Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-2441/2024 06.12.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, İddiaçı cavabdeh Göyçay rayon İcra Hakimiyyətinə qarşı pay torpağının verilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona çatası təyin olunan pay torpağın uyğun normaya çatdırılıb mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, 17 aprel 1998-ci il tarixli 35 nömrəli qərar ilə Göyçay rayonu Aqrar İslahat Komissiyası tərəfindən 0,41 ha torpaq sahəsini mülkiyyətinə verilməsi göstərilmişdir. Lakin verilən torpaq sahəsi pay normasından az olduğundan bu barədə icra hakimiyyətindən və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri public hüquqi şəxsindən araşdırma tələb etmişdir. Həmin müraciəti əsasında mülkiyyətinə verilən torpaq sahəsinin pay normasından az olduğu təsdiqlənmişdir. Həmçinin, yuxarıda qeyd edilən orqanlara müraciət etməzdən əvvəl bələdiyyə qurumundan qeyd edilmiş 41 ha torpaq sahəsini tələb etmiş, cavab olaraq isə icarə torpaq sahəsinin verilə biləcəklərini bildirmişlər. Lakin sonradan icarə torpağını verə bilməyəcəklərini, həmin torpaqların əsası olmayan bir şəkildə şəhid ailəsinə veriləcəyini bildirmişlər. Məhkəmə aşağıdakı göstərilənlərə əsasən hesab edir ki, mülki iş mülki mühakimə icraatı qaydasında Göyçay rayon Məhkəməsində baxılmalı deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: Həmin Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2-ci maddəsinə əsasən hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. Göründüyü kimi Göyçay rayon İcra Hakimiyyəti inzibati orqandır. İnzibati orqanın hərəkət və ya hərəkətsizliyindən ərizə ilə inzibati məhkəməyə müraciət edilə bilər. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından ərizənin icraata qəbulundan imtina edilməlidir. İddiaçıya hazırki iddia ilə bağlı İnzibati-İqtisadi məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 268ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: İddiaçı cavabdeh Göyçay rayon İcra Hakimiyyətinə qarşı pay torpağının verilməsi tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbulundan imtina edilsin. İddiaçı hazırki iddia üzrə Şəki İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan verildiyi gündən 10 gün müddətinə Göyçay rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-2441/2024
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-2441/2024
06.12.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver