Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-358/2022 21.01.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə olan istifadə hüquqlarına xitam veriləsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı iddianı müdafiə edərək tələbini belə əsaslandırmışdır ki, Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evini alqı- satqı müqaviləsi əsasında almışdır. Alqı-satqı müqaviləsi notarial qaydada təsdiq edildikdən sonra, həmin müqavilə əsasında ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarımı dövlət qeydiyyatına aldıraraq, bu barədə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almışdır. Alqı-satqı müqaviləsi bağlanarkən Cavabdeh öhdəlik götürmüşdür ki, qısa vaxt ərzində mülkiyyətimə keçmiş evdən qeydiyyatdan çıxacaq. Lakin ötən bu müddət ərzində cavabdeh mülkiyyətimdə olan evdən qeydiyyatdan çıxmamış və nəticədə onun mülkiyyət hüquqlarını pozulmasına səbəb olmuşdur. Belə ki, hal-hazırda yaşayış şəraitini yaxşılaşdırmaq məqsədilə sözügedən fərdi yaşayış evini satmaq qərarına gəlmiş, Notariat Kontoru alqı-satqı müqaviləsini rəsmiləşdirərkən, cavabdehin fərdi yaşayış evinin satılmasına razılıq verməsinə dair ərizəni tələb edir ki, sonuncu da həmin mənzildə yaşamadığından, ümumiyyətlə halhazırda hansı ünvanda yaşamasından xəbərim olmadığından həmin ərizəni ondan ala bilmir.Buna görə görə iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş DƏDRX-nin 16 saylı ərazı idarəsi tərəfindən verilmiş 14.09.2012-ci il tarixli RX ******* saylı Dövlət Reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyəti kimi 14.09.2012-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Məhkəməyə təqdim edilmiş “Elektron notariat” X1 çıxarışdan görünür ki, Cavabdeh ünvan 3 fərdi yaşayış evində qeydiyyatdadırlar. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh ünvan 3 fərdi yaşayış evində qeydiyyatda qalması İddiaçı mülkiyyətdən sərbəst istifadə hüquqlarını məhdudlaşdırır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən hər bir insan onun konstitusiya, yaxud qanunla verilmiş əsas hüquqları pozulduğu hallarda həmin hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən təsirli şəkildə bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək ona dar sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan ünvan 3 fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsinə dair tələbi əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan ünvan 3 fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsinə dair tələbi əsaslı olduğundan təmin edilsin. Bu qətnamə Cavabdeh ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-358/2022
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-358/2022
21.01.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver