Məhkəmə qərarları › İş №2(046)-2230/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-2230/2021

14.12.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-2230/2021 14.12.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı və Cavabdeh2 iştirakı ilə, cavabdehlər Cavabdeh2 və X3 qarşı torpaq sahəsindən, həmin torpaq sahəsində olan tikilidən və qeyri-yaşayış sahəsindən cavabdehin çıxarılması tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadəsində olan 74.4 ha torpaq sahəsində, həmin torpaq sahəsində olan tikilidən və qeyri-yaşayış sahəsindən cavabdehlər Cavabdeh2 və X2 və onlara məxsus mal-qaranın çıxarılması, cavabdehlərə həmin torpaq sahəsinə girişinə qadağa qoyulması və icarə hüquqlarının həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, heyvandarlıqla məşğul olduğu üçün Göyçay rayonu İnçə kəndindən 5 km aralıqda yerləşən “Qızılağac” adlanan torpaq ərazisindən Göyçay rayon İHB-nın 14.03.2014-cü il tarixli 17 saylı sərəncamı ilə bağlanmış icarə müqaviləsinə əsasən 150 ha torpaq sahəsini icarəyə götürərək xırda buynuzlu heyvanları qışlaq şəraitindən bəslənməsi ilə məşğul olur. 2015-ci il tarixdən cavabdehlər həmin 150 ha torpaq sahəsinin 74.4 ha hissəsini zəbt edərək və həmin ərazidə yerləşən tikililərdən qanunsuz istifadə etməklə həmin ərazidə 700 baş mal-qara saxlayır. Mülkiyyətində olan torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilmiş hissəsindən cavabdehlərin çıxarılmasını tələb etsə də cavabdehlər öz qanunsuz hərəkətlərinə davam etmişdir. Buna görə də məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 iddianı qəbul etməyərək göstərmişdir ki, qeyd edilən torpaq sahəsi ona 15 il müddətinə qoyunçuluğun inkişafı üçün icarəyə verilmişdir. Həmin torpaq sahəsində yerləşən qeyr-yaşayış tikililərində mal-qara saxlayır. Bundan başqa digər cavabdeh də həmin torpaq sahəsində onunla birgə istifadə edir. Buna görə də iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul eidlməsini xahiş etmişdir. İş üzrə digər cavabdehə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçını izahatlarını dinləyən, toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, İddiaçı iddiası aşağıdakılara görə qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın RX ******* saylı çıxarışdan görünür ki, Göyçay rayonu İnzibati Ərazisində yerləşən örüş otlaq sahəsi 150 ha torpaq Göyçay rayon İHB-nın 14.03.2014-cü il tarixli 17 saylı sərəncamına əsasən bağlanmış icarə müqaviləsi üzrə 10 il müddətinə, yəni 15.03.2014-cü il tarixdən 15.03.2024-cü il tarixədək İddiaçı istifadəsinə verilmiş və icarə müqaviləsi Dövlət Qeydiyyatına alınmışdır. Göyçay rayon Məhkəməsinin 04.06.2020-ci il tarixli qətnaməsində göstərilmiş məhkəmə tikinti-texniki ekspertizasının 09.04.2020-ci il tarixli 2385 saylı rəyindən görünür ki, mütəxəssis rəyinə əsasən, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ******* saylı çıxarışına əsasən iddiaçının icarəsinə verilmiş Göyçay rayonu İnzibati Ərazisində yerləşən 150 ha torpaq sahəsi iddiaçının göstərdiyi ərazidə yerləşdiyi, lakin konfiqurasiya fərqi olduğu və mübahisəli torpaq sahəsində qeyri-yaşayış tikililərinin mövcud olduğu müəyyən olunmuşdur. "xxxx" MMC-nin Ağsu LTİ-nin mütəxəssis rəyinə əlavə edilmiş sxemdən görünür ki, Cavabdeh2 naturada göstərdiyi torpaq sahəsi (74.4 ha) hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı çıxarışına əsasən iddiaçının icarəsinə verilmiş Göyçay rayonu İnzibati Ərazisində yerləşən 150 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ******* saylı çıxarışına əsasən iddiaçının İddiaçı icarəsinə verilmiş Göyçay rayonu İnzibati Ərazisində yerləşən 150 ha torpaq sahəsinin 74.4 ha hissəsi cavabdehlər Cavabdeh2 və X4 tərəfindən naturada istifadə edilir. Həmin torpaq sahəsində olan qeyri-yaşayış tikililərində cavabdehlər tərəfində mal-qara saxlanılır. Məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən iddiaçının icarəsində olan 150 torpaq sahəsinin 74.4 ha hissədə qanunsuz istifadə edilməsi iddiaçının torpaq üzərində istifadə hüquqlarını pozur. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh2 və X1 iddiaçının icarəsinə verilmiş Göyçay rayonu İnzibati Ərazisində yerləşən 150 ha torpaq sahəsinə girişinə qadağa qoyulması və icarə hüquqlarının həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması barədə tələbi mücərrəd olduğundan tələb həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna və Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iradəsinin ziddinə olaraq onun istifadəsində olan 150 ha torpaq sahəsinin 74.4 ha hissəsinin cavabdehlərin zəbt etməsi, həmin ərazidə olan tikililərdən istifadə etmələri, həmin daşınmaz əmlaka olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir, bu torpaq sahəsinə sahiblik, istifadə və sərəncam hüququnun həyata keçirilməsinə maneə yaradır. Cavabdehlərin hərəkətləri iddiaçının icarəsində olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ******* saylı çıxarışına əsasən iddiaçının icarəsinə verilmiş Göyçay rayonu İnzibati Ərazisində yerləşən 150 ha torpaq sahəsinin 74.4 ha hissəsindən cavabdehlər Cavabdeh2 və X4 çıxarılmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ******* saylı çıxarışına əsasən iddiaçının icarəsinə verilmiş Göyçay rayonu İnzibati Ərazisində yerləşən 150 ha torpaq sahəsinin 74.4 ha hissəsindən və həmin torpaq sahəsində olan qeyr-yaşayış tikililərindən cavabdehlər Cavabdeh2 və X4 çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar