Məhkəmə qərarları › İş №2(046)-332/2020

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-332/2020

30.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-332/2020 30.11.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır оğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, Ərizəçi Göyçay rayon notariat kontorunun notariusu X1 qarşı xüsusi icraat qaydasında verdiyi ərizəyə xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçi Göyçay rayon ərizə ilə müraciət edərək, notariusun alqı-satqı müqaviləsinin bağlanmasından imtina etməsini qanunsuz hesab edilməsi, mülkiyyətində olan və Göyçay rayonu Potu kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin 5 il müddətinə özgəninkiləşdirilməsinə dair qoyulmuş məhdudiyyət nəzərə alınmadan notariat hərəkətlərinin aparılması vəzifəsinin Göyçay rayon Notariat Kontoruna həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər xx.xx.2020-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasına gəlməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263, 264, 268ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA A L D İ: Ərizəçi Göyçay rayon notariat kontorunun notariusu X1 qarşı xüsusi icraat qaydasında verdiyi ərizəsi üzrə mülki iş baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar