Məhkəmə qərarları › İş №2(046)-246/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-246/2022

14.02.2022 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-246/2022 14.02.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, ölüm faktının qeydə alınması tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək əri X2 ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək göstərmişdir ki, 09 oktyabr 1991-ci il tarixdə X3 ilə rəsmi nikaha daxil olmaqla ailə qumuş, iki uşaqları anadan olmuşdur. X3 1996-cı ilin mart ayının 5-də işləmək üçün Belarusiya Respublikasının Vileysk şəhərinə getmiş, lakin həmin ilin mart ayının 18-də onunla bütün əlaqələri kəsildiyindən onun axtarışı ilə əlaqədar aidiyatı olan hüquq mühafizə orqanlarına müraciət etmiş, axtarış nəticə vermədiyindən onun itkin düşmüş kimi sayılması üçün Göyçay rayon Məhkəməsində tərəfimdən iddia qaldırmış, məhkəmənin 1999-cu il tarixli qətnaməsi ilə X3 itkin düşmüş elan edilmişdir. Hazırda vərəsəliyin açılması üçün notariat kontoruna müraciə etdikdə X2 ölümü qeydə alınmadığından notariat əməliyyatını həyata keçirə bilmir. Maraqlı tərəf Maraqlı şəxsnə müraciət etsəm də Qeydiyyat X1 ölüm haqqında akt qeydini yalnız məhkəmənin çıxardığı qətnamə ilə aparılmasını mümkün olduğunu bildirib mənə məhkəməyə müraviət etməyimi tövsiyyə etmişdir. Buna görə də ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə maraqlı tərəf Maraqlı şəxsnə məhkəmənin yeri və vaxtı barədə məlumat verilmiş, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahıtını dinləyən və iş üzrə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə Ərizəçi 09 oktyabr 1991-ci il tarixdə nikah bağlamışlar. Məhkəməyə təqdim edilmiş Göyçay rayon Məhkəməsinin 13.09.1999-cu il tarixli il tarixli qətnaməsinin surətindən görünür ki, 23.01.1968-ci il tarixdə Göyçay rayonu Çaxırlı kəndində anadan olmuş X3 16.03.1996-cı il tarixdə Belarusiya Respublikasının Vileysk şəhərində xəbərsiz itkin düşmüş elan edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, Göyçay rayon Məhkəməsinin 13.09.1999-cu il tarixli qətnaməsinə əsasən X5 16.03.1996-cı il tarixdə Belarusiya Respublikasının Vileysk şəhərində xəbərsiz itkin düşmüş elan edilmiş və həmin vaxtdan keçən müddət ərzində onun sağ olması barədə heç bir məlumatın olmadığını, təqdim edilmiş sübutların mötəbərliyini əsas götürən məhkəmə, X2 həlak olmasının güman edildiyi günün 16.03.1996-cı il tarix kimi qeyd edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Həmin Məcəllənin 41.4. maddəsinə əsasən Bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən oluna bilər. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi əri 23.01.1968-ci il tarixdə anadan olmuş X2 ölmüş elan edilməsi barədə ərizəsi təmin edilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 23.01.1968-ci il tarixdə Göyçay rayonu Çaxırlı kəndində anadan olmuş X3 16.03.1996-cı il tarixdə Belarusiya Respublikasının Vileysk şəhərində ölmüş elan edilsin. X2 ölüm günü 16.03.1996-cı il tarix hesab edilsin. Bu qətnamə X2 ölümünün qeydə alınması üçün əsasdır. Qətnamənin icrası Göyçay rayonu Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar