Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-277/2024 18.01.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, qohumluq faktının müəyyən edilməsinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2002-ci il tarixdə vəfat etmiş X13 ata babası olması faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək tələbini belə əsaslandırmışdır ki, xx.xx.1989-cu il tarixdə Göyçay şəhərində anadan olmuşdur. X6 xx.xx.1959-cu il tarixdə Göyçay rayon Şəhadət kəndində, anası X14 isə xx.xx.1966-cı il tarixdə Göyçay rayon Şəhadət kəndində anadan olmuşdur. X16 ilə anası X14 xx.xx.1988-ci il tarixdə nikah bağlamışlar. Nikah bağladıqdan sonra hazırda yaşadığı Göyçay şəhəri Bakı küçəsi dalan 4 ev 4-də yaşamışlar. X6 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Atasının vəfatından sonra da həmin evdə yaşamışlar. Qeyd edilən torpaq sahəsi və fərdi yaşayış evi mərhum babası X9 miras qalmışdır. Həmin torpaq sahəsinə dair vərəsəlik haqqında şəhadətnamə almaq istəyərkən məlum olmuşdur ki, X3 doğum akt qeydində ata qrafası boş qalmışdır. Buna səbəb isə mərhum babası X21 ilə mərhum nənəsi X11 xx.xx.1961-ci il tarixdə rəsmi nikaha daxil olmaqları, atasının isə onların faktiki nikah dövründə, yəni xx.xx.1959-cu il tarixdə anadan olmağı atalığın müəyyən edilmədiyi olmuşdur. Bildirir ki, babası X21 xx.xx.2002-ci il tarixdə, nənəsi X17 isə xx.xx.2021-ci il tarixdə vəfat etmişlər. Atası, nənəsi və babası vəfat etdiyi üçün atalığın müəyyən edilməsi və ya doğumun müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilməsi imkanı məhdudlaşdırılmışdır. Bu hal isə mərhum babasından ona və digər ailə üzvlərinə miras qalmış əmlakı qəbul etməyi imkanını məhdudlaşdırmışdır. Mərhum atasının digər yaxın qohumları, bibiləri X18, X19 və əmisi X22 ilə aralarında hüquqa dair mübahisələri yoxdur. Bundan başqa bildirir ki, mərhum babası ilə nənəsinin nikah haqqında şəhadətnamələrində, fərdi yaşayış evinə dair texniki passportda, bibilərinin və əmisinin doğum haqqında şəhadətnamələrində babasının adı “Valik” kimi, ölüm haqqında şəhadətnamədə isə “Valeh” kimi qeyd edilmişdir. Yuxarıda göstərdiyi səbəblərdən hüquqi əhəmiyyəti olan qohumluq münasibətində olma faktının müəyyən edilməsi üçün hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Buna görə də ərizənin təmin edilməsini xahiş etmişdir. İş üzrə şahid qismində izahat vermiş X22 göstərmişdir ki, Ərizəçi onun qardaşı qızıdır. X4 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Qardaşının doğum akt qeydində mərhum atası X13 adı qeyd edilməmişdir. İş üzrə ərizəçini dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş X8 surətindən görünür ki, X21 ilə X17 xx.xx.1961-ci il tarixdə nikah bağlamışlar. Məhkəməyə təqdim edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X23 xx.xx.1959-cu il tarixdə, X19 xx.xx.1963-cü il tarixdə və X18 xx.xx.1961-ci il tarixdə anadan olmuşdur. X5r. (Ata qrafası boşdur.) Məhkəməyə təqdim edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X25 xx.xx.1965-ci il tarixdə, X19 xx.xx.1963-cü il tarixdə və X18 xx.xx.1961-ci il tarixdə anadan olmuşlar. X2r. X1r. Məhkəməyə təqdim edilmiş X8 surətindən görünür ki, X16 ilə X14 xx.xx.1988-ci il tarixdə nikah bağlamışlar. Məhkəməyə təqdim edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1989-cu il tarixdə anadan olmuşdur. X6, anası X7r. Məhkəməyə təqdim edilmiş ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X24 xx.xx.2002-ci il tarixdə, X17 xx.xx.2021-ci il tarixdə, X20 xx.xx.2011-ci il tarixdə vəfat etmişlər. Məhkəməyə təqdim edilmiş fərdi yaşayıış evinə dair qeydiyyat vəsiqəqsindən görünür ki, Göyçay şəhəri Bakı küçəsi dalan 4, 4 saylı fərdi yaşayış evi və torpaq sahəsi X13 adına qeydiyyatdadır. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki,xx.xx.1959-cu ildə anadan olmuş X10 doğumu xx.xx.1959-cu ildə 157 saylı akt qeydi ilə Göyçay rayon Potu kənd icra nümayəndəliyi tərəfindən ərizəyə əsasən qeydə alınaraq l-İE № 741713 saylı doğum haqqında şəhadətnamə verilmişdir. Həmin doğum haqqında akt qeydində X10 atası kimi Valik göstərilmişdir. Doğum haqqında akt qeydində ata haqqında məlumatlar qrafasında X21 qeyd edilməsi üçün Göyçay rayon Qeydiyyyat şöbəsinə əsaslı sübutlar təqdim edilməlidir. Belə ki, Baba və Nənə xx.xx.1961- ci il tarixdən rəsmi nikahdadırlar. Təqdim edilmiş sübutlardan görünür ki, mərhum X21 Ərizəçi ata babasıdır. Ərizəçi mərhum X3 doğum haqqında akt qeydində ata qrafasının boş olduduğundan X13 Ərizəçi ata babası olmasını təsdiq edən sənədi başqa qaydada əldə edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1: şəxslərin qohumluq münasibətlərinin faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.2002-ci il tarixdə Göyçay şəhərində vəfat etmiş Məmmədov (Saleh) Valik Salik oğlu Ərizəçi ata babası olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-277/2024
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-277/2024
18.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver