Məhkəmə qərarları › İş №2(046)-37/2021

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-37/2021

29.07.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-37/2021 29.07.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, torpaq sahəsinin boşaldılması və cavabdehə həmin torpaq sahəsinə girişinə qadağa qoyulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh zəbt etdiyi torpaq sahəsinin boşaldılması və həmin torpaq sahəsinə girişinə qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işə əlavə edilmiş 31.11.2019-cu il tarixli 11/0124 saylı mütəxəssis rəyindən görünür ki, JN-1673 saylı torpağın mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən torpaq sahəsinin konfiqurasiyası faktiki naturada olan vəziyyəti əks etdirmir və dəqiq yerini müəyyən etmək müəyyən mümkün olmamışdır. İddiaçı məhkəməyə ərizə təqdim edərək, torpağın yerini müəyyən olunması üçün Reyestr Xidmətinə müraciət edəcəyini bildirmişdir. Cavabdeh mülki işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilmədikdə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması və cavabdehə həmin torpaq sahəsinə girişinə qadağa qoyulması tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar