Məhkəmə qərarları › İş №2(046)-31/2025

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-31/2025

23.01.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-31/2025 23.01.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Burcaliyeva Leyla Sahib qızının katibliyi ilə, İddiaçı, Cavabdeh X1 iştirakı ilə, İddiaçı İbrahı̇ mov Elşən Pənah oğlunun cavabdehlər İbrahı̇ mov Elman Soltan oğluna, İbrahı̇ mov İlqar Soltan oğluna, Cavabdeh3 Fı̇ rudı̇ n oğluna, Cavabdeh4, X2, X2veẏ ıləV, Mürşüd Məhəmməd oğluna, Vəlı̇ yev Müşvı̇ q Məhəmməd oğluna,Cavabdeh3,Cavabdeh4 qarşı özbaşına tutulmuş torpaq sahəsinin boşaldılması, torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinin cavabdehin hesabına sökülməsi və onun həmin torpaq sahəsinə daxil olmasına qadağan edilməsi tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər İbrahı̇ mov Elman Soltan oğlu, İbrahı̇ mov İlqar Soltan oğlu, Cavabdeh3 Fı̇ rudı̇ n oğlu, Cavabdeh4, X3, X3veẏ ıləV, Mürşüd Məhəmməd oğlu, Vəlı̇ yev Müşvı̇ q Məhəmməd oğlu,Cavabdeh3,Cavabdeh4 tərəfindən zəbt edilmiş 1,85 hektar kənd təsərrüfatı təyinatlı topraq sahəsindən çaxarılması, torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evin cavabdehin hesabına sökülməsi və onun həmin torpaq sahəsinə daxil olmasına qadağan edilməsi, məhkəmə xərclərinin cavabdehlərə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında İddiaçı ərizə təqdim edərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında cavabdeh X3 iddia ərizəsinin geri qaytarılmasına etiraz etmədi. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə İbrahı̇ mov Elman Soltan oğlu, İbrahı̇ mov İlqar Soltan oğlu, Cavabdeh3 Fı̇ rudı̇ n oğlu, Cavabdeh4, Vəlı̇ yev Mürşüd Məhəmməd oğlu və Vəlı̇ yev Müşvı̇ q Məhəmməd oğluna məhkəmə bildirişi göndərilməsinə baxmayaraq onlar məhkəməyə gəlməmişlər, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 31 mart 2011-ci il tarixli, 03 saylı Qərarının 2-ci bəndinə görə məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Məhkəmə hesab edir ki, məhkəmə baxışına hazırlığın icraatı zamanı İddiaçı iddia ərizəsinin qaytarılmasına dair ərizə verdiyindən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır.Məhkəmə nəzərə alır ki,iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən,iddia ərizəsi verilərkən dövlət rüsumu ödənilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 170, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb qərara aldı: İddiaçı İbrahı̇ mov Elşən Pənah oğlunun cavabdehlər İbrahı̇ mov Elman Soltan oğluna, İbrahı̇ mov İlqar Soltan oğluna, Cavabdeh3 Fı̇ rudı̇ n oğluna, Cavabdeh4, X2, X2,Vəlı̇ yev Mürşüd Məhəmməd oğluna, Vəlı̇ yev Müşvı̇ q Məhəmməd oğluna,Cavabdeh3,Cavabdeh4 qarşı özbaşına tutulmuş torpaq sahəsinin boşaldılması, torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinin cavabdehin hesabına sökülməsi və onun həmin torpaq sahəsinə daxil olmasına qadağan edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən :Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar