Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-220/2021 27.01.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi və X1nın iştirakı ilə, X1nın Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Göyçay RPŞ-nə qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: X1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun mülkiyyətində olan ünvan 1 saylı ünvanda yerləşən yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə X1 iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 29.1 kv.m olan mənzil onun xüsusi mülkiyyətindədir. Qeyd edilən mənzil üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmış və onun adına reyestr nömrəsi **********80-093016 qeydiyyat nömrəsi ********** olan çıxarış verilmişdir. Cavabdeh oğlu Cavabdeh həmin mənzildə pasport qeydiyyatında olsa da, daimi olaraq başqa ünvana köçmüş, uzun müddətdir başqa yaşayış yerində yaşayır. Buna görə də hesab edir ki, ünvan 1 ünvanında olan mənzil üzərində Cavabdeh istifadə hüququ itirilmiş hesab edilməlidir. Belə ki, mülkiyyətində olan mənzildə Cavabdeh qeydiyyatda olması həmin mənzil üzərində mövcud olan mülkiyyət hüququnu məhdudlaşdırır. Cavabdehin mənzildən daimi olaraq başqa ünvana köçməsindən uzun müddət vaxt keçmişdir. Buna baxmayaraq cavabdeh mənzildən pasport qeydiyyatından çıxmır. Buna görə də iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəməyə iddianı qəbul etdiyi barədə ərizə ilə müraciət edərək göstərmişdir ki, X1nın mülkiyyətində olan ünvan 1-də qeydiyyatda olsa da uzun müddətdir ki, faktiki olaraq həmin ünvanda yaşamır. Bundan başqa hazırda Azərbaycan Respublikasından kənarda yaşadığı üçün məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bildirmişdir. İddianın təmin edilməsinə etiraz etməmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş DƏDRX-nin 16 saylı ərazı idarəsi tərəfindən verilmiş RX ******* saylı qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 29.1 kv.m olan mənzil X2 xüsusi mülkiyyəti kimi xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Məhkəməyə təqdim edilmiş Göyçay Mənzil İstismar Sahəsinin xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ünvan 1-də qeydiyyatdadır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh Göyçay şəhəri ünvan 1də qeydiyyatda qalması X1nın mülkiyyətdən sərbəst istifadə hüquqlarını məhdudlaşdırır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən hər bir insan onun konstitusiya, yaxud qanunla verilmiş əsas hüquqları pozulduğu hallarda həmin hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən təsirli şəkildə bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək ona dar sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Belə olan halda məhkəmə hesab edir ki, X1nın Cavabdeh qarşı mülkiyyətində olan ünvan 1-dən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair tələbi əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. X2 Cavabdeh qarşı ünvan 1-dən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası təmin edilsin. Bu qətnamə Cavabdeh ünvan 1-dən istifadə hüququnun itirilmiş hesab edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-220/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-220/2021
27.01.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver