Məhkəmə qərarları › İş №2(046)-297/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-297/2025

03.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-297/2025 03.04.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanıın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 470 manat maddi və 1000 manat mənəvi ziyanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. işin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə saat 12 radələrində X8 məxsus “Mersedes Benz 190 minik” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göyçay şəhərindən Ucar rayonu istiqamətində hərəkətdə olarkən “Potu alaqapısı” adlanan yerdə ondan arxada hərəkətdə olan “Mercedes Benz C180 minik” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü idarə etdiyi avtomobillə arxa sol tərəfdən vurmuşdur. Hadisə zamanı xəsarətlər almış və hazırda əziyyətini çəkir. Bununla bağlı Göyçay rayon Polis şöbəsində araşdırma aparılmışdır, lakin Göyçay rayon Polis şöbəsinin 22 noyabr 2023-cü il tarixli qərarı ilə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanamsı rədd olunmuşdur. Göyçay rayon Polis şöbəsinin qərarında göstərilmişdir ki, “X5 xx.xx.2023- cü il tarixdə saat 12 radələrində sürücülük vəsiqəsi və etibarnamə olmaqla ayıq vəziyyətdə idarə etdiyi “Mercedes Benz C180 minik” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə Göyçay-Ucar avtomobil yolunun Göyçay rayonu Potu kəndi ərazisindən keçən hissəsində Ucar rayonu istiqamətində hərəkətdə olarkən ara məsafəsini gözləməmiş və nəticədə idarə etdiyi avtomobillə ondan qarşıda hərəkətdə olan sürücü X6 idarə etdiyi “Mersedes Benz 190 minik” markalı, 41 BC824 dövlət qeydiyyat nişanlı avtomobili arxa sol tərəfdən vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində dərəcəsi təvin edilmədiyi üçün sağlamlığına zərər vurmayan xəsarət almışdır. X1 təqsiri ucbatından baş vermişdir.” Hadisədən sonra kəllədaxili beyin silkələnməsi baş vermişdir və hazırda Bakı şəhərində mütəmadi müalicə alır. X4 təqsiri sübuta yetirilmişdir, lakin sonradan məlum olmuşdur ki, sürücülük vəsiqəsi olduğu üçün hadisəyə səbəb olan şəxs kimi X5 qeyd edilmişdir. Lakin nəqliyyat vasitəsi Maraqlı şəxs tərəfindən idarə edilmişdir. Göyçay rayon polis şöbəsinin əməkdaşı Cavabdeh hadisəni pərdələyərək şəxslərin adını fərqli qeyd etmişdir. Səhv qəbul edilmiş qərar görə dəfələrlə Göyçay rayon polis şöbəsində və məhkəmələrdə olmuşdur. Vurmuş olduğu maddi və mənəvi ziyan tələbinə dair iş üzrə 7 dəfə məhkəmə olmuşdur, qərar yanlış olduğu üçün 2 dəfə sənədləri geri almağa getmişdir. Hər məhkəməyə getdikdə sifarişli taksi ilə getmiş və hər dəfə 30 manat olmaqla cəmi 270 manat xərci çıxmışdır. Bundan başqa yanlış qərara görə 5 dəfə isə polis şöbəsinə getmiş, hər dəfə sifarişli taksiyə 40 manat olmaqla 200 manat pul vermişdir. Beləliklə cavabdehin çıxarmış olduğu qərara görə ona 470 manat ziyan dəymişdir. Bundan başqa keçirmiş olduğu sarsıntıların mənəvi dəyəri sonsuzdur, lakin mənəvi dəyəri maddi zərərlə əvəzləşdirsə də ona 1000 manat mənəvi ziyan dəymişdir. məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, Göyçay RPŞ-də təhqiqat bölməsinin təhqiqatçısı vəzifəsində işləyir. Qeyd edilən tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparmış, İddiaçı baş vermiş yol-nəqliyyat hadisəsi zamanı X8 məxsus avtomobildə sərnişin kimi sağlamlığa zərərvurmayan xəsarət aldığından, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Hesab edir ki, hazırda iddiaçının qeyd edilən qərarda hadisəni törətmiş şəxsin X5 olmadığı, hadisə baş verən zaman avtomobilin Maraqlı şəxs tərəfindən idarə edildiyini əsas götürərək ondan maddi və mənəvi ziyan tələb etməsinin heç bir əsası yoxdur. Ona görə ki, hadisə zamanı iddiaçının sağlamlğına dəymiş maddi və mənəvi ziyanla qeyd edilən cinayət işinin rədd edilməsi haqqında qərarda hadisənin törətmiş şəxslərin fərqli şəxslər olması arasında heç bir səbəbli əlaqə yoxdur. Bundan başqa göründüyü kimi İddiaçı ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı Ucar rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən yol-nəqliyyat hadisəsi zamanı təqsirli olan Maraqlı şəxs maddi və mənəvi ziyanın tutulması barədə qətnamə qəbul edilmişdir. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə tərəflri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab dir ki, iddia rədd edilməlidir. mülki işdə olan sənədlər: İş materiallarında olan cinayət işi başlanılmasının rədd edilməsi barədə xx.xx.2023cü il tarixli qərardan görünür ki, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, baş vermiş yol-nəqliyyat hadisəsində Mövsumzadə oğlunun əməlində cinayət tərkibinin əlamətləri təsdiq olunmadığından cinayət işi başlanılması rədd edilmişdir. Qərarın surəti aidiyyəti üzrə Göyçay rayon X14 X16 göndərilmişdir. İş materiallarında olan cinayət işi başlanılmasının rədd edilməsi barədə xx.xx.2024cü il tarixli qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Göyçay-Ucar avtomobil yolunun “Potu ala qapısı” adlanan yerində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Göyçay RPŞ-nin təhqiqatçısı, polis kapitanı Cavabdeh tərəfindən təhqiqat aparılmış, xx.xx.2023-cü il tarixdə cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Material rayon prokuroru tərəfindən nəzarət qaydasında yoxlanılmış, bir sıra xüsusatların tam və hərtərəfli araşdırılması üçün, cinayət işi başlanılmasının rədd edilməsi barədə qərar 18 aprel 2024-cü il tarixdə ləğv edilərək, əlavə araşdırma aparılması məqsədilə Göyçay RPŞ-nin İstintaq bölməsinə qaytarılmışdır. Göyçay RPŞnin İstintaq bölməsində aparılan əlavə araşdırma zamanı Maraqlı şəxs izahatı alınarkən məlum olmuşdur ki, atası X10 məxsus "Mercedes Benz C180 minik” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Sürücülük vəsiqəsi yoxdur. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Göyçay-Ucar avtomobil yolunun “Potu ala qapısı” adlanan yerində yol-nəqliyyat hadisəsi baş verərkən avtomobili idarə etmişdir. Lakin sürücülük vəsiqəsi olmadığına görə həmin vaxtı qohumu Mirsaabdan xahiş etmişdir ki, polis əməkdaşları tərəfindən müvafiq sənədləşmə aparılarkən avtomobili özünün idarə etdiyini bildirsin. Mirsaab da onun xahişi ilə səhvən bildirmişdir ki, guya həmin vaxtı avtomobili Mirsaab idarə etmişdir. Lakin əslində 12.11,2023-cü il tarixdə saat 12 radələrində Göyçay- Ucar avtomobil yolunun “Potu ala qapısı” adlanan yerində yol-nəqliyyat hadisəsi baş verərkən həmin avtomobili idarə etmişdir. Avtomobili Mirsaab idarə etməmişdir. Göyçay RPŞ-nin İstintaq bölməsində aparılan əlavə araşdırma zamanı X3 izahatı alınarkən məlum olmuşdur ki, Maraqlı şəxs onun qohumudur. xx.xx.2023-cü il tarixdə Göyçay-Ucar avtomobil yolunun Göyçay rayonu Potu kəndinin girişindən keçən hissəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı olaraq bildirir ki, həmin vaxtı Maraqlı şəxs istifadəsində olan “Mercedes Benz C180 minik” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili o, idarə etməmişdir. Avtomobili Azər özü idarə etmişdir. Azərin sürücülük vəsiqəsi olmadığına görə Azər hadisə baş verdikdən sonra ona zəng edərək xahiş etmişdir ki, onun əvəzinə hadisə yerinə gələrək özünü sürücü kimi təqdim etsin. Toplanmış materialdan göründüyü kimi, Maraqlı şəxs xx.xx.2023-cü il tarixdə saat 12 radələrində idarə etdiyi “Mercedes Benz C180 minik” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə, Göyçay-Ucar avtomobil yolunun Göyçay rayonu Potu kəndi ərazisindən keçən hissəsində Ucar rayonu istiqamətində hərəkətdə olarkən ara məsafəsini gözləməmiş və nəticədə idarə etdiyi avtomobillə ondan qarşıda hərəkətdə olan sürücü X6 idarə etdiyi ““Mersedes Benz 190 minik” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili arxa sol tərəfdən vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində avtomobildə sərnişin kimi olan İddiaçı sağlamlığına zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət almışdır. Aparılmış araşdırma zamanı “Mercedes Benz C180 minik” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili Maraqlı şəxs idarə etdiyi və hadisənin onun təqsiri ucbatından baş verdiyi müəyyən edilmişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Maraqlı şəxs əməlində cinayət tərkibinin əlamətləri təsdiq olunmadığından barəsində cinayət işi başlanılması rədd edilmişdir. Qərarın surəti aidiyyəti üzrə Göyçay rayon X14 X16 göndərilmişdir. Ucar rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, Maraqlı şəxs müayinə və müalicə xərci üçün çəkilmiş 1374.12 manat, mənəvi ziyana görə 500 manat tutularaq İddiaçı verilmişdir. tətbiq edilən hüquq normaları: Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 21-ci mаddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpа etmək üçün çəkdiyi və yа çəkməli olduğu xərclər, əmlаkındаn məhrum olmаsı və yа əmlаkının zədələnməsi (reаl zərər), hаbelə hüququ pozulmаsаydı, həmin şəxsin аdi mülki dövriyyə şərаitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fаydа) bаşа düşülür. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarının 8-ci bəndində qeyd edilir ki,Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddiaçı xx.xx.2023-cü il tarixdə saat 12 radələrində X8 məxsus “Mersedes Benz 190 minik” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göyçay şəhərindən Ucar rayonu istiqamətində hərəkətdə olarkən “Potu alaqapısı” adlanan yerdə arxada hərəkətdə olan “Mercedes Benz C180 minik” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü idarə etdiyi avtomobillə arxa sol tərəfdən vurmuşdur. Hadisə zamanı İddiaçı xəsarətlər almışdır. Bununla bağlı Göyçay rayon Polis şöbəsində araşdırma aparılmış, Cavabdeh 22 noyabr 2023-cü il tarixli qərar ilə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanamasını rədd etmişdir. Qərarında göstərmişdir ki, “X5 xx.xx.2023- cü il tarixdə saat 12 radələrində sürücülük vəsiqəsi və etibarnaməsi olmaqla ayıq vəziyyətdə idarə etdiyi “Mercedes Benz C180 minik” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə Göyçay-Ucar avtomobil yolunun Göyçay rayonu Potu kəndi ərazisindən keçən hissəsində Ucar rayonu istiqamətində hərəkətdə olarkən ara məsafəsini gözləməmiş və nəticədə idarə etdiyi avtomobillə ondan qarşıda hərəkətdə olan sürücü X2 vəsiqəsi olmaqla, ayıq vəziyyətdə idarə etdiyi ““Mersedes Benz 190 minik” markalı, 41 BC824 dövlət qeydiyyat nişanlı avtomobili arxa sol tərəfdən vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı İddiaçı dərəcəsi təvin edilmədiyi üçün sağlamlığına zərər vurmayan xəsarət almışdır. X1 təqsiri ucbatından baş vermişdir.Bundan sonra material rayon prokuroru tərəfindən nəzarət qaydasında yoxlanılmış, bir sıra xüsusatların tam və hərtərəfli araşdırılması üçün, cinayət işi başlanılmasının rədd edilməsi barədə qərar 18 aprel 2024-cü il tarixdə ləğv edilərək, əlavə araşdırma aparılması məqsədilə Göyçay RPŞnin İstintaq bölməsinə qaytarılmışdır. Göyçay RPŞ-nin İstintaq bölməsində əlavə araşdırma aparılmış və aparılmış araşdırma zamanı “Mercedes Benz C180 minik” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili Maraqlı şəxs idarə etdiyi və hadisənin onun təqsiri ucbatından baş verdiyi müəyyən edilmişdir. Daha sonra İddiaçı Maraqlı şəxs qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Ucar Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Maraqlı şəxs müayinə və müalicə xərci üçün çəkilmiş 1374.12 manat, mənəvi ziyana görə 500 manat tutularaq İddiaçı verilmişdir. Hazırda İddiaçı Göyçay RPŞ-nin təhqiqatçısı Cavabdeh qeyd edilən qərarı qəbul edərkən təqsirkarın düzgün müəyyən edilmədiyini və buna görə də ona maddi və mənəvi ziyan dəydiyini iddia edir. İşin hallarından görünür ki, İddiaçı baş vermiş yol-nəqliyyat hadisəsi görə cavabdeh tərəfindən zərərçəkmiş şəxs qismində tanınmışdır. Lakin cavabdeh tərəfindən hadisə baş verən an hadisə iştirakçılarının yalnış məlumatları əsasında avtomobili idarə edən şəxsin Maraqlı şəxs deyil, X5 olmasının müəyyən edilməsi halı ilə İddiaçı maddi və mənəvi zərər vurulması arasında səbəbli əlaqə olduğu kimi qiymətləndirilə bilməz. Belə ki, İddiaçı baş vermiş yol-nəqliyyat hadisəsi zamanı zərərçəkmiş şəxs kimi, təqsirli bilinmiş şəxsə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia qaldırmaq hüququna malik olmuşdur. Zərərin əvəzinin ödənilməsi üçün, bir qayda olaraq, mülki hüquqpozuntusunun (deliktin) mövcud olması tələb olunur. Beləliklə, mülki hüquq pozuntusunun tərkibini mülkihüquqi məsuliyyətin aşağıdakı ümumi şərtləri təşkil edir: 1.Törədilmiş əməlin (hərəkətin və ya hərəkətsizliyin) hüquqazidd olması; hüquqazidd əməl dedikdə şəxsin qanunla birbaşa qadağan edilmiş və ya qanunun imperativ normalarını pozan hərəkət və ya hərəkətsizliyi anlaşılır. 2.Törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə birbaşa ziyan və ya zərər yetirilməsi. Bu halda şəxsin maddi və ya mənəvi itkilərə məruz qalması anlaşılır. Maddi zərər əmlak itkilərinə səbəb olur.

3. Zərərvuranın hüquqazidd hərəkəti ilə baş vermiş zərərli nəticələr arasında səbəbli əlaqənin olması. Belə ki, baş vermiş zərərli nəticə məhz məsuliyyətə cəlb edilməli şəxsin hərəkəti nəticəsində baş verdikdə onun məsuliyyəti yarana bilər. Səbəbli əlaqə zərərli nəticənin konkret əməldən yaranmasını ehtiva edir.

1. Hüququ pozan şəxsin təqsirinin olması. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən ziyanın vurulması və mülki hüquq pozuntusunun yaranması üçün dörd şərtin mövcud olması vacibdir. Yalnız yuxarıda göstərilən dörd şərtin hamısını özündə ehtiva edən mülki qanunvericiliyin normalarını pozmuş əməl (hərəkət və ya hərəkətsizlik) mülki hüquqi məsuliyyətin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayılır. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. Məhkəmə baxışı zamanı və eləcə də iş materiallarına əlavə edilmiş sənədlərdə Cavabdeh qanunsuz hərəkətləri nəticəsində İddiaçı maddi və mənəvi ziyan vurduğuna dair heç bir mötəbər sübut müəyyən edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçınun Cavabdeh maddi və ziyan tələbinə dair iddiası rədd edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı 470 manat maddi və 1000 manat mənəvi ziyanın alınmasına dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar