Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-288/2023 02.03.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı nümayəndəsi (atası) Nümayəndə və Cavabdeh iştirakı ilə, ziyan tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 28 mart 2022-ci il tarixli podrat müqaviləsi üzrə ödənilmiş 10000 manat məbləğində pulun, podrat müqaviləsi üçün ödədiyi 115 manat pulun, xx.xx.2022-ci il tarixdə hazırkı vaxta kimi kirayə haqqı üzrə ödədiyi hər ay 300 manat olmaqla cəmi 1500 manat pulun, müqavilə şərtlərinin pozulması səbəbindən ona dəymiş maddi ziyanın əvəzi kimi 2000 manat, mənəvi ziyanın əvəzi kimi 3000 manat pulun və dövlət rüsumu kimi ödədiyi 139,84 manat pulun, cəmi 16754,84 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, mülki işə məhkəmədə baxılan zaman Cavabdeh ona 5000 manat pul ödəmişdir. İş üzrə məhkəmədə İddiaçı nümayəndəsi (atası) Nümayəndə iddianı müdafiə edərək tələbi belə əsaslandırmişdır ki, Cavabdeh ilə 28 mart 2022-ci il tarixdə podrat müqaviləsi bağlamış, həmin müqaviləyə əsasən Cavabdeh öz materiallarından istifadə etməklə Abşeron rayonu Masazır qəsəbəsi ünvanında 100 kv.m torpaq sahəsində inşa edilən 3.00 metr daxili hündürlüyü, daxili və xarici divarlar mişar daşı, özülü beton, dam örtüyü şifer, döşəmə taxta, giriş qapı dəmir seyf qapı, pəncərələr (pvc), sanitar qovşağı kafel metlax, ümumi sahəsi 63 kv.m olan 1 mərtəbəli 5 daş kürsülü, 2 otaqdan, mətbəxdən, dəhlizdən ibarət fərdi yaşayış evini tikib yaşayış üçün hazır vəziyətdə təhvil verməyi öhdəsinə götürmüş, müqaviləyə əsasən həmin fərdi yaşayış evini qəbul edərək müqavilə üzrə müəyyən edilmiş məbləği ödəməyi isə o, öhdəsinə götürmüşəm. Həmin müqavilə üzrə cavabdeh tərəfindən icra olunan işin ümumi məbləği muzd da daxil olmaqla 40000 manat təşkil etmişdir. Həmin məbləğin 10000 manatını müqavilə bağlandığı gün notariusun depozit hesabı vasitəsilə Cavabdeh ödəmiş, qalan 30000 manat pul vəsaitindən 8000 manatını dam örtüyü vurulan vaxt, 5000 manat təmir gedən zaman, 17000 manatı isə hər ay 600 manat ödəmək şərti ilə 28 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2022-ci il tarixədək yaşayış evini hazır edərək təhvil verəcəyini öhdəsinə götürmüşdür. Həmin müqavilənin bağlanması üçün tərəfindən ödənilmiş 10000 manatdan əlavə 115 manat da rüsum ödənilmişdir, (müqavilənin 5.1-ci bəndinə əsasən). Lakin cavabdeh müqavilədə nəzərdə tutulmuş vəzifəsini icra etməmiş, xx.xx.2022-ci il tarixədək tikilib başa çatması nəzərdə tutulan evin tikinti işlərini başa çatdırmamışdır. Hətta keçən müddətdə cəmi 4-5 daş hündürlüyündə (təxminən 1 metr) tikinti işləri aparılmış və evin tikintisi 2022-ci ilin aprel ayından dayandırılmışdır. Dəfələrlə cavabdehə müraciət edərək tikintini başa çatdırmağı və yaşamağa yerinin olmadığını bildirsə də cavabdeh işi yekunlaşdırmaqdan yayınmış, hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Ondan ödədiyi pulu qaytarmağını tələb etsə də cavabdeh pulu qaytarmaqdan imtina etmişdir. Məhkəməyə müraciət edərək əlavə xərcə düşməmək üçün pulu məhkəmədən kənar geri qaytarılmasına çalışsa da cavabdeh pulun qaytarılması üçün cəhd etməmişdir. Cavadehin bu hərəkətləri ona çox pis təsir etmiş və maddi ziyandan əlavə mənəvi ziyan da çəkmişdir. Həmçinin Bakı şəhərində yaşasa da Göyçay rayon məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Bu da onun üçün əlavə vaxt və maddi ziyan itkisidir. Cavabdehin təqsiri üzündən ona həm maddi və həm də mənəvi ziyan dəymişdir. Belə ki, cavabdehlə müqavilə bağlayarkən evin tikintisini xx.xx.2022-ci ildə başa çatdırması nəzərdə tutulsa da həmin vaxta evi tikib təhvil verməmiş və yaşamağa başqa yaşayış yeri olmadığına görə həmin vaxtdan indiyə kimi hər ay 300 manat öəməklə kirayəydə qalmağa məcbur olmuşdur. Bundan başqa cavabdeh onunla bağlanmış müqaviləsi üzrə evi təhvil verməməsi səbəbindən, eləcə də aldığı pulun geri qaytarılması üçün narahatlıq, əsəb keçirmiş və dəfələrlə həkimə müraciət etmək məcburiyyətində qalmışdır. Cavavdehə ödədiyi puldan əlavə əsəsbləri də korlanmışdır. Yaşamağa evinin olmadığı üçün kirayə ev axtarmışdır. Bu səbəbdən də ailəsində narahatçılıq yaranmasına səbəb olmuş, bir evdən digər evə köçməklə onun əlavə maddi ziyana düşməyi ilə nəticələnmişdir. Cavabdehin evin tikintisinin başa catdırmaması nəticəsində meydana çıxan çətinliklər ağır vəziyyətə salmışdır. Odur ki, ona dəymiş maddi zərəri 2000 manat və mənəvi zərəri 3000 manat kimi qiymətləndiririr. Buna görə də iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qismən qəbul edərək göstərmişdir ki, iddiaçı ilə podrat müqaviləsi bağlamış, lakin işin yekunlaşdırmamışdır. Məhkəmə prosesləri zamanı iddiaçıya olan borcundan 5.000 manat qaytarmışdır. Qalan 5.000 manatını tezliklə qaytaracaqdır. Lakin iddianın mənəvi və maddi ziyan hissəsində qəbul etmir. İş üzrə tərəflərin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli notarial qaydada bağlanmış podrat müqaviləsindən görünür ki, Cavabdeh öz materiallarından istifadə etməklə Abşeron rayonu Masazır qəsəbəsi ünvanında 100 kv.m torpaq sahəsində inşa edilən 3.00 metr daxili hündürlüyü, daxili və xarici divarlar mişar daşı, özülü beton, dam örtüyü şifer, döşəmə taxta, giriş qapı dəmir seyf qapı, pəncərələr (pvc), sanitar qovşağı kafel metlax, ümumi sahəsi 63 kv.m olan 1 mərtəbəli 5 daş kürsülü, 2 otaqdan, mətbəxdən, dəhlizdən ibarət fərdi yaşayış evini tikib yaşayış üçün hazır vəziyətdə təhvil verməyi öhdəsinə götürmüş, İddiaçı müqaviləyə əsasən həmin fərdi yaşayış evini qəbul edərək müqavilə üzrə müəyyən edilmiş məbləği ödəməyi öhdəsinə götürmüşəm. Həmin müqavilə üzrə Cavabdeh tərəfindən icra olunan işin ümumi məbləği muzd da daxil olmaqla 40000 manat təşkil etmişdir. İddiaçı məbləğin 10000 manatını müqavilə bağlandığı gün notariusun depozit hesabı vasitəsilə Cavabdeh ödəməli, qalan 30000 manat pul vəsaitindən 8000 manatını dam örtüyü vurulan vaxt, 5000 manat təmir gedən zaman, 17000 manatı isə hər ay 600 manat ödəmək şərti ilə 28 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 5.1-ci maddəsinə əsasən 115 manat xidmət haqqı İddiaçı tərəfindən ödənilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli 05 nömrəli qəbzdən görünür ki, 10.000 manat məbləğində pul İddiaçı tərəfindən notariusun depozit hesabına ödənilmişdir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə notarial qaydada podrat müqaviləsi bağlanmış, Cavabdeh Abşeron rayonu Masazır qəsəbəsi ünvanında 100 kv.m torpaq sahəsində inşa edilən 3.00 metr daxili hündürlüyü, daxili və xarici divarlar mişar daşı, özülü beton, dam örtüyü şifer, döşəmə taxta, giriş qapı dəmir seyf qapı, pəncərələr (pvc), sanitar qovşağı kafel metlax, ümumi sahəsi 63 kv.m olan 1 mərtəbəli 5 daş kürsülü, 2 otaqdan, mətbəxdən, dəhlizdən ibarət fərdi yaşayış evini tikib yaşayış üçün hazır vəziyətdə İddiaçı təhvil verməyi öhdəsinə götürmüş, Cavabdeh tərəfindən icra olunan işin ümumi məbləği muzd da daxil olmaqla 40000 manat təşkil etmişdir. İddiaçı məbləğin 10000 manatını müqavilə bağlandığı gün notariusun depozit hesabı vasitəsilə Cavabdeh ödəmiş, qalan 30000 manat pul vəsaitindən 8000 manatını dam örtüyü vurulan vaxt, 5000 manat təmir gedən zaman, 17000 manatı isə hər ay 600 manat ödəmək şərti ilə 28 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü vəzifələri icra etməmiş, keçən müddət ərzində İddiaçı məxsus fərdi yaşayış evini inşa edərək təhvil verməmişdir. Eləcə də məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra, cavabdeh tərəfindən ona 10.000 manat puldan, 5.000 manatını qaytarmışdır. Məhkəmə baxışı zamanı İddiaçı kirayə haqqı üzrə ödədiyim hər ay 300 manat olmaqla cəmi 1500 manat pulun, müqavilə şərtlərinin pozulması səbəbindən ona dəymiş maddi ziyanın əvəzi kimi 2000 manat, mənəvi ziyanın əvəzi kimi 3000 manat pulun Cavabdeh alınaraq ona verilməsinə dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı məxsus 5000 manat pul Cavabdeh qanunsuz sahibliyində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 07 saylı qərarının 1-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Qanunun mənasından göründüyü kimi, zərər dedikdə hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biribirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Bronda İtaliyaya qarşı” işi üzrə qərarda göstərilmişdir ki, hər bir işdə uşağın mənafeyinə uyğun olan vəziyyəti daha dəqiq müəyyən etmək lazımdır. Məhkəmə sabit pul məbləğində cavabdehdən tutulacaq alimentin miqdarını müəyyən edən zaman uşağın mənafeyini iddiaçının əmlak vəziyyətini və digər diqqətəlayiq halları nəzərə alır. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin konvensiyanın 27-ci maddəsinin 2 bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş 139.84 manat dövlət rüsumunun, 81.15 manatı, həmçinin müqavilə bağlanılarkən ödənilmiş 115 manat Cavabdeh alınaraq İddiaçı verilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçının iddiası qismən təmin edilməli, Cavabdeh müqavilə üzrə ödənilmiş 5000 manat, müqavilə bağlanılarkən ödənilmiş 115 manat və 81.15 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh müqavilə üzrə ödənilmiş 5000 manat, müqavilə bağlanılarkən ödənilmiş 115 manat və 81.15 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-288/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-288/2023
02.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver