Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-266/2021 02.03.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Göyçay şəhərində xx xxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə müraciət edərək, Göyçay rayonu X4 xx.xx.1998-ci il tarixli 45 nömrəli qərarı əsasında tərtib edilmiş AN-102795 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin “Ərizəçi” qızına məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək göstərmişdir ki, Göyçay rayonu Cırqurd kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququmun dövlət qeydiyyatına alınması məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X7 müraciət etmiş, müraciəti araşdırılaraq xx xxxxxxxx 2020-ci il tarixli **********93 saylı məktubla mülkiyyət hüququnu dövlət reyestrində qeydiyyata almaqda imtina etmişdir. İmtinanın əsası kimi Göyçay Rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı əsasında tərtib edilmiş AN-102795 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində soyadının “Hüseynova” əvəzinə “Həsrətova” yazılması göstərilmişdir. Mülkiyyətində olan torpaq sahəsinə dair tərtib edilmiş plan və ölçü sənədində soyadının “Həsrətova” yazılmasının səbəbini araşdırdıqda məlum olmuşdur ki, islahat zamanı mülkiyyətçilər barədə qeydiyyat aparan şəxslər səhvən anasının daşıdığı soyadı, yəni “Həsrətova” yazmış və nəticədə mülkiyyət hüququnun dövlət qeydiyyatına aldırmaqda çətinlik yaratmışdır. Soyadının “Hüseynova” olmasının təsdiqi vasitəsi kimi doğum akt qeydindən çıxarış əldə etmək üçün Göyçay rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin Qeydiyyat şöbəsində doğum akt qeydi tapılmamışdır. Buna görə də ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə maraqlı şəxs Dövlət Reyestri Xidmətinin 16 saylı X7 məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi məhkəmə baxışında iştirak etməmişdir. İş üzrə ərizəçini dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Göyçay rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş imtina məktubundan görünür ki, Göyçay rayon Qeydiyyat şöbəsinin arxivində Ərizəçi doğum aktı aşkar olunmamışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.1992-ci il tarixli nikah haqqında şəhadətnamənin surıətindən görünür ki, doğum tarixi 1950-ci il kimi qeyd edilmiş, Göyçay rayonunun Cırqurd kəndində anadan olmuş Hüseynova X1 Qiyas Mikayıl oğlu nikah bağlamışlar. Nikahdan sonra soyadı Hüseynova Kimi qeyd edilmişdir. E-Məhkəmə sistemindən və Ş/V məlumatlarından görünür ki, Ərizəçi XX.XX.1950c il tarixdə Göyçay rayonunun Cırqurd kəndində anadan olmuş, yaşayış yeri Göyçay rayon Bığır kəndidir. Məhkəməyə təqdim edilmiş AN-102795 saylı torpaq sahəsinin planı və ölçüsünü əks etdirən kadastr planından görünür ki, Göyçay rayon X4 xx.xx.1998-ci il tarixli qərarı ilə mülkiyyətə verilmiş Göyçay rayonu Cırqurd kəndində yerləşən 2500.01 kv.m həyətyanı torpaq sahəsi X2 mülkiyyətinə verilmişdir. Məhkəməyə təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi idarəsin tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə verilmiş məktubdan görünür ki, Göyçay rayon X4 xx.xx.1998-ci il tarixli qərarı əsasında tərtib edilmiş AN-102795 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində Ərizəçi soyadı “Həsrətova” kimi yazıldığından Ərizəçi qeydiyyatla bağlı ərizəsindən imtina edilmişdir. Azərbaycan Respublikası MPM-nin 350.2.11-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, digər hüquqi əhəmiyyəti olan faktları da müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, Göyçay rayonu X4 xx.xx.1998-ci il tarixli 45 nömrəli qərarı əsasında tərtib edilmiş AN-102795 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin “Ərizəçi” qızına məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 350.2.5, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ Ərizə təmin edilsin. Göyçay Göyçay rayonu X4 xx.xx.1998-ci il tarixli 45 nömrəli qərarı əsasında tərtib edilmiş AN-102795 saylı torpaq sahəsinin planı və ölçüsünü əks etdirən kadastr planının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-266/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-266/2021
02.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver