Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-2597/2025 19.11.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən Göyçay Rayon Məhkəməsinin hakimi Fəttahov İbrahim Bağır oğlu, iddiaçı Göyçay Rayon Ləkçıplaq Bələdiyyəsinin Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Göyçay Rayon Ləkçıplaq Bələdiyyəsi məhkəməyə iddia ərizəsi ilə müraciət mülkiyyətində olan torpaq sahəsindən Cavabdeh tutulan alimentin artırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Aşağıdakı əsaslara görə ərizə geri qaytarılmalıdır. İddiaçı Göyçay Rayon Ləkçıplaq Bələdiyyəsi məhkəməyə təqdim etdiyi iddia ərizəsinə mülkiyyətində olan torpaq sahəsini təsdiq edən sənədləri əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 149-cu, 152-ci maddələrini rəhbər tutaraq qərar verdi : İddiaçı Göyçay Rayon Ləkçıplaq Bələdiyyəsinin Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-2597/2025
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-2597/2025
19.11.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver