Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-247/2021 05.03.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pulun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 360 manat pulun və 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı MMC tələbini belə əsaslandırmışdır ki, İddiaçı MMC-nin MKT-Ucar filialı tərəfindən cavabdehə avans olaraq 2017-ci il pambıq mövsümümdə pambıq əkilməsi məqsədilə xx.xx.2017-ci il tarixli akta əsasən 360 manat nağd vəsait verilmişdir. Cavabdeh avansın dəyərini tədarük mövsümündə xam-pambıq verməklə əvəzləşdirəcəyini öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozmuş, xam-pambıq tədarükünü etməmişdir. Buna görə də iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçıya məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin iddiaçının nümayəndəsi məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçı özünə məxsus texniki ilə 12 ha torpaq sahəsində şumlama işləri aparmış və bu barədə akt tərtib etmişdir. İddiaçı MMC-nin ona qarşı akt üzrə ümumilikdə 360 manat borcun qaytarılması tələbi üzrə müddət bitdiyindən, tələbin rədd edilməsini xahiş etmişdir. İş üzrə cavabdehin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2017-ci il tarixli aktdan görünür ki, İddiaçı» MMC tərəfindən Cavabdeh 360 manat məbləğində avans xidmətlər göstərilmişdir. Məhkəmə baxışı zamanı iddiaçı ilə cavabdeh arasında pambıq əkilib-becərilməsi ilə bağlı müqavilə olduğu müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Pambıq yığımı mövsümü üçün xx.xx.2017-ci il tarixdə cavabdehə 360 manat dəyərində xidmət göstərilmiş və həmin vaxtdan 3 ildən çox müddət keçdiyi əsas götürülməli, iddia tələbi üzrə qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti buraxılmış hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İddiaçı xx.xx.2020-ci il tarixdə iddia ərizəsini tərtib etmiş, həmin ərizə xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Göründüyü kimi iddiaçı tərəfindən üç illik iddia müddəti buraxılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2.-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376.-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməli, iddiaçı İddiaçı MMC-nin Cavabdeh 360 manat borcun və 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə tələbi təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilməsin. İddiaçı MMC-nin Cavabdeh 360 manat pulun və 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-247/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-247/2021
05.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver