Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-2315/2025 28.01.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı, Cavabdeh3, Cavabdeh və digər Cavabdeh1 nümayəndəsi (atası) Cavabdeh2 iştirakı ilə, Evə köçürülmə tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı uşaqları xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 ilə birlikdə cavabdehlər Cavabdeh1,Cavabdeh2 və X2 yaşadıqları Göyçay rayon İnçə kəndində yerləşən evə köçürülməsi və bütün tikililərdə istifadə hüququnun yaranması və 50 manat dövlət rusumunun,60 manat mediasiya təşkilatına ödənilmiş rusmunun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, 2015-ci il tarixdə Cavabdeh1 ilə ailə həyatı qurmuş,rəsmi nikaha daxil olmuş və rəsmi-nikahdan da iki uşaqları anadan olmuşdur. Hazırki vaxtadək cavabdehlərin yaşadığı İnçə kəndində yerləşən fərdi yaşayış evində qeydiyyatdadır. Qızıları azyaşlıdır, hal-hazırda onunla birlikdə yaşayırlar. Cavabdeh1 ailə həyatı qurduqdan sonra həyatı mürrəkkəb keçmişdir. Belə ki, Elman ilə birgə yaşadığı müddət ərzində heç bir səbəb olmadan dava-dalaş salmış, narazılıq içərisində yaşamışdır. Cavabdeh onu ailə kimi saymamış və qəbul etməmişdir. 2025-ci ildə Elman onu evdən qovduğu üçün valideynlərinin yanında yaşayır. Sonradan aralarında yaranmış münasibətin pozulmasına görə 2025-ci ildə Göyçay Rayon Məhkəməsinin qətnaməsinə əsasən boşanmışlar. 2015-ci ildi cavabdehlərin evinə gəlin köçmüş, Cavabdeh1 ilə yaşamış və iki qız övladları həmin evdə anadan olmuş,həmin evdə qeydiyyatdadır və uşaqları həmin kəndədə məktəbə getmişlər. Hal-hazırda ata evindən apardığı cehiz əmlakları cavabdehlərin evindədir, cavabdehdən ayrılandan sonra valideynlərinin yanına müvvəqqəti qayıtsa da sonradan cavabdehlərin yaşadığı evə qayıtmaq istəsə də cavabdehlər evə qoymaşlar. Həmən vaxtdan qalmağa yeri olmasa da məcburən iki azyaşlı uşaqları ilə bərabər valideynlərinə məxsus evdə qalmışdır. Buna görə də iddianın təmin edilməsini xahiş etmişlər. İş üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iddiaya etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişlər ki, iddiaçı ilə Cavabdeh1 08 yanvar 2016-cı il tarixdə nikaha daxil olmuşlar.İddiaçı ailə qurarkən onların sahibliyində olan və Göyçay rayonunun İnçə kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. 2024-cü ilin yazında iddiaçının hərəkətlərindən onun başqa şəxslə münasibətdə olmasından şübhələnmiş və iddiaçının istifadəsində olan Cavabdeh1 adına olan ***-***-**-** saylı mobil nömrənin danışıqlarının çıxarışını əldə edərkən iddiaçının ***-***-**-** mobil nömrəsi ilə günün müxtəlif saatlarında davamlı və uzun müddət danışdığını müəyyən etmişlər. Bu səbəbdən də tərəflər arasında mübahisə yaranmış və iddiaçı 27 aprel 2024-cü il tarixdə uşaqlarını da götürüb mübahisəli evi tərk etmişdir. Artıq 1 il 6 aydır ki, iddiaçı uşaqları ilə birlikdə atasının Göyçay rayonunun Dövranlı kəndində yerləşən evində yaşayır. İddiaçı iddia ərizəsində guya Elmanın onu 2025-ci ildə evdən qovduğunu göstərir. Halbuki iddiaçı mübahisəli evi 2024-cü ilin aprel ayının 26-dan 27-nə keçən gecə tərk etmişdir. İddiaçı ilə Cavabdeh1 arasında nikah 08 yanvar 2016-cı il tarixdə qeydə alındığı üçün aralarında olan mənzil münasibətləri də həmin vaxt yaranmışdır. Mübahisəli fərdi yaşayış sahibliklərindədin və həmin evi 1994-cü ildə, iddiaçının əri Elmanın 6 yaşı olarkən inşa etmişdir. Həmin evə gözlənilən mülkiyyət hüququ var. Mübahisəli ev iddiaçının keçmiş əri Cavabdeh1 mülkiyyətində və sahibliyində olmadığı üçün iddiaçının həmin evə yaşayış hüququ yoxdur. İş üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iddiaya etirazda göstərilən xüsusatlara uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etmişlər. İş üzrə digər Cavabdeh1 məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdehin məhkəmə baxışında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə tərəfləri dinləyən və tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(046)- 35/2025 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı xx.xx.2016-cı il tarixdə Göyçay rayon İHB-nin Aşağı Qaraməryəm kənd İƏD üzrə nümayəndəliyində 01 №-li qeyd ilə bağlanmış nikah pozulmuş və xx.xx.2016-cı il tarixdə anadan olmuş X4 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X1 Gözəl Elşad qızının yanında saxlanılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2026-cı il tarixli məktubundan görünür ki, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 adına Göyçay rayonu, İncə kəndində ümumibirgə mülkiyyətində xx.xx.1998-ci il tarixli JN-360 nömrə Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 1.58 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və xx.xx.2004-cü il tarixli JN-654A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən isə ümumibirgə mülkiyyətində 0.13 ha həyətyanı torpaq sahəsi vardır. Lakin sözügedən torpaq sahələri daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.5-ci maddəsinə əsasən mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilr (qanunun analogiyası). Qeyd edilən maddi hüquq normalarını hazırkı iddia tələbi üzrə mübahisəli evin hüquqi statusunun müəyyən edilməsi ilə əlaqədar tətbiq edərək müəyyən etmişdir ki, mübahisəli ev mülkiyyət hüququ əsasında qeydə alınmamışdır. Tərəflər arasında olan mübahisəli mülki hüquq münasibətləri mülki qanunvericiliklə birbaşa tənzimlənmədiyinə görə məhkəmə hesab edir ki, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları, yəni qanunun analogiyası tətbiq olunmalıdır. Tərəflər arasında hüquq münasibətlərinin xx.xx.2016-cı ildə yaranmasını nəzərə alaraq, məhkəmə bu qənaətə gəlir ki, mülki mübahisə qanunun analogiyası üzrə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 68-ci maddəsinin tələblərinə uyğun şəkildə həll edilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər.Həmin məcəllənin 68.2-ci maddəsinə əsasən Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin məcəllənin 68.3-cü maddəsinə əsasən Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. Həmin məcəllənin 68.4-cü maddəsinə əsasən vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Göstərilən normaların müddəaları ilə digər məsələrlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onların tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu huquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərin yaşayış yerinin olması təsbit olunmuşdur. İş materiallarından göründüyü kimi İddiaçı Cavabdeh1 arvadı kimi cavabdehlərin razılığı ilə mübahisəli evə gəlin köçmüş və cavabdehlərin ailə üzvü kimi 9 il müddət ərzində həmin evdə yaşamışdır. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçının mübahisəli evdə azyaşlı uşaqları ilə birlikdə istifadə etmək hüququ vardır. Beləliklə, məhkəmə, iş üzrə məhkəmədə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh1 alınaraq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin cavabdehlər mediasiya prosesində iştirak etdikləri üçün 25 manatı cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilsin. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı himayəsində olan azyaşlı uşaqları xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 ilə birlikdə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 yaşadıqları Göyçay rayon İnçə kəndində yerləşən fərdi yaşayış evinə köçürülsün. Qərarın İcrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cavabdeh1 50 manat dövlət rüsumu və 25 manat mediasiya xerci cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-2315/2025
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-2315/2025
28.01.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver