Məhkəmə qərarları › İş №2(046)-265/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-265/2025

21.02.2025 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-265/2025 21.02.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, şəxsin ölmüş elan edilməsi barədə mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək 30 iyun 2014-cü il tarixdə Azərbaycan Respublikasını tərk edərək Suriya Ərəb Respublikası və İraq Respublikasının ərazisində fəaliyyət göstərən “İŞİD" və “Cəbrət ən-Nüsra” adlı cinayət birliklərin tərkibində döyüşərkən itkin düşmüş qardaşı Maraqlı şəxs2 ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmədə ərizəsini müdafiə edən Ərizəçi tələbini belə əsaslandırmışdır ki, qardaşı Maraqlı şəxs2 30 iyun 2014-cü il tarixdə atası X4 və digər ailə üzvləri ilə birlikdə Azərbaycan Respublikası ərazisini tərk edərək Suriya Ərəb Respublikası və İraq Respublikasının ərazisində fəaliyyət göstərən “İŞİD” və “Cəbrət ən-Nüsra” adlı cinayət birliklərə qoşulmuş, terrorçuluğa hazırlıq hərəkətləri etmişdir. Bu hal Dövlət Təhlükəzilik Xidməti tərəfindən müəyyən edilmiş və Dövlət Miqrasiya Xidməti məhkəməyə müraciət edərək qardaşının və atasının Azərbaycan Respublikasının vətəndaşlığının itirilmiş hesab edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 28 iyul 2017-ci il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin ərizəsi təmin edilmiş, qardaşı Maraqlı şəxs2 Azərbaycan Respublikasının vətəndaşlığı itirilmiş hesab edilmişdir. 30 iyun 2014-cü il tarixdən sonra qardaşı Maraqlı şəxs2 haqqında heç bir məlumat yoxdur. Buna görə də tələbinin təmin edilməsin xahiş etmişdir. İş üzrə maraqlı tərəf Göyçay rayonu Qeydiyyat Şöbəsinə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin maraqlı tərəfin nümayəndəsi üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə maraqlı tərəf Göyçay rayonu Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ərizəçini dinləyən, iş üzrə təqdim edilmiş sübutlara qiymət verən məhkəmə hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş doğum haqqında şəhadətnamənin surətindən və çıxarışdan görünür ki, Ərizəçi xx.xx.1981-ci il tarixdə, Maraqlı şəxs2 isə xx.xx.1982-ci il tarixdə anadan olmuşdur. X1, anaları X2r. Məhkəməyə təqdim edilmiş Maraqlı şəxs1 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, Maraqlı şəxs1 akt qeydləri arxivində xx.xx.2017- ci il tarixdən xx.xx.2024-cü il üzrə yoxlama aparılarkən, Maraqlı şəxs2 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmadı. Təqdim edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(046)-12192/2017 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.1982-ci il tarixdə Göyçay şəhərində anadan olmuş Maraqlı şəxs2 Azərbaycan Respublikasının vətandaşlığı itirilmiş hesab edilmişdir. Təqdim edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(046)-16776/2017 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.1958-ci il tarixdə Göyçay şəhərində anadan olmuş X3 Azərbaycan Respublikasının vətandaşlığı itirilmiş hesab edilmişdir. Göyçay RPŞ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.1982-ci il tarixdə Göyçay şəhərində anadan olmuş Maraqlı şəxs2 barəsində Göyçay RPŞ-də hər hansı müraciət daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.2.-ci maddəsinə əsasən hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3.-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Həmin Məcəllənin 41.4.-ci maddəsinə əsasən bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Maraqlı şəxs2 xx.xx.2014-cü il tarixdə itkin düşməsini və həmin vaxtdan keçən müddət ərzində onun sağ olması barədə heç bir məlumat olmamasını, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(046)-12192/2017 saylı qətnaməsinə əsasən Azərbaycan Respublikasının vətandaşlığı itirilmiş hesab edilməsinə dair təqdim edilmiş sübutların mötəbərliyini əsas götürən məhkəmə, Maraqlı şəxs2 həlak olmasının güman edildiyi günün qətnamə qüvvəyə mindiyi gün kimi qeyd edilməsini qanuna uyğun hesab edir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Ərizəçinın xx.xx.1982-ci il tarixdə anadan olmuş qardaşı Maraqlı şəxs2 ölmüş elan edilməsi barədə ərizəsi təmin edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 214, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1982-ci il tarixdə Göyçay şəhərində anadan olmuş Maraqlı şəxs2 ölmüş elan edilsin. Maraqlı şəxs2 ölüm günü qətnamə qüvvəyə mindiyi gün hesab edilsin. Bu qətnamə Maraqlı şəxs2 ölüm gününün qeydə alınması üçün əsasdır. Qətnamənin icrası Maraqlı şəxs1nə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar