehlərin dəyişdirilməsinə razılıq vermədiyindən, məhkəmə yalnız ilkin cavabdehlər barəsində qərar verə bilər. Bundan başqa birgə nikah dövründə ərin (arvadın) hansının sahibliyində olmasından və ya adına qeydə alınmasından asılı olmayaraq mübahisə halında həmin əmlakın ayrıca əmlak olduğu və ya ayrıca əmlak hesabına əldə edildiyi sübuta yetirilərsə, ərin (arvadın) tələbi ilə geri qaytarılmalıdır. Hazırkı mübahisəli avtomobil faktiki olaraq birgə nikah dövründə əldə olunsa da, hər iki tərəf həmin əmlakın ər-arvadın birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq deyil, iddiaçı ilə Cavabdeh2 birgə iş fəaliyyəti nəticəsində əldə olunduğunu bildirmişlər. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əmlak tələbi hissəsində Cavabdeh2 münasibətdə təmin edilməlidir. Mübahisəli avtomobilin digər Cavabdeh1 istifadəsi və sahibliyində olmadığı həm iş materialları həm tərəflərin izahatı ilə öz təsdiqini tapmışdır. Belə ki, Cavabdeh1 yalnız sürücü vəzifələrinin yerinə yetirilməsi üçün etibarnamə verilmiş, sonradan isə ləğv edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 münasibətdə əsaslı olmadığından rədd edilməlidir. İddia tələbinin ikinci hissəsi, yəni kirayə gəlirindən məhrum olma, təxminən aylıq 400-500 manat, ümumi məbləğin məhkəmə tərəfindən dəqiqləşdirilməsi ilə cavabdehlərdən tutulmasına və cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində mənəvi zərərin (əsəbi gərginlik, ailəmin maddi təminatının çətinləşməsi, sosial vəziyyətimin pisləşməsi) ödənilməsi tələbinə münasibətdə məhkəmə bildir ki, yuxarıda qeyd olunan tələbin irəli sürülməsi üçün iddiaçı subyektiv hüquqa malik olsa da, tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, məhkəmə tərəfindən dəymiş maddi zərərin dəqiqləşdirilməsi isə mümkün olmamışdır. AR MPMnin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləinin 77.3-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Məhkəmə iddiaçının nümayəndəsinə aylıq 400-500 manat məbləğində kirayə haqqından məhrum olunması və cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində keçirdiyi mənəvi sarsıntılarla bağlı sübutlar təqdim edilməsini təklif etsə də, iddiaçı tərəf bunan imtina etmişdir.
Nəticə:
Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Cavabdeh2 sahibliyində və istifadəsində olan “X10” yük markalı, **-QP-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2013, mühərrik nömrəsi N/Z SİL, BAN WFOXXXTTFXDC63379 olan avtomobil İddiaçı təhvil verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, dövlət rüsumu üçün ödənilmiş 100 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Cavabdeh2 sahibliyində və istifadəsində olan “X10” yük markalı, **-QP-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2013, mühərrik nömrəsi N/Z SİL, BAN WFOXXXTTFXDC63379 olan avtomobil İddiaçı təhvil verilsin. Dövlət rüsumu üçün ödənilmiş 100 manat cavabdehdən alınaraq iddiaçıya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Gülnaz Qurbanova