Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-304/2021 05.07.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, ilə, iddiaçı MKT İK MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Göyçay şəhərində 05 iyul 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: MKT İK MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 875 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb YapıKrediBank Azərbaycan QSCnın xeyrinə dənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir Elektron məhkəmə sistemi çıxarışından görünür ki, Cavabdeh 19.07 2021-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinə görə iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə iş üzrə icraata xitam verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara a l d ı: İddiaçı MKT İK MMC -nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə, Cavabdeh vəfat etməsi ilə əlaqədar xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Göyçay rayon məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-304/2021
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-304/2021
05.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver