Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-235/2021 06.05.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh iştirakı ilə, İddiaçı debitor borcunun və dəymiş ziyanın ödənilməsi, eləcə də Cavabdeh cərimə borcunun və yeni quraşdırılmış sayğacların dəyərinin silinməsi barədə qarşılıqlı iddia tələblərinə dair mülki işə Göyçay şəhərində 06 may 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 787.60 manat borcun, 30 manat məbləğində dövlət rüsumunun və 0.40 qəpik xidmət haqqın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı qarşılıqlı iddia qaldıraraq İddiaçı tərəfindən hesablanmış 388.80 manat təbii qaz itkisinə görə borcun və 161 manat yeni sayğacların dəyərinin silinmişi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı nümayəndəsi X4 iddianı müdafiə edərək tələbini belə əsaslandırmışdır ki, 22.11.2018-ci il tarixində ’’İddiaçı” X2 RQll-nin Göyçay Xidmət Sahəsinin əməkdaşları Göyçay şəhəri, Vaqif küçəsi.ev 32 ünvanında yaşayan Cavabdeh məxsus yaşayış evinə quraşdırılmış məişət qaz sayğacını növbədənkənar dövlət yoxlamasına göndərmək məqsədi ilə açaraq götürmüşlər. Bununla bağlı 22.11.2018-ci il tarixli, ******* nömrəli akt tərtib edilmiş, həmin akta abonentin özü imza etmişdir. Evdən açılmış G4 markalı, ******* nömrəli qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilmiş, tərtib edilmiş akta əsasən sayğacın hesablama mexanizminin üzərində mənşəyi məlum olmayan plomb aşkar edilmiş, sayğac istismara yararsız hesab edilmişdir. Həmin Akta əsasən Cavabdeh mənzilində istifadə etdiyi qaz işlədici avadanlıqlar və onların parametrlərinə dair 30.11.2018-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə İddiaçı İB-nin Ağsu RQİİ-nə göndərilmişdir. Həmin akta əsasən Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində 30 noyabr 2018-ci il tarixində itirilmiş qazın bərpası üzrə akt tərtib Cavabdeh Göyçay XS-nin abonent bazasındakı **********800000 nömrəli abonent koduna 1728 m3 - 172.80 (yüz yetmiş iki) manat 80 qəpik məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Bundan başqa 16.06.2020-ci il tarixində ’’İddiaçı” X2 RQİİ- nin ünvan 2 ünvanında yaşayan Cavabdeh məxsus yaşayış evinə quraşdırılmış məişət qaz sayğacını növbədənkənar dövlət yoxlamasına göndərmək məqsədi ilə açaraq götürmüşlər. Bununla bağlı 16.06.2020-ci il tarixli, ******* nömrəli akt tərtib edilmiş, həmin akta abonentin özü imza etmişdir. Evdən açılmış G4 markalı, ******* nömrəli qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilmiş, tərtib edilmiş 30.06.2020-ci il tarixli, 29/1710-01985 nömrəli akta əsasən sayğacın hesablama mexanizminin üzərində mənşəyi məlum olmayan plomb aşkar edilmiş, sayğac istismara yararsız hesab edilmişdir. Həmin Akta əsasən Cavabdeh mənzilində istifadə etdiyi qaz işlədici avadanlıqlar və onların parametrlərinə dair 30.06.2020-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə İddiaçı İB-nin Ağsu RQİİ-nə göndərilmişdir. Həmin akta əsasən Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində 30 iyun 2020-ci il tarixində itirilmiş qazın bərpası üzrə akt tərtib Cavabdeh Göyçay XS-nin abonent bazasındakı **********800000 nömrəli abonent koduna 2160 m3 – 216 manat məbləğində itirilmiş qazın hesablanaraq vurulmuşdur. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddianı qismən qəbul edərək, qarşılıqlı iddianın azaldılması barədə ərizə təqdim edərək müdafiə edərək göstərmişdir ki, ünvan 3 ünvanda quraşdırılan təbii qaz sayğacı onun adına qeydə alınmışdır. Vaxtaşırı olaraq kommunal xidmətlərdən, həmçinin təbii qazdan istifadə edir. Yaşadığı fərdi yaşayış evinin təbii qaz sayğacı küçədə quraşdırılmış və xüsusi mühafizə örtüyü ilə təmin edilməmişdir. 30 noyabr 2018-ci il tarixdə Ağsu regional Qaz İstismar İdarəsinin Göyçay rayon Xidmət Sahəsinin əməkdaşlarının mənə məxsus olan sayğaca baxış keçirmələri və təbii qazdan istifadə qaydalarının pozulması ilə bağlı barəmdə ******* nömrəli akt tərtib olunmuşdur. Həmin aktda sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olunması qeydə alınmışdır. Baxış zamanı 1728 kub metr həcmində təbii qazın itirilməsi ilə əlaqədar mənə 172.80 manat, həmçinin qaz sayğacına müdaxilə ilə əlaqədar sayğacın dəyişdirilməsinə görə 93 manat məbləğində borc hesablanmışdır. Bununla yanaşı 30 iyun 2020-ci il tarixdə təkrarən Ağsu regional Qaz İstismar İdarəsinin Göyçay rayon Xidmət Sahəsinin əməkdaşlarının mənə məxsus olan sayğaca baxış keçirmələri və təbii qazdan istifadə qaydalarının pozulması ilə bağlı barəmdə ******* nömrəli akt tərtib edilmişdir. Həmin aktda isə baxış zamanı 2160 kub.metr həcmində təbii qazın itirilməsi ilə əlaqədar mənə 216 manat, həmçinin qaz sayğacına müdaxilə ilə əlaqədar sayğacın dəyişdirilməsinə görə 68 manat məbləğində borc hesablanmışdır. Hesab edir ki, yaşayış sahəsinə quraşdırılmış qaz sayğacının işlək vəziyyətdə saxlanmasına və mühafizəsinə görə cavabdehlik daşımır. Fərdi yaşayış evində istifadə etdiyi qazın dəyərini hissə-hissə İddiaçı İB-ə ödəyəcəkdir. Bundan başqa İddiaçı İB tərəfindən tərtib edilmiş 30.11.2018-ci il tarixli və 30.06.2020-ci il tarixli aktlardan məlumatı olmamışdır. Buna görə də iddianın istifadə etdiyi qazın dəyərinin ödənilməsi tələbinə dair hissədə təmin, qarşılıqlı iddianın isə tam təmin edilməsini xahiş etmişdir. İş üzrə tərəflərin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, ilkin iddia qismən, qarşılıqlı iddia isə təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 30.06.2020-ci il tarixli müqavilədən görünür ki, iddiaçı ilə Cavabdeh arasında qazdan istifadəyə dair müqavilə bağlanmışdır. Həmin müqavilənin tələblərinə əsasən, istehlakçı bu müqavilənin və qazdan istifadə qaydalarının tələblərinə əməl etməklə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini bank və ya poçt vasitəsi ilə tam ödəməlidir. Məhkəməyə təqdim edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı 30.11.2018-ci il tarixli aktın surətindən görünür ki, Cavabdeh yaşadığı Göyçay şəhəri Vaqif küçəsində yerləşən fərdi yaşayış evində sayğacın hesablama mexanizminin qoruyucu qapağınının üzərində mənşəyi məlum olmayan plomb aşkar olunmuşdur. Məhkəməyə təqdim edilmiş **********00000 saylı 16.02.2021-ci il tarixli Abonentin saldosundan görünür ki, Cavabdeh hesablanmış aktlar üzrə 2020-ci ilə İddiaçı İB-nə 388.80 manat, qazdan istifadəyə görə isə 787.60 borcu vardır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh 2021-ci ilin yanvar ayında qazdan istifadə etmişdir. Cavabdeh istifadə etdiyi qazın dəyərini təşkil edən 795.20 manat borcu iddiaçıya ödəməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların: 6.1. Qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: 6.1.1. istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; 6.1.2. təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; 6.1.3. istehlakçının qaz qurğusu Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; 6.1.4. qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; 6.1.5. qaz paylayıcısı ilə müvafiq müqavilə bağlanılmadıqda; 6.1.6. məhkəmənin qərarı ilə; Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı İB-i arasında təbii qazın istifadəsinə dair müqavilə bağlanmış, Cavabdeh həmin müqavilə əsasında yaşadığı Göyçay şəhəri Vaqif küçəsi ev 32-də qazdan istifadə etmiş, quraşdırılmış sayğac götürülərək yoxlamaya göndərilmiş, həmin vaxt qaz sayğacı yenisi ilə əvəz edilmiş və buna görə Cavabdeh 22.11.2018-ci il tarixdə və 16.06.2020-ci il tarixdə 68 manat və 93 manat məbləğində pul hesablanmışdır. Həmin aktlara əsasən 216 manat və 172.80 manat məbləğində itirilmiş qazın dəyəri ziyan kimi hesablanaraq Cavabdeh abonent koduna vurulmuşdur. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il № 80 saylı Qərarının 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh qazdan istifadəyə görə aylar üzrə İddiaçı İB-nə ödənilməmiş 787.60 manat alınaraq İddiaçı İB-nə verilməsinə dair hissədə iddia tələbi təmin edilməlidir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı İB-dən dəymiş zərərin əvəzinin ödənilməsini və yeni sayğacın quraşdırılması üçün pul tələb etməkdə haqlı deyildir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş digər sənədlərlə Cavabdeh yaşayış sahəsinə quraşdırılmış qaz sayğacının həyətindən kənarda quraşdırıldığı və heç bir müvafiq örtüklə örtülmədiyi müəyyən edilmişdir. Yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə Cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Hazırkı vəziyyətdə qaz sayğacının iddiaçının təqsirli hərəkətləri nəticəsində sayğacın hesablanma mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olunması müəyyən edilməmişdir. Eyni zamanda qaz sayğacının Cavabdeh təqsirli hərəkətləri nəticəsində sayğacın hesablanma mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olunması barədə heç bir mötəbər sübut müəyyən olunmamışdır. Sayğacda aşkar edilmiş qüsurların istehlakçının təqsirli hərəkətləri nəticəsində yarandığı müəyyən edilmədiyi halda, kifayət qədər əsas olmadan itirilmiş qazın bərpası üçün hesablanmış maddi ziyanın X1 tutulması, yeni qaz sayğacının Cavabdeh vəsaiti hesabına quraşdırılması qərara alınmışdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, dövlət rüsumu olan 30 manat məbləğində dövlət rüsumunun və 0.40 qəpik xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ilkin iddia qismən təmin edilməli, Cavabdeh 787.60 manat qazdan istifadəyə görə borc tutularaq İddiaçı İB-nə ödənilməli, qarşılıqlı iddia təmin olunmalı, İddiaçı İB tərəfindən Cavabdeh abonent koduna hesablanmış borc və yeni quraşdırılmış sayğacın dəyəri olan cəmi 388.80 manat məbləğində pul silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Cavabdeh 787.60 manat qazdan istifadəyə görə borc, 30 manat məbləğində dövlət rüsumu və 0.40 qəpik xidmət haqqı alınaraq İddiaçı İB-nin xeyrinə ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. İddiaçı İB tərəfindən Cavabdeh abonent koduna hesablanmış borc və yeni quraşdırılmış sayğacın dəyəri olan cəmi 388.80 manat məbləğində pul silinsin. Qətnamənin ilkin iddiaya dair hissədə icrası üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə, qarşılıqlı iddiaya dair hissədə isə Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-235/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-235/2021
06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver