Məhkəmə qərarları › İş №2(046)-322/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-322/2021

27.04.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-322/2021 27.04.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 qəyyumu (iddiaçı) İddiaçı3, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi Nümayəndə iştirakı ilə, zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə Göyçay şəhərində 27 aprel 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay rayon Mirzəhüseynli kəndində yerləşən ümumi-birgə mülkiyyətlərində olan 1.04 ha torpaq sahəsindən cavabdehlərin çıxarılması və 10 manat dövlət rüsumun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə digər İddiaçı2 məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin iddiaçılar məhkəmə baxışında iştirak etməmişdir. Məhkəmə iddiaçının qəyyumun iştirakı ilə baxılmasının mümkün hesab etmişdir. İş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı3 iddianı müdafiə edərək göstərmişlər ki, Göyçay rayonun Mirzəhüseynli kəndində 1.04 ha torpaq sahələri vardır. Bu barədə onlara Daşınmaz Əmlakı Dövlət Rester Xidmətindən 15.11.2019-cu il tarixdə qeydiyyat vəsiqəsi verilmişdir. Lakin həmin torpaq sahəsinin xeyli hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən 1998-ci ildən zəbt edilmişdir. Cavabdeh2 sözügedən torpaq sahəsinin 70 sotunu, Cavabdeh1 isə 30-35 sotunu mənimsəmişdir. Cavabdehlərin həmin torpaq sahəsindən çıxarılmalrına çalışsalar da indiyə kimi buna nail ola bilməmişlər. Bu barədə müxtəlif orqanlara müraciət etmələrinə baxmayaraq heç bir nəticəsi olmamışdır. Lakin DƏDRX-nin Ucar ərazı idarəsinin əməkdaşı, Göyçay rayonun Mirzəhüseynli kənd bələdiyyəsinin nümayəndəsinin iştirakı ilə onlara məxsus torpaq sahəsinin koordinatları yerində göstərilmişdir. Lakin qeyd edilən torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edildiyini hesab edir. Buna görə də iddianın təmin edilməsin xahiş etmişdir. Cavabdeh1 iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçılara məxsus torpaq sahəsini zəbt etmişdir. Belə ki, iddiaçıların tələb etdikləri torpaq sahəsini onlara göstərilməsində iştirak etmişdir. Belə ki, 2020-ci il tarixdə iddiaçılar DƏDRX-nin Ucar ərazı idarəsinin əməkdaşı, Göyçay rayonun Mirzəhüseynli kənd bələdiyyəsinin nümayəndəsinin iştirakı ilə həmin torpaq sahəsinin koordinatlarının onlara göstərilməsini tələb etmişlər. İddiaçılara yerində torpaq sahəsi tanıdılmış və sərhədləri müəyyə edilmişdir. Buna görə də məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçılara məxsus torpaq sahəsi qardaşı olan cavabdeh tərəfindən zəbt edilməmişdir. Belə ki, iddiaçıların tələb etdikləri torpaq sahəsini onlara göstərilməsində özü iştirak etmişdir. Belə ki, 2020-ci il tarixdə iddiaçılar DƏDRX-nin Ucar ərazı idarəsinin əməkdaşı, Göyçay rayonun Mirzəhüseynli kənd bələdiyyəsinin nümayəndəsinin iştirakı ilə həmin torpaq sahəsinin koordinatlarının onlara göstərilməsini tələb etmişlər. İddiaçılara yerində torpaq sahəsi tanıdılmış və sərhədləri müəyyə edilmişdir. Buna görə də məhkəmədən qanuna müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə şahid qismində izahat vermiş Göyçay rayonun Mirzəhüseynli kənd bələdiyyəsinin vergi agenti X2 göstərmişdir ki, məhkəmənin təşəbbüsü ilə iddiaçılara məxsus 1.04 ha torpaq sahəsi DƏDRX-nin Ucar ərazı idarəsinin Yerqurluşu mühəndisi X1 və tərəflərin iştirakı ilə yerində ölçülərək sərhədləri müəyyən edilmiş, döngə nöqtələri iddiaçılara göstərilmişdir. Ölçmə işləri aparılarkən cavabdehlərin həmin torpaq sahəsində istifadə etmələri müəyyən edilmişdir. İş üzrə tərəflərin izahatlarını dinləyən, toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Məhkəməyə təqdim edilmiş DƏDRX-nin Ucar ərazı idarəsi tərəfindən verilmiş 05.11.2019-cu il tarixli çıxarışdan görünür ki, Göyçay rayonu Mirzəhüseynli kəndində yerləşən 1.04 ha torpaq sahəsi İddiaçı1, İddiaçı2 və İddiaçı3 adına xüsusi mülkiyyəti kimi 05.11.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, iddiaçılar mülkiyyətlərində olan Göyçay rayonu Mirzhüseynli kəndində yerləşən 1.04 ha torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edildiyini iddia edir. Cavabdehlərin həmin torpaq sahəsindən çıxarılmasını xahiş edirlər. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı3, DƏDRX-nin Ucar ərazı idarəsinin Yerqulurluşu mühəndisi X1 və Göyçay rayonun Mirzəhüseynli kənd bələdiyyəsinin vergi agenti Habil Qədirovun iştirakı ilə iddiaçılara məxsus Göyçay rayonu Mirzhüseynli kəndində yerləşən 1.04 ha torpaq sahəsinın kordinatları ölçülələrək iddiaçılara təhvil verilmiş, həmin torpaq sahəsinin sərhədləri və döngə nöqtələri müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı iddiaçılar tərəflərin və şahidin göstərdiyi xüsusatları mübahisələndirməmiş, torpaq sahəsinin ölçülərək onlara təhvil verildiyini təsdiq etmişlər. Məhkəmə baxışı zamanı iddiaçılar Göyçay rayonu Mirzəhüseynli kəndində yerləşən 1.04 ha torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilməsi barədə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 1707-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biribirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildiyin 10 manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia rədd edilməli, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar