Məhkəmə qərarları › İş №2(046)-330/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-330/2021

31.03.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-330/2021 31.03.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, cehiz əmlakın qaytarılması və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində 31 mart 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 152 manat dəyərində cehiz əşyalarının, 830 manat dəyərində qızıl-ziynət əşyalarının, cehiz əmlak, qızıl ziynət əşyaları olmadığı təqdirdə onların ümumi dəyərinin 982 manat pulun və cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş 10000 manat məbləğində mənəvi zərərin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə xx xxxxxx 2019-cu ildə rəsmi nikah daxil olmuşlar. Birgə nikahdan uşaqları olmamışdır. Xəqani ona qarşı İsmayıllı rayon məhkəməsində nikahın pozulması tələbi ilə iddia qaldırmış, boşanmaya səbəb kimi xarakterlərinin uyğunlaşmadığını göstərmiş, nikahları pozulmuşdur. Ailə qurduqdan üç ay sonra valideynləri yanına gəldikdə valideynləri cavabdeh tərəflə razılaşaraq ona ata evinə qaytarmışlar. Bir müddət sonra cehiz və qızıl zinət əşyalarının bir hissəsini kənd icra nümayəndəliyinin iştirakı ilə akt tərtib edilərək götürmüş, qalan əmlakları isə cavabdeh verməkdən imtina etmişdir. Belə ki, ona toy hədiyyəsi olunmuş və ailə qurmamışdan əvvəl ata evində olarkən alınmış qızıl-zinət əşyalarından bir ədəd qızıl zəncir və iki ədəd adi qaşlı tək üzükləri, habelə cehiz əmlakının bir hissəsi iddiaçıda qalmışdır. Cavabdeh tərəfin onu və valideynlərini aldatması nəticəsində bundan sonrakı həyatı korlamışdır. Cavabdehdə qalan qızıl-zinət əşyaları aşağıdakılardır. Bir ədəd 3,1 qram çəkidə 583 əyarlı rus qızılı olan 380 manat dəyərində qızıl boyunbağı, toyda cavabdehin bibisi oğlu Məmməd tərəfindən hədiyyə olunmuş 3 qram çəkidə 583 əyarlı rus qızılı olan 250 manat dəyərində gül qaşlı qızıl üzük və toyda cavabdehin bacısı Turanə tərəfindən hədiyyə olunmuş qaşı sonsuzluq işarəsi olan 2,5 qram çəkidə 583 əyarlı rus qızılı olan 200 manat dəyərində qızıl üzük olmaqla, cəmi 830 manat dəyərmdə qızıl-zinət əşyaları. Cavabdehdə qalan cehiz əmlakı isə aşağıdakılardır. 1 bir ədəd 70 manat dəyərində vaz, Bir 30 manat dəyərində 6 ədəddən ibarət xurustal stəkan dəsti, İki ədəd hər biri 10 manat olmaqla, cəmi 20 manat dəyərində hamam dəsmalı, İki ədə hər biri 6 manat olmaqla, cəmi 12 manat dəyərində əl-üz dəsmalı və on ədəd hər biri 2 manat olmaqla, cəmi 20 manat dəyərində çay dəsmalları olmaqla, ümumilikdə 152 manat dəyərində cehiz əmlakı. Buna görə də Cavabdeh 152 manat dəyərində cehiz əşyalarının, 830 manat dəyərində qızıl-ziynət əşyalarının və cehiz əmlak, qızıl ziynət əşyaları olmadığı təqdirdə onların ümumi dəyərinin 982 manat pulun və cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş 10000 manat məbləğində mənəvi zərərin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilsin. İş üzrə cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh iddianı qismən qəbul edərək göstərmişlər ki, iddiaçının tələb etdiyi əmlak kənd icra nümayəndəliyinin iştirakı ilə ona təhvil verilmiş, qalan cehiz-əmlakl isə ona məxsus evdədir. Həmin əmlakları iddiaçıya qaytaramağa razıdır. İddiaçının ondan tələb etdiyi hədiyyə şəkilində ona verilmiş qızıl-ziynət əşyaları cavabdeh gedərkən özü ilə aparmışdır. İddiaçının ondan 10.000 manat mənəvi ziyan tələbini əsassız hesab edir, ona görə ki, iddiaçıya heç bir ziyan vurmamışdır. Məhkəmədə iş üzrə şahid qismində izahat verən Göyçay rayon İHB Şəkər kənd İƏD üzrə nümayəndəsi Şahid göstərmişdir ki, İddiaçı və ailə üzvləri cavabdehə məxsus evdə olan cehiz əmlakın bir hissəsini onun iştirakı ilə götürmüşlər. Bu barədə müvafiq akt tərtib edilmişdir. Lakin həmin vaxt iddiaçı ilə cavabdeh arasında qızıl-ziynət əşyalarının alınıbverilməsi ilə bağlı heç bir mübahisə olmamışdır. İş üzrə tərəfləri dinləyən, tədqiq edilmiş sübutlara qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı məxsus bir ədəd 3,1 qram çəkidə 583 əyarlı rus qızılı olan 380 manat dəyərində qızıl boyunbağı, toyda cavabdehin bibisi oğlu Məmməd tərəfindən hədiyyə olunmuş 3 qram çəkidə 583 əyarlı rus qızılı olan 250 manat dəyərində gül qaşlı qızıl üzük və toyda cavabdehin bacısı Turanə tərəfindən hədiyyə olunmuş qaşı sonsuzluq işarəsi olan 2,5 qram çəkidə 583 əyarlı rus qızılı olan 200 manat dəyərində qızıl üzük olmaqla, cəmi 830 manat dəyərində qızıl-zinət əşyaları və bir ədəd 70 manat dəyərində vaz, Bir 30 manat dəyərində 6 ədəddən ibarət xurustal stəkan dəsti, İki ədəd hər biri 10 manat olmaqla, cəmi 20 manat dəyərində hamam dəsmalı, İki ədə hər biri 6 manat olmaqla, cəmi 12 manat dəyərində əl-üz dəsmalı və On ədəd hər biri 2 manat olmaqla, cəmi 20 manat dəyərində çay dəsmalları olmaqla, ümumilikdə 152 manat dəyərində cehiz əmlaklar cavabdehin yaşadığı Göyçay rayonu Şəkər kəndində yerləşən evdə qalmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəkilində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə baxışı zamanı İddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona 10.000 manat mənəvi zərərin dəyməsi barədə heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biribirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68).Buna görə də məhkəmə hesab edir ki, iddia mənəvi zərər tələbinə dair hissədə təmin edilmələdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı məxsus bir ədəd 3,1 qram çəkidə 583 əyarlı rus qızılı olan 380 manat dəyərində qızıl boyunbağı, 3 qram çəkidə 583 əyarlı rus qızılı olan 250 manat dəyərində gül qaşlı qızıl üzük və 2,5 qram çəkidə 583 əyarlı rus qızılı olan 200 manat dəyərində qızıl üzük olmaqla, cəmi 830 manat dəyərində qızıl-zinət əşyaları və bir ədəd 70 manat dəyərində vaz, bir 30 manat dəyərində 6 ədəddən ibarət xurustal stəkan dəsti, İki ədəd hər biri 10 manat olmaqla, cəmi 20 manat dəyərində hamam dəsmalı, İki ədə hər biri 6 manat olmaqla, cəmi 12 manat dəyərində əl-üz dəsmalı və on ədəd hər biri 2 manat olmaqla, cəmi 20 manat dəyərində çay dəsmalları olmaqla, ümumilikdə 152 manat dəyərində cehiz əmlaklar, əmlaklar mövcud olmadığı təqdirdə onların ümumi dəyəri olan 982 manat pul Cavabdeh alınaraq İddiaçı verilməlidir. İddiaçı məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiacı İddiaçı məxsus bir ədəd 3,1 qram çəkidə 583 əyarlı rus qızılı olan 380 manat dəyərində qızıl boyunbağı, 3 qram çəkidə 583 əyarlı rus qızılı olan 250 manat dəyərində gül qaşlı qızıl üzük və 2,5 qram çəkidə 583 əyarlı rus qızılı olan 200 manat dəyərində qızıl üzük olmaqla, cəmi 830 manat dəyərində qızıl-zinət əşyaları və bir ədəd 70 manat dəyərində vaz, bir 30 manat dəyərində 6 ədəddən ibarət xurustal stəkan dəsti, İki ədəd hər biri 10 manat olmaqla, cəmi 20 manat dəyərində hamam dəsmalı, İki ədə hər biri 6 manat olmaqla, cəmi 12 manat dəyərində əl-üz dəsmalı və on ədəd hər biri 2 manat olmaqla, cəmi 20 manat dəyərində çay dəsmalları olmaqla, ümumilikdə 152 manat dəyərində cehiz əmlaklar, əmlaklar mövcud olmadığı təqdirdə onların ümumi dəyəri olan 982 manat pul Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar