Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-2180/2022 18.11.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı qanun üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Göyçay şəhərində açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək miras qalmış əmlakların onun tərəfindən qəbul edilməsinin müəyyən edilməsi, həmin əmlaklar üzərində vərəsəli və mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki iş baxılmamış saxlanılmalıdır. E-məhkəmə sistemi çıxarışından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasını tərk etmişdir. Məhkəməyə təqdim edilmiş iddia ərizəsindən görünür ki, İddiaçı adından iddia ərizəsi xx.xx.2022-ci il tarixdə imzalanmış,Azərpoçt MMC-nin fililalı vasitəsi ilə məhkəməyə göndərilmişdir. Göründüyü kimi iddia ərizəsi İddiaçı tərəfindən deyil, başqa şəxs tərəfindən imzalanmışdır. Bundan başqa məhkəməyə təqdim edilmiş iddia ərizəsində iddiaçının adı, İddiaçı əvəzinə X1 qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda ərizə baxılmamış saxlanılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.3-cü, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərarverdi: İddiaçı Cavabdeh qarşı qanun üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Göyçay rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-2180/2022
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-2180/2022
18.11.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver