Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-235/2022 11.03.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə və Cavabdeh1 iştirakı ilə, miras qalmış əmlakın qəbul edilməsinin müəyyən edilməsi və miras əmlaka dair vərəsəlik hüququnun tanınması tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən və mərhum atası X9 məxsus fərdi yaşayış evindən ibarət miras əmlakın tərəfindən qəbul edilməsinin müəyyən edilməsi və həmin miras əmlaka dair vərəsəlik hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, iddiaçının valideyinləri mərhum atas X11 anası (Nuriyeva) X5 ilə 13 aprel 1953-cü il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahından 15.04.1962-ci il tarixdə Asif, 16.07.1959-cu il tarixdə Rəfiqə, xx.xx.1964- cü il tarixdə Elxan, 07.07.1956-cı il tarixdə Nərminə və xx.xx.1966-cı il tarixdə Rəqiyə anadan olmuşdur. Mərhum atası X11 30.05.1983-cii il tarixdə “Xroniki Bronxid” xəstəliyindən vəfat etmişdir. Göyçay şəhəri Xəqani küçəsi 3 saylı ev mərhum atası X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystıiııdən çıxarış verilmişdir. X1 miras qalmış və ünvan 1 ünvanda yerləşən miras əmlakı sonuncu vəfat etdiyi tarixdən hazırki dövrə kimi faktiki olaraq iddiaçı qəbul edib, həmin əmlakı idarə edir. İddiaçı həmin əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün ərizə ilə Göyçay rayon Notariat Ofisinə müraciət etsə də, iddiaçının baıcısı Cavabdeh1 ilə sözügedən miras əmlakla bağlı ixtilaf olduğu üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Cavabdeh1, eləcə də, digər qanun üzrə vərəsələr mirası nə faktiki, nə də qanun üzrə qəbul etməmişlər. İddiaçının atası X6 dəfin və yas xərclərini, eləcə də, sonuncudan miras qalmış fərdi yaşayış evinə dair komunal xərcləri ödəməyinə, başqa sözlə desək əmlakı faktiki idarə etməyinə baxmayaraq, cavabdeh əsassız və qanunsuz olaraq miras əmlakdan pay tələb edir. Cavabdeh X3 miras qalmış əmlakı qanunla müəyyən olunmuş qaydada qəbul etməmişdir. Buna görə də iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh1 iddianı qəbul etməyərək göstərmişdir ki, atası X11 30.05.1983cü il tarixdə vəfat etmişdir. Atasının vəfatından sonra bir neçə il həmin evdə yaşamış, lakin sonradan ailə quraraq ər evinə gəlin köçmüşdür. Hesab edir ki, atasından miras qalmış həmin evdə onun da payı vardır. İş üzrə digər Cavabdeh2 məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək göstərmişdir ki, 30.05.1983-cü il tarixdə vəfat etmiş əri X3 miras qalmış ünvan 2 ünvanda yerləşən miras əmlakdan çatası payı qəbul etməmiş, faktiki olaraq idarə etməyə başlamamışdır. Buraxılmış müddətin bərpası üçün gələcəkdə məhkəmədə iddia qaldırmayacaq, mirasın bir hissəsindən imtinanın bütövlüklədə mirasdan imtina ilə eyni olması və imtina ərizəsinin geri götürülməsinin mümkün olmaması ona notarius tərəfindən izah edilmişdir. X10 məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək göstərmişdir ki, 30.05.1983-cü il tarixdə vəfat etmiş əri X3 miras qalmış ünvan 2 ünvanda yerləşən miras əmlakdan çatası payı qəbul etməmiş, faktiki olaraq idarə etməyə başlamamışdır. Buraxılmış müddətin bərpası üçün gələcəkdə məhkəmədə iddia qaldırmayacaq, mirasın bir hissəsindən imtinanın bütövlüklədə mirasdan imtina ilə eyni olması və imtina ərizəsinin geri götürülməsinin mümkün olmaması ona notarius tərəfindən izah edilmişdir. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məhkəmə baxışının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının nümayəndəsini və cavabdehi dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X7 13.04.1953-cü il tarixdə nikah bağlamışlar. Məhkəməyə təqdim edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X4 07.07.1956-cı il tarixdə, X8 16.07.1959-cu il tarixdə, İddiaçı 15.04.1962-ci il tarixdə, Cavabdeh2 xx.xx.1964- cü il tarixdə Elxan, Nərminə və xx.xx.1966-cı il tarixdə Rəqiyə Məhkəməyə təqdim edilmiş Ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X1130.05.1983-cü il tarixdə vəfat etmişdir. Məhkəməyə təqdim edilmiş Fərdi yaşayış evinin qeydiyyat vəsiqəsindən və texniki pasportundan görünür ki, ünvan 3 ünvanda yerləşən 2 otaqlı fərdi yaşayış evi 07.04.1989cu il tarixdə X2 adına dövlət qeydiyyatında alınmışdır. Məhkəməyə təqdim edilmiş Göyçay rayon Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış 30.08.2021-ci il tarixli 1155 nömrəli məktubdan görünür ki, 30.05.1983-cü il tarixdə vəfat etmiş X3 miras qalmış öyçay şəhəri Xaqani küçəsi 3 saylı ünvanda yerləşən fərdi yaşayış evinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı Cavabdeh1 ilə aralarında ixtilaflar vardır. Buna görə də məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, İddiaçı oğlu mərhum X1 miras qalmış ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evini mülkiyyətçinin vəfatından sonra sahiblik etməklə, həmin əmlakı faktiki idarə etməklə qəbul etmişdir. Azərbaycan Respublikası MM-nin 1159.1.-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.1.-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1159.5-ci maddəsinə əsasən beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə Notariat Kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı mərhum X1 miras qalmış ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evini miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə tələbi qanuni olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı mərhum X1 miras qalmış ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə tələbi təmin edilsin. Bu qətnamə mərhum X6 mülkiyyəti kimi qeydə alınmış ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı adına dövlət qeydiyyatına alınması üçün əsasdır. Qətnamənin icrası DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinə və Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildikdən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: İbrahim Fəttahov.
Məhkəmə qərarları › İş №2(046)-235/2022
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-235/2022
11.03.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver