Məhkəmə qərarları › İş №2(046)-234/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-234/2021

01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-234/2021 01.06.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı nümayəndəsi X2 və Cavabdehnın iştirakı ilə, İddiaçı debitor borcunun və dəymiş ziyanın ödənilməsi və dəymiş ziyanın azaldılması barədə qarşılıqlı iddia tələbinə dair mülki işə Göyçay şəhərində 01 iyun 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 388.40 manat qazdan istifadəyə görə borcun, 453.60 manat sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə borcun, 30 manat məbləğində dövlət rüsumunun və 0.40 qəpik xidmət haqqı olmaqla ümumilikdə 872.40 manat məbləğin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı qarşılıqlı iddia qaldıraraq İddiaçı tərəfindən sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə hesablanmış 453.60 manat borcun azaldılaraq 50 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı nümayəndəsi X4 iddianının həcminin artırılması barədə ərizə təqdim edərək tələbini belə əsaslandırmışdır ki, Göyçay rayonu 2-ci Ərəbcəbirli kəndində yaşayan Cavabdehnın evində istifadə edilmiş təbii qaza görə İddiaçı Ağsu X3 İdarəsinin Göyçay Xidmət Sahəsinə 453.60 manat debitor borcu yaranmışdır. Qaz paylayıcısı ilə istehlakçı arasında sonuncu dəfə bağlanmış qazın alqı-satqısı barədə 01.02.2016-cı il tarixli müqavilənin 2.3.1, 2.3.2 və 3.4 bəndlərinin tələblərinə əsasən istehlakçı bu müqavilənin və qazdan istifadə qaydalarının tələblərinə əməl etməklə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini 1 (bir) ay müddətində Bank və ya Poçt şöbələri vasitəsilə tam ödəməlidir. Bundan başqa 03.12.2018-ci il tarixində ’’İddiaçı” X1 RQİİ- nin Göyçay Xidmət Sahəsinin əməkdaşları Göyçay rayonu 2-ci Ərəbcəbirli kəndində yaşayan Cavabdeh məxsus fərdi yaşayış evinə baxış keçirən zaman sayğacdan kənar əlavə qaz xətti aşkar etmiş, bununla bağlı 03.12.2018-ci tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə İddiaçı İBnin Ağsu RQİİ-nə göndərilmişdir. Həmin akta əsasən Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində 19.02.2019-cu il tarixində itirilmiş qazın bərpası üzrə akt tərtib edilərək Cavabdehnın Göyçay XS-nin abonent bazasındakı abonent koduna 4536m3 – 453.60 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Abonent Cavabdehnın abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacıdan kənar əlavə qaz xəttindən istifadə edilməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Təqdim olunan bildirişdə göstərilən borcla razı olmuş, mübahisələndirməmişdir. Sonuncu dəfə 28.03.2019-cu il tarixdə Cavabdeh rəsmi qaydada bildiriş-xəbərdarlıq göndərilmişdir. Xəbərdarlıqda cavabdehə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin Cavabdeh yaranmış borcu yenə də tam ödəməmişdir. Bundan başqa cavabdehin məhkəmə icraatı zamanı borcu artaraq 507.30 manat olmuşdur. Buna görə də iddianın müdafiə etdiyi həddə təmin edilməsini xahiş etmişdir. Cavabdeh Hümmətova Mahirə İdris iddianı qəbul etməmiş, qarşılıqlı iddianı müdafiə edərək göstərmişdir ki, Göyçay rayonu 2-ci Ərəbcəbirli kəndində 2018-ci ilin dekabr ayından qaz sayğacına əlavə kənar xətt qoşaraq işlətmişdir. Lakin İddiaçı İB-nin əməkdaşları həmin borcu 180 gün hesablamışlar. Halbuki, sayğaca kənar qoşulmanı 2018-ci ilin dekabr ayında 1 gün etmişdir. Buna görə də hazırda İddiaçı İB-nə 50 manat sayğacandan kənar əlavə xəttindən istifadə etdiyinə görə borcu vardır. İş üzrə tərəflərin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 01.12.2016-cı il tarixli müqavilədən görünür ki, iddiaçı ilə Cavabdeh arasında qazdan istifadəyə dair müqavilə bağlanmışdır. Həmin müqavilənin tələblərinə əsasən, istehlakçı bu müqavilənin və qazdan istifadə qaydalarının tələblərinə əməl etməklə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini bank və ya poçt vasitəsi ilə tam ödəməlidir. Məhkəməyə təqdim edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktın surətindən görünür ki, Cavabdehnın yaşadığı Göyçay rayonu 2-ci Ərəbcəbirli kəndində yerləşən fərdi yaşayış evində qaz sayğacından kənar xətt aşkar olunmuşdur. Məhkəməyə təqdim edilmiş **********00000 saylı Abonentin saldosundan görünür ki, Cavabdehnın qazdan istifadəyə görə, eləcə də hesablanmış aktlar üzrə 2021-ci ilə İddiaçı İB-nə 960.90 manat borcu vardır. Məhkəməyə təqdim edilmiş Dəymiş ziyanın bərpasına dair 19.02.2019-cu tarixli tələbnamədən görünür ki, istehlakçı Cavabdehnın yaşadığı evə sayğacdan kənar qeyriqanuni qaz xətti ləğv edilsin. Qaz işlədicilərindən PQ2-in maksimal saatlıq qaz sərfi 0.6 m3/saat. orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, 1 ədəd dəmir soba maksimal saatlıq qaz sərfi 14 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün,1 ədəd radiator sobası maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablansın. Məhkəmə hesab edir ki, Cavabdeh 2018-ci ilin dekabr ayında sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan istifadə qaydalarının pozmasına nəticəsində 453.60 manat dəymiş ziyanın hesablanması ağlabatan deyildir. Belə ki, Cavabdeh 2018-ci ilin dekabr ayında qanunsuz olaraq qazdan istifadə etmiş, İddiaçı İB isə Cavabdeh 180 gün müddətinə təbii qazdan qanunsuz istifadə etdiyini iddia edərək 453.60 manat hesablamışdır. Buna görə də məhkəmə hesab edir ki, Cavabdehnın qanunsuz olaraq təbii qazdan 1 ay istifadə etməyi əsas götürülməli, dəymiş ziyan 1 ay müddətinə hesablanmalıdır. (453.60/6=75.6) Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh 2018-ci ilin dekabr ayında qazdan istifadə etmişdir. Cavabdehnın istifadə etdiyi qazın dəyərini təşkil edən 507.30 manat, eləcə də 75.6 manat sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə dəymiş ziyan müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 443.1-ci öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il № 80 saylı Qərarının 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il № 80 saylı Qərarının 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, dövlət rüsumu olan 30 manat məbləğində dövlət rüsumunun və 0.40 qəpik xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ilkin iddia qismən təmin edilməli, Cavabdeh 507.30 manat qazdan istifadəyə görə borc, tutularaq İddiaçı İB-nə ödənilməli, qarşılıqlı iddia qismən təmin olunmalı, Cavabdeh sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə dəymiş ziyan 75.6 manat cavabdehdən tutularaq İddiaçı İB-nə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Cavabdeh 507.20 manat qazdan istifadəyə görə borc 30 manat məbləğində dövlət rüsumu və 0.40 qəpik xidmət haqqı olmaqla ümumilikdə 537.60 manat alınaraq İddiaçı İBnin xeyrinə ödənilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Cavabdeh sayğacdan kənar qaz xəttindən istifadəyə görə dəymiş ziyan olan 75.6 manat məbləğində pul tutularaq İddiaçı İB-nə ödənilsin. Qətnamənin icrası üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar