Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-2486/2024 09.12.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay rayon Məhkəməsinin hakimi Fəttahov İbrahim Bağır oğlu iddiaçı "xxxx" LTD MMC-nin Cavabdeh qarşı ziyan tələbinə dair iddia ərizəsinin və əlavə edilmiş sənədlərin məhkəmə icraatına qəbul məsələsinə baxaraq müəyyən etdim: İddiaçı "xxxx" LTD MMC-nin Cavabdeh qarşı ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh maddi ziyanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçı "xxxx" LTD MMC tərəfindən təqdim edilmiş iddia ərizəsindən görünür ki, iddia ərizəsi İddiaçı "xxxx" LTD MMC-nin nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən imzlanmışdır. İddia ərizəsinə Nümayəndə aid etibarnamənin əlavə edilməsinə baxmayaraq, vəkil orderi əlavə edilməmişdir. Bundan başqa İddiaçı "xxxx" LTD MMC-nin nizamnaməsi, hüquqi şəxs qismində dövlət qeydiyyatına alınmasına dair çıxarışı və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi iddia ərizəsinə əlavə edilməmişdir. Təqdim edilmiş ərizə İddiaçı "xxxx" LTD MMC-nin aparıcı hüquqşünası Mirumud Seyidov tərəfindən imzalanmış, lakin ərizəyə ərizəni imzalamaq səlahiyyətini təsdiq edən etibarnamə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 150.1-ci maddəsinə əsasən İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: Həmin Məcəllənin 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd; Həmin Məcəllənin 150.1.3-cü maddəsinə əsasən iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla); Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçı "xxxx" LTD MMC-yə göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdim: İddiaçı "xxxx" LTD MMC-nin Cavabdeh qarşı ziyan tələbinə mülki iş və əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı "xxxx" LTD MMC-yə göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-2486/2024
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-2486/2024
09.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver