Məhkəmə qərarları › İş №2(046)-219/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-219/2021

02.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-219/2021 02.03.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Ərizəçi nümayəndəsi qızı X2 iştirakı ilə, doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair mülki işə Göyçay şəhərində xx xxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü ƏYYƏN ET Dİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək doğum qeydimdə soyadının Əliyeva, adının Qəmzə, ata adının X6, ana adının X22, doğum tarixinin xx xxxx 1936-cı il, Azərbaycan Respublikası İsmayıllı rayon Xəlilli kəndi göstərilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizəçi nümayəndəsi qızı X5 ərizəni müdafiə edərək tələbi belə əsaslandırmışlar ki, anası 1936-cı il tarixdə İsmayıllı rayon Xəlilli kəndində anadan olmuş, ana nənəsi X22 xx xxxxx 2005-ci il tarixdə, ana babası X6 1941-1945-ci ildə Böyük Vətən Müharibəsində itkin düşmüşdür. Ərizəçi miras qalan əmlakın vərəsəliyini təyin edilməsi ilə əlaqədar sənədlər toplayıb aidiyyatı üzrə təqdim etmək üçün doğum qeydi haqqında arayış almaq üçün İsmayıllı rayon Qeydiyyat Şöbəsinə və İsmayıllı rayon Arxiv şöbəsinə müraciət etmiş, lakin doğum haqqında akt qeydi İsmayıllı rayon Qeydiyyat Şöbəsində və İsmayıllı rayon Arxivində aşkar olunmadı. Qeydiyyat şöbəsindən ərizəçiyə doğum akt qeydinin bərpası üçün yaşadığı rayonun məhkəməsinə müraciət etməli olduğu bildirilmişdir. Buna görə də məhkəmədən ərizəsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə maraqlı tərəf olan İsmayıllı rayon Qeydiyyat Şöbəsinə məhkəmə baxışının yeri və vaxtı barədə məlumat verilmiş, Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə baxışında iştirak etməmişdir. Məhkəmə Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ərizəçinin nümayəndəsinin izahatlarını dinləyən, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Ərizəçi 1936-cı il tarixd doğum aktı qeydi şöbənin arxınında tapılmamışdır. Məhkəməyə təqdim edilmiş Azərbycan Respublikasının Milli Arxiv İdarəsinin İsmayıllı rayon Dövlət Arxivi şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arxiv arayışdan görünür ki, Göyçay rayon Kürdəmiş kənd sakini Ərizəçi (Əliyeva Qəmzə) Məhəmmədəli qızının mərhum anası X12 himayəsində və ailə tərkibi belə olmuşdur, yoldaşı X7, qızları - X13, X8 və X9. Qeyd: İsmayıllı rayon Qeydiyyat şöbəsinin 170 nömrəli arvix fondunda saxlanılan 1935-1943-cü illər üzrə doğum və doğum bərpa aktlarında Ərizəçi (Əliyeva Qəmzə) Məhəmmədəli qızının aşkar edilməmişdir. Məhkəməyə təqdim edilmiş Göyçay rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.1960-cı il tarixli çıxarışdan görünür ki, X3 ilə X15 xx.xx.1960-cı il tarixdə 34 saylı nikah bağlamışlar. Məhkəməyə təqdim edilmiş Torpağın Mülkiyyətə Verilməsinə dair JN-098A və JN- 098B saylı şəhadətnamələrdən görünür ki, X1 və ailə üzvlərinə Göyçay rayon Kürdəmiş kəndində 0.20 ha və 0.35 ha torpaq sahəsi verilmişdir. Məhkəməyə təqdim edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi qızı XX.XX.1936-cı il tarixdə İsmayıllı rayonu Xəlilli kəndində anadan olmuş, Göyçay rayonu Kürdəmiş kəndində yaşayır. Məhkəmə hesab edir ki, Ərizəçi doğum aktı qeydinin müəyyən edilməsini başqa qaydada əldə edə bilməzlər. Bu isə Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən həmin hüquqi əhəmiyyəti olan faktın məhkəmə tərəfindən müəyyən olunması üçün əsasdır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi qanuna uyğun olduğundan təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 311, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDI: Ərizəçi xx.xx.1936-cı il tarixdə İsmayıllı rayonu Xəlilli kəndində doğum faktının müəyyən edilməsinə dair ərizəsi təmin edilsin. Bu qətnamə xx.xx.1936-cı il tarixdə anadan olmuş Ərizəçi doğumunun qeydə alınması və doğum aktı qeydində doğum tarixinin xx.xx.1936-cı il, soyadının Əliyeva, adının Qəmzə, ata adının Məhəmmədəli, atasının X6, anasının X4 qeyd edilməsi üçün əsasdır. Qətnamənin icrası Göyçay rayon Qeydiyyat Şöbəsinə tapşırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar